GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvanın “islahatları” ABŞ-ı “qorxutdu” – Sərkisyan Bakıya gələcək?

İrəvanın “islahatları” ABŞ-ı “qorxutdu” – Sərkisyan Bakıya gələcək?

Tarix: 29-06-2018, 11:00 Bölmə :Siyasət Baxış: 427
İrəvanın “islahatları” ABŞ-ı “qorxutdu” – Sərkisyan Bakıya gələcək?

Amerikalı diplomatdan Paşinyana xəbərdarlıq: “Elə etməyin ki...”; Ermənistanın baş naziri ilə prezidenti arasında çəkişmə böyüyür – səbəb; ABŞ-da səfərdə olan Armen Sərkisyan Ağ Evdə niyə qəbul edilmədi? erməni qəzetindən şok iddia...

Ermənistanda “səssiz inqilab” dalğasında hakimiyyət dəyişikliyindən iki aya yaxın vaxt keçir. Bu müddət yeni baş nazir Nikol Paşinyanın fəaliyyəti ən çox populist vədləri və bir də ölkədə aparılan qalmaqallı həbslərlə yadda qalmaqdadır. Hələ ki işğalçı ölkənin əhalisinin sosial-iqtisadi durumunda müsbət heç bir irəliləyiş qeydə alınmayıb. Ermənistandan kütləvi köç də dayanmayıb. Paşinyanı hakimiyyətə gətirmiş narazı xalq ondan çörək, iş yerləri gözləsə də, baş nazir xalqı həbslərlə “yedizdirir”. Vəd edilən dərin islahatlar isə gözə dəymir. Ermənistanda islahatların özündən çox, görüntüsü var yazsaq, əsla yanılmarıq.

Zaman isə daralır. Çünki qəzəbli kütlə öz güzəranının yaxşılaşması üçün sonsuzadək gözləyib səbir göstərə bilməz. Günün birində Paşinyandan məyus olan xalq onu hakimiyyətə gətirdiyi kimi, oradan da sala bilər. Bu üzdən, deyəsən, “Amerika uşağı” Paşinyanın “islahatları” elə Amerikanın özündə də narahatlıq yaratmağa başlayıb.

*****

“Ermənistanın yeni hakimiyyətinin korrupsiyalaşmış generallara və xadimlərə qarşı atdığı addımlar tərifə layiqdir. Ancaq daha çox iş görmək lazımdır. Bu, heç bir halda sırf bəzi korrupsiyalaşmış xadimlərə qarşı mübarizəyə çevrilməməlidir. Ədliyyə sistemində və məhkəmə strukturunda ciddi islahatlar həyata keçirmək, həmçinin siyasi və iqtisadi sferaları ayırmaq zəruridir”.

“Yeni Müsavat” AzadlıqRadiosunun erməni bölümünə istinadən xəbər verir ki, bu sözlər ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kenet Yaloviçin Ermənistandakı son durumla bağlı İrəvan rəsmlərinə ünvanlı müraciətindəndir. Eks-diplomatın sözlərinə görə, korrupsiya ilə mübarizə zamanı qanunçuluğu və insan haqlarını qorumaq mühüm şərtdir.

Gürcüstanla paralellik aparan sabiq diplomat ardınca Ermənistan hakimiyyətini öz qonşusunun səhvlərini təkrarlamamağa çağırıb. “Mixail Saakaşvili hökuməti oliqarxları və korrupsiyalaşmış xadimləri təqib eləməyə başladı, ancaq onun bu hərəkətləri açıq, şəffaf hüquqi proseslərlə müşayiət edilmirdi. Mən Ermənistan hökumətini bundan qaçmağa çağırıram”, - deyə o əlavə edib.

Əlbəttə ki, dərin islahatlar üçün rəhbərlikdə siyasi iradənin olması birinci şərtdir. Rusiyanın vassalı sayılan Ermənistanda isə belə islahatları aparmaq asan məsələ deyil. Həm də o səbəbə ki, iri oliqarxların, keçmiş siyasi xadimlərin əksəriyyəti Rusiyaya, oradakı siyasi sistemə bağlı adamlardır. Yəni qalmaqallı həbslərlə əslində doyasıyla Rusiyanın Ermənistandakı “quyruğu” da tapdanmış olur...

*****

Bu arada İrəvandakı “Qraparak” qəzeti baş nazir Nikol Paşinyanın prezident Armen Sərkisyanla münasibətlərinin kəskinləşməkdə olduğunu yazıb. “Yen Müsavat”ın məlumatına görə, qəzet bu rəqabətin ən çox da xarici siyasət sferasında özünü göstərdiyini yazıb.

Sitat: “Bizdəki məlumata görə, mümkündür ki, Armen Sərkisyan Bakıya gedəcək. Hərçənd prezidentin iqamətgahındakı mənbələrimiz bunu absurd hesab edir. Həmçinin informasiya var ki, Arnmen Sərkisyan İrana gedəcək”.

Qeyd edək ki, hazırda A.Sərksiyan ABŞ-da səfərdədir. Bura o, Avropadan gəlib. Məlumatlara görə, səfərdə əsas məqsəd Ermənistana böyük sərmayə və sərmayəçilər cəlb eləməkdir. O sırada varlı Amerika və Avropadakı zəngin erməni lobbisinin yeni erməni hakimiyyətinə qarşı daha səxavətli olacağına ümidlər bəslənir.

“Bəli, Avropa və ABŞ-a səfər öncəsi Armen Sərkisyan İranın Ermənistandakı səfiri ilə görüşüb. Ancaq İrana səfər məsələsi müzakirə edilməyib. Bununla belə, bizdəki bilgilərə əsasən, Armen Sərkisyan İrana gedəcək. Bizə deyilib ki, ”yekun tarix dəqiqləşdirilir". Yaxın günlərdə - iyunun 11-12-də isə Nikol Paşinyan NATO-nun sammitinə qatılmaq üçün Brüsselə gedəcək - hansı sammitdə ki, əsas mövzu Rusiya təcavüzünü önləməklə bağlı olacaq", - deyə “Qraparak” sonda vurğulayıb.

*****

“Yeni Müsavat” olaraq, Paşinyanın Brüssel səfərinin Rusiyada ciddi qıcıq yaradacağı, hətta bunun Kremlə qarşı faktiki de-marş olacağını yazmışıq. Üstəlik, sammitdə Rusiya əleyhinə kontur-tədbirlər xüsusi diqqətdə olacaq. Bu mənada işğalçı ölkənin prezidentinin və baş nazirinin daha çox Qərb paytaxtlarına üz tutması, eyni zamanda ABŞ-a xoş getmək üçün İrana səfərlərdən çəkinməsi Moskvanın diqqətini çəkməyə bilməz.

Yeri gəlmişkən, Amerikaya 3 günlük səfərdə olan Armen Sərksiyan hələ ki Ağ Evdə prezident Donald Trampın qəbuluna düşə bilməyib. ABŞ hökumətində bu səfərə elə bir maraq gözə dəymir. Son məlumatlara görə, Sərkisyan ABŞ Senatında Ermənistan Respublikasının yaranmasının 100 illiyi ilə bağlı düzənlənən tədbirə qatılıb. Tədbirdə ABŞ Konqresi və Senatının bir sıra üzvləri, habelə ABŞ Administrasiyasının bəzi yüksək çinli şəxsləri, Amerika erməni icmasının nümayəndələri iştirak ediblər|musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan çətin durumda-erməni baş nazir aksiyaçılara çağırış etdi

    Paşinyan çətin durumda-erməni baş nazir ...

    17-05-2018, 16:41

  • 
  • Paşinyana qarşı hökm kimi ittiham – “Sərkisyanla anlaşıb...”

    Paşinyana qarşı hökm kimi ittiham – “Sərkisyanla ...

    19-05-2018, 10:00

  • 
  • Radikal “Sasna tsrer” təşkilatı Paşinyana müxalifət olmağa hazırlaşır?

    Radikal “Sasna tsrer” təşkilatı Paşinyana ...

    28-05-2018, 13:47

  • 
  • Köçəryan Ermənistanda baş naziri devirib yerinə keçir

    Köçəryan Ermənistanda baş naziri devirib yerinə ...

    6-04-2014, 13:57

  • 
  • Ermənilər ayağa qalxır: Sərkisyan sözünü tutmadı...

    Ermənilər ayağa qalxır: Sərkisyan sözünü ...

    14-01-2018, 14:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu