GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ-dan Ermənistana böyük maliyyə vədi – kritik gəlişmə

ABŞ-dan Ermənistana böyük maliyyə vədi – kritik gəlişmə

Tarix: 2-06-2018, 10:24 Bölmə :Siyasət Baxış: 354
ABŞ-dan Ermənistana böyük maliyyə vədi – kritik gəlişmə

Ağ Evin ikili standart siyasəti: Vaşinqton “kartını” açır; Rusiyaya sanksiyalar tətbiq edən Amerika Azərbaycan ərazilərini işğal edən digər işğalçıya böyük paralar vəd edir; İrəvandakı ABŞ səfirinin yerli rəhbərliklə tez-tez təmasa girməsinin sirri; Rusiyanın reaksiyası sərt ola bilər, çünki...

Ermənistandakı son hakimiyyət çevrilişindən sonra sanki işğalçı ölkəyə Qərbin aparıcı dövlətləri və təsisatlarının hüsn-rəğbəti artıb. Bunu həmin ölkələrin yüksək çinli şəxslərinin verdikləri bəyanatlardan asanca görmək olar. Söhbət öncəliklə dünyanın supergücü ABŞ-dan gedir. Bu da bəzi qənaətlərə yol açır. Lakin bu barədə az sonra...

“ABŞ Ermənistanın yeni hökuməti ilə "Minilliyin çağırışları" maliyyə dəstəyi proqramının bərpa olunmasını müzakirə edir". “Yeni Müsavat” AzadlıqRadiosunun erməni redaksiyasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətdə Amerikanın Ermənistandakı səfiri Riçard Millz deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton tərəfindən Ermənistana kömək göstərilməsi ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bricit Brinkin İrəvan danışıqlarının gündəliyinə daxil edilib (amerikalı diplomat bir neçə gün öncə Bakıda da olub və prezident İlham Əliyevlə görüşüb). İrəvanda isə o, prezident Armen Sərkisyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zoqrab Mnasakanyanla bir araya gəlib.

“Biz şadıq ki, Ermənistanın yeni hökuməti ilə ABŞ-ın bu hökumətə necə kömək eləməsinin müzakirə etmək imkanımız var. Bilirsiniz ki, bir neçə gün qabaq burada Dövlət Departamentinin rəsmisi Bricit Brink olub. O, Ermənistanın yeni hökumətinə necə dəstək verə biləcəyimizin yollarını müzakirə edib. Biz ABŞ tərəfindən mümkün variantları müzakirə elədik. Həmçinin, əməkdaşlığın digər yollarından danışdıq, "Minilliyin çağırışları" maliyyə proqramı çərçivəsində maliyyə dəstəyi imkanından da danışdıq. Biz bu müzakirələri davam etdirəcəyik", - deyə səfir bildirib.

*****

“Yeni Müsavat” xatırladır ki, 2008-cı ildə Amerika “Minilliyin çağırışları” çərçivəsində Ermənistana 235.6 milyon dollar yardım etməyi planlaşdırırdı. Lakin 1 mart 2008-ci ildəki seçkisonrası qanlı hadisələrdən sonra (Sərkisyan rejimi o vaxt 10 dinc nümayişçini güllələtdirmişdi) layihə donduruldu. Nikol Paşinyan baş nazir seçiləndən sonra Amerika erməniləri ABŞ dövlət katibini “Ermənistanda misli görünməmiş, dinc və konstitusion dəyişikləri uğurla başa çatdırmağa kömək etməyə” çağırmış, qısa müddətdə işğalçı ölkəyə “Minilliyin çağırışları” proqramı çərçivəsində 140 milyon dollar qrant ayırmağı xahiş eləmişdi. Cavabında dövlət katibi Mayk Pompeo bu günlərdə Ermənistanda dinc hakimiyyət dəyişikliyini alqışladığını bəyan elədi və vəd verdi ki, “Minilliyin çağırışları” çərçivəsində Ermənistana maliyyə köməyi məsələsi müzakirə ediləcək. Həm Dövlət Departamentinin rəsmisi B.Brinkn İrəvan səfəri, həm də səfir Millzin son açıqlaması göstərir ki, Vaşinqton artıq bu yöndə hərəkətə keçməyə hazırdır.

*****

Qeyd edək ki, R.Millz Ermənistanın yeni rəhbərliyi ili tez-tez bir araya gəlir, nəinki Rusiya səfiri Sergey Kopırkin. Az öncə o, Paşinyanla görüşdə Amerikanın Ermənistana hərtərəfli dəstək verməyə hazır olduğunu bildirmişdi. Bu da ən əvvəl onun göstəricisidir ki, işğalçı ölkədəki son hakimiyyət çevrilişindən ABŞ tam məmnundur, hətta hadisələrdə gizli “dirijorluq” da edib. Zatən, Paşinyan da borclu qalmır. Komandasını bütünlüklə qərbpərəstlərdən, Rusiyaya nifrət edənlərdən formalaşdırır.

Ermənistanın əsas dərdi isə maliyyədir. Maliyyə olarsa, ac-yalavac xalq Pşainyandan razılıq edəcək, Rusiyanı söyəcək, Amerikanı öyəcək. Aydın məsələdir ki, “pulu kim verirsə, musiqini də o sifariş edir”. Amerika isə pulu heç vaxt boşuna vermir. Əsas hədəf şübhəsiz k, Ermənistanı tədricən Rusiyanın siyasi-hərbi orbitindən uzaqlaşdırıb Qərbə yönəltməkdir.

Daha bir hədəf yəqin ki, Ermənistanın İranla əlaqələrini minimuma endirmək, Tehrandan asılılığını azaltmaqdır. Bu isə İranı tam izolyasiyaya salmaq istəyən Vaşinqton üçün çox mühümdür. Hətta bəzi məlumatlara görə, artıq inqilabdan sonra Amerika agentləri İranla sərhəd bölgələrdə yerləşdirilib. Ölkənin rəhbəri Amerikanın adamıdırsa, niyə də olmasın.

*****

Bütün hallarda Azərbaycan üçün önəmli olan məsələ Vaşinqtonun ikili siyasətidir. Ukraynaya görə Rusiyaya sərt sanksiyalar tətbiq edən Amerikanın başqa bir işğalçı ölkəyə - Ermənistana qarşı bunca loyallaşmağa başlaması, diametral tərs münasibət sərgiləməsi, “maliyyə ciblərini” açmağa hazırlaşması düşündürməyə bilməz...

Odur ki, bu proseslərə Rusiyanın verəcəyi reaksiya və atacağı kontur-addımlar daha maraqlı olacaq. Hələ ki, Moskva gözləmə mövqeyində olması təəssüratını yaradır. Ancaq bu, zahirən belə ola bilər. Çünki Ermənistan Rusiya üçün regionda yeganə hərbi qala, forpostdur. İran Və Türkiyə ilə onun təmasını təmin edən yeganə bölgədir. Ermənistanda 5 minlik Rusiya hərbi kontingenti var.

Heç şübhəsiz, Kreml baş verənləri görməzlikdən gələ bilməz. Son vaxtlar Rusiyanın aparıcı mediasında “nankor Paşinyanı” cəzalandırmaq çağırışlarının artması az şey demir və qarşıdakı böyük hadisələrin anonsu da sayıla bilər. Hər halda silahı erməniyə Amerika yox, Rusiya verir, özü də bazar qiymətinə deyil, daxili qiymətə, yəni ucuz. Üstəlik, Rusiyanın ayırdığı faizsiz kredit əsasında.

*****

Müşahidə edilən odur ki, “rəngsiz inqilab”dan sonra, daha dəqiqi, “rəngsiz inqilab”la ABŞ, Avropa ilə Rusiya arasında Ermənistan uğrunda mübarizə qızışıb. Hətta Paşinyanı Rusiya əleyhinə şirnikləndirmək üçün İrəvandakı bəzi Qərb səfirləri onu Nobel sülh mükafatına namizəd irəli sürüblər. Belə görünür ki, önümüzdəki aylarda Ermənistanla bağlı siyasi temperatur yayın temperaturuna adekvat olacaq.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

    ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır ...

    31-01-2018, 00:17

  • 
  • ABŞ kəşfiyyatından mesaj: Ermənistan dağıla bilər

    ABŞ kəşfiyyatından mesaj: Ermənistan dağıla bilər ...

    16-02-2018, 11:40

  • 
  • İrəvanın Metsamor başağrısı, ABŞ-dan təhdid, Bakıya şans

    İrəvanın Metsamor başağrısı, ABŞ-dan təhdid, ...

    1-02-2018, 11:40

  • 
  • İrəvan rusun arxasından ABŞ-a “əlcək” atdı – işğalçı seçimə sürüklənir

    İrəvan rusun arxasından ABŞ-a “əlcək” atdı – ...

    29-03-2018, 12:30

  • 
  • Ermənistanda panika: “Sizi itkilər gözləyir...”

    Ermənistanda panika: “Sizi itkilər gözləyir...” ...

    17-03-2018, 11:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu