GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvan rusun arxasından ABŞ-a “əlcək” atdı – işğalçı seçimə sürüklənir

İrəvan rusun arxasından ABŞ-a “əlcək” atdı – işğalçı seçimə sürüklənir

Tarix: 29-03-2018, 12:30 Bölmə :Siyasət Baxış: 436
İrəvan rusun arxasından ABŞ-a “əlcək” atdı – işğalçı seçimə sürüklənir

Moskva Ermənistanda hərbi mövcudluğunu gücləndirir; Düşmən ölkə rəsmisi Amerikanın “sanksiya siyahısı“na meydan oxudu; müdafiə nazirinin müavini: “Rusiyadan silah almağa davam edəcəyik”; erməni nəşri: “Moskvanın müstəmləkəsi və poliqonuna çevrilirik...”

Rusiya ilə Qərb arasında Skripal işinə görə yaranan siyasi-diplomatik qalmaqal günbəgün böyüyür. Kremlin ABŞ və Avropa ilə münasibətləri onsuz da Ukrayna və Suriyaya görə əhəmiyyətli dərəcədə soyumuşdu, bu yandan da Böyük Britaniyadakı məlum sui-qəsd olayı “ocaq üçün yağ” effekti verib. Kəskinləşən Rusiya-Qərb (Amerika) münasibətləri isə Moskvanın müttəfiq və tərəfdaşlarını da yeni və çətin seçimə doğru itələməkdədir.

Söhbət öncəliklə Kremlin satelliti Ermənistandan gedir - hansı ki, Cənubi Qafqazda Rusiyanın legitim hərbi bazaları olan yeganə ölkədir. Nəzərə alsaq ki, Ermənistanın işğalçı ordusu bütünlüklə rus silah-sursatı hesabına formalaşıb, onun İran və Türkiyə ilə sərhədlərini ruslar qoruyur, hətta tərəflər arasında ortaq hərbi qruplaşma yaradılıb və Ermənistanın hava məkanı da Rusiyanın nəzarətindədir, o zaman hərbi və təhlükəsizlik aspektləri baxımından Rusiya sarıdan ən çox narahatlıq keçirməli tərəfin məhz Ermənistan olduğu üzə çıxar.

Gözlənildiyi kimi, narahatlıq ən əvvəl silah tədarükü və təchizatı ilə bağlıdır. İşğalçı ölkədən gələn xəbərlər ermənilərin “ya Rusiya, ya Rusiya” seçiminə zorlandığı barədə qənaət yaradır.

*****

“Ermənistan Rusiyadan silah almaqla öz maraqlarına xidmət edir və bundan sonra da sanksiyalar təzyiqinə rəğmən əməkdaşlığı davam etdirəcək”. Bunu dünən İrəvanda jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə nazirinin müavini, Hərbi Sənaye Komitəsinin rəhbəri David Paxçanyan deyib (axar.az).

“Sözsüz ki, sanksiyalar problemdir. Bizim qarşımızda təhlükəsizliyin təminatı məsələsi dayanır və biz öz maraqlarımızdan çıxış edəcəyik. Rusiya ilə münasibətlər kifayət qədər effektiv inkişaf edir. Birinci müdafiə krediti ilə bağlı tədarük, demək olar ki, tam başa çatıb. Bu işin davam ilə bağlı razılaşma var. Bu bizim ordunun təchizatının ciddi hissəsidir”, - deyə o qeyd edib.

Əslində bu açıqlamanı İrəvanın rusun “kürəyi arxası”ndan ABŞ-a “əlcək” atması kimi qiymətləndirmək olar. Sözsüz ki, Rusiyaya bunca güvən olmasa, işğalçı ölkə rəsmisi belə danışmaz. Paxçanyanın açıqlaması hər şeydən öncə Ermənistanın bölgədə Rusiyanın sadiq hərbi qalası və marioneti kimi qaldığını təsdiqləyir ki, bu da Rusiya ilə konfrontasiya və “soyuq müharibə” vəziyyətində olan ABŞ-a Ermənistanı öz tərəfinə çəkməyin qəliz olacağının növbəti, aydın bir mesajıdır.

Bu yerdə “Yeni Müsavat” xatırladır ki, 2017-ci ildə ABŞ prezidenti Donald Tramp CAATSA qanununu qəbul edib. Həmin ilin oktyabrında isə Tramp Rusiya hərbi sənaye şirkətlərinə qarşı sanksiyalar tətbiq edib və sanksiyalar cari ilin yanvarından qüvvəyə minib. Yeni qanuna əsasən, ABŞ Rusiya ilə silah müqaviləsi imzalayan ölkələrə qarşı sanksiyalar tətbiq etmək haqqına sahib olacaq. Ötən ilin dekabrında isə ABŞ özünün yeni Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb. Sənəddə Rusiya Amerikaya ən böyük təhlükə-hədəf kimi göstərilir.

Bunun ardınca ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz Amerika sanksiyaların Ermənistan hökumətini də “vura” biləcəyi barədə xəbərdarlıq eləmişdi. Lakin belə görünür, erməni rəsmiləri bu qəbildən xəbərdarlıqları ciddiyə almağa hazırlaşmırlar. Daha doğrusu, işğalçı ölkənin ayrı çıxış yolu yoxdur. Birincisi, Rusiya təcavüzkar ölkənin əsas hərbi təhlükəsizlik qarantıdır və sözəbaxmaz erməniləri çox sərt şəkildə, o cümlədən “Qarabağ kartı” ilə asanca cəzalandıra bilər, sadəcə, Azərbaycan ordusunun Qarabağa yürüşünə əngəl yaratmamaqla. İkincisi isə Azərbaycandan fərqli olaraq, işğalçı ölkənin başqa silah satıcılarından müasir silahlar almağa yetərli maliyyə vəsaiti yoxdur.

*****

Bu arada Rusiyanın Ermənistandakı 102 saylı hərbi baza nəzdində hərbi polis qüvvələri formalaşdırmağa başladığı məlum olub. Məlumatlara görə, Moskvanın belə bir addımı işğalçı ölkədə təlaş doğurub və Rusiyanın satellit Ermənistanın suverenliyi ilə hesablaşmayaraq, orada öz hərbi mövcudluğunu gücləndirməsi kimi qiymətləndirilib. Bu mövzuda 1in.am saytında getmiş məqalə diqqət çəkir.

Məqalədə Rusiyanın bu addımı ilə bağlı deyilir: “Rusiya mahiyyət etibarilə Ermənistanda öz hərbi mövcudluğunu artırır. Üstəlik, bu qüvvələrin Gümrüdəki hərbi bazanın funksiyası və mandatına, yəni Ermənistanın təhlükəsizliyinə heç bir dəxli yoxdur. Bu da həyəcan doğurur. O mənada ki, həmin polis qüvvələri ”lazımi anda" ölkədaxili proseslərə müdaxilə edə bilər. Yeri gəlmişkən, Moskva indiyədək həm rəsmi, həm də ekspertlər səviyyəsində işarə vuraraq bəyan edib ki, postsovet məkanında “rəngli inqilabların” önlənməsi onun borcudur. Problemin ikinci mühüm komponenti var. Bu da odur ki, kəskinləşən Rusiya-Qərb qarşıdurması fonunda Moskva müxtəlif formal və qeyri-formal bəhanələrlə ölkəmizi poliqona çevirir. Heç kim demir ki, Ermənistanın siyasi elitası özünün düşünülməmiş siyasəti ilə İrəvan-Moskva münasibətlərini kəskinləşdirsin və Ermənistanın təhlükəsizliyi üçün yeni risklər yaratsın. Ancaq başqa yandan, hakimiyyət ikitərəfli münasibətlərdə ölkəmizin subyektivliyini maksimum təmin etməyə borcludur ki, xarici aləm buradakı Rusiya bazalarını Ermənistanın müstəmləkə olmasının utancverici simvolu kimi qəbul eləməsin".

Ancaq dünya Ermənistanı artıq Rusiyanın müstəmləkəsi, forpostu və girovu kimi qəbul edilir. Ayrı əlamətə nə ehtiyac? İşğalçı ölkənin Moskvadan silah asılılığında qalmaqda davam eləməsi buna növbəti bariz sübutdur.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan ordusu rusun nəzarətinə keçir – Kremlin yeni Qarabağ planı

    Ermənistan ordusu rusun nəzarətinə keçir – ...

    17-11-2016, 00:59

  • 
  • Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın qorxulu röyası

    Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın ...

    4-08-2017, 11:04

  • 
  • Əliyevin Davosdan verdiyi anons İrəvanı qarışdırdı

    Əliyevin Davosdan verdiyi anons İrəvanı qarışdırdı ...

    26-01-2018, 11:30

  • 
  • Sərkisyana iki “nəfəskəsici” xəbər - biri okeanın o tayından, o biri...

    Sərkisyana iki “nəfəskəsici” xəbər - biri okeanın ...

    31-01-2018, 11:45

  • 
  • Kremlin Qafqaz planları

    Kremlin Qafqaz planları ...

    30-01-2013, 10:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu