Ermənistanda seçkiqabağı vəziyyət kifayət qədər mürəkkəbdir.
Bu sözləri açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, bir tərəfdən Sərkisyan verdiyi vədləri yerinə yetirməyib, yəni qondarma respublikadakı referendum heç bir dövlət tərəfindən tanınmayıb, digər tərəfdən isə Surix protokolları faktiki olaraq puça çıxıb:
“Nəticədə işğalçı ölkədə iqtisadi vəziyyət dalana dirənib. Ermənistan qonuşları ilə əməkdaşlıq etmir və bütün layihələrdən təcriddir. Bütün bunlar isə müəyyən siyasi qüvvələrin və ictimai dairələrin narahatlığına səbəb olur. Ölkədəki acınacaqlı durum hər an sosial partlayışlarla nəticələnə bilər. Hesab edirəm ki, seçkilərə qədər Sərkisyan əleyhinə nümayişlər qaçılmaz olacaq. Çünki Ermənistanda müxalif qüvvələr getdikcə daha da aktivləşib və geniş elektorat toplayıb. Bu, Serj Sərkisyanın belə bir vəziyyətdə də yenidən hakimiyyətdə əsas fiqur olmaq istəyini heçə endirə bilər. O üzdən Ermənistanda hakimiyyət dəyişikliyi prosesinin gərgin keçəcəyi şübhə doğurmur”./Axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?