GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ Azərbaycan sərhədlərində DƏHŞƏTLİ PLANI İŞƏ SALDI - Yeni TARİX BAŞLAYIR

ABŞ Azərbaycan sərhədlərində DƏHŞƏTLİ PLANI İŞƏ SALDI - Yeni TARİX BAŞLAYIR

Tarix: 23-07-2018, 11:05 Bölmə :Siyasət Baxış: 305
ABŞ Azərbaycan sərhədlərində DƏHŞƏTLİ PLANI İŞƏ SALDI - Yeni TARİX BAŞLAYIR


ABŞ İran auditoriyası üçün fars dilində gecə-gündüz rejimində telekanalın yayımına başlayır.

gundemxeber.az
xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

“Yayım İdarəetmə Şurası internet senzuranı keçməkdə İran xalqına kömək etmək üçün yeni addımlara təşəbbüs edir. Şura fars dilində fasiləsiz teleyayıma başlayır. Bu, yalnız televiziya olmayacaq, həm də radio və sosial media formatında olacaq”, - Pompeo Kaliforniyada Ronald Reyqan Fondunda çıxışında bildirib.

Onun sözlərinə görə, beləliklə, sadə iranlılar həm İranda, həm də bütün dünyada Amerikanın onlarla birlikdə olduğunu biləcəklər.

“İranlılar 40 il boyunca öz liderlərindən eşidirlər ki, ABŞ “böyük iblisdir”. Biz ona inanmırıq ki, iranlılar hələ də “feyk” xəbərlərə (yalan xəbərlər – red.) qulaq asmaq istəyirlər”, - dövlət katibi əlavə edib.

Qeyd edək ki, Pompeonun nitqi İran İslam İnqilabının qarşıdakı 40-cı ildönümünə uyğunlaşdırılmışdı.

Əlavə edək ki, Yayım İdarəetmə Şurası (BBG) ABŞ Dövlət Departamentinin nəzarətində olan təşkilatdır. Şura “Azadlıq” radiosu və “Amerikanın Səsi” radioları da daxil olmaqla, demək olar ki, KİV-in böyük əksəriyyətini idarə edir.

Vaşinqtonda rəsmən bildirirlər ki, İranda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətində deyillər, amma ümid edirlər ki, ölkə hakimiyyəti və İran xalqı “düzgün seçim” edəcək. ABŞ 2017-ci ilin sonu-2018-ci ilin əvvəllərində İranda etiraz aksiyalarını dəstəkləməklə əslində hakimiyyət dəyişikliyini istədiyini göstərmiş oldu.

Ağ Ev məlumatında deyilirdi ki, Birləşmiş Ştatlar İran xalqının dinc şəkildə öz fikrini ifadə etmək hüququnu dəstəkləyir: "Xalqın səsi eşidilməlidir".

Həmçinin, ABŞ prezidenti Donald Tramp Tvitter sosial şəbəkəsində İranda keçirilən aksiyalara dəstəyini ifadə etmişdi.

İran ətrafında baş verən son hadisələr onun rəqiblərinin İran İslam İnqilabının 40-cı ildönümündə Tehrandakı hakimiyyət üçün xoşagəlməz sürpriz hazırladığını göstərir.

İsrailin baş naziri Benyamin Netanyahunun iyun ayında İranda sudan istifadə ilə bağlı qabaqcıl texnologiyaları və qaydaları fars dilində internetə çıxaracağına söz verməsi də ümumi prosesin tərkib hissəsi kimi düşünülə bilər. Baş nazirin sözlərinə görə, bu texnologiyalar milyonlarla iranlıya quraqlıqdan və aclıqdan qaçmağa kömək edəcək

"İsrail İranda ekoloji faciənin qarşısını almağın yolunu bilir. Mən bunu İran xalqı ilə bölüşmək istəyirəm. Biz yağış sularının yenidən emal olunması, məhsulun xilası və ailələrin yedizdirilməsi barədə təlimatları internetdə yerləşdirəcəyik”, - Netanyahu deyib.

Baş nazir İranda səsləndirilən "İsrailə ölüm!” şüarlarını xatırladıb: "İran rejimi qışqırır: "İsrailə ölüm”. İsrail isə cavabında qışqırır: "İran xalqının həyatı. Ləyaqətli İran xalqı amansız rejimə qarşı tək durmamalıdır. Biz sizinləyik”.

Netanyahu bundan bir neçə gün əvvəl isə etdiyi videomüraciətində İran futbol komandasının İsrail yığmasına qarşı azad Tehranda oynayacağını görəcəyinə ümid etdiyini bildirmişdi.

İyun ayında iranlıların əvvəlcə milli valyutanın dəyərdən düşməsi ilə əlaqədar, daha sonra isə içməli sularda çirklilik və su çatışmazlığına etiraz etmək üçün meydanları doldurması da siyasi mütəxəssislər tərəfindən təsadüfi qarşılanmadı.

Görünür, iyul ayının əvvəlində ABŞ prezidenti Donald Trampın yaxın qrupunun üzvlərindən biri, Trampın vəkili və Nyu-York şəhərinin keçmiş bələdiyyə başçısı Rudi Culiani Fransada İran hakimiyyətinə müxalif olan "Xalqın Mücahidləri Təşkilatı”nın toplantısına qatılması da təsadüf deyildi. Culiani toplantıda çıxışı zamanı İranda hakimiyyət dəyişikliyinə çağırış edib.

O, İrana qarşı sanksiyaların artacağını bildirib.

"İran rejiminin sonunun yaxınlaşdığını görürük. Molllalar getməlidir. Azadlığa çox az qaldı. Bir il sonra bu toplantının Tehranda təşkil etmək istəyirəm”, - vəkili deyib.

Bir vaxtlar ABŞ və Avropanın "terror siyahısı”na daxil edilən və Məryəm Rəcavinin rəhbəri olduğu "İran Mücahidləri Təşkilatı”nın toplantısına qatılan təxminən 4 min adama müraciət edən Culiani dini liderin getməli olduğu və Rəcavinin liderliyi ilə demokratik bir hökumətin qurulmalı olduğunu vurğulayıb.

ABŞ prezidentinin vəkili iqtisadi təcridin İran hökumətinin devrilməsini təmin edəcəyini söyləyib.

Xatırladaq ki, Donald Tramp mayın 8-də 2015-ci ildə imzalanan Birgə hərtərəfli iş Planından Vaşinqtonun çıxdığını elan edib. Sənəd ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının sanksiyalarının ləğvinə əvəz olaraq Tehranın nüvə proqramını məhdudlaşdırırdı.

Tramp yalnız əvvəlki sanksiyaları qaytarmağa deyil, həm də yeni məhdudlaşdırıcı ölçüləri daxil etməyə söz verib. İranın energetika sektoruna toxunan sanksiyalar noyabrın 4-də yenilənəcək. Mayk Pompeonun sözlərinə görə, Vaşinqton İran neftinin idxalını sıfra qədər yaxınlaşdırmaq üçün bir sıra ölkələrlə işləyir.

“Bu təzyiqlərin mərkəzində İranın bank və energetika sektoruna qarşı sanksiyaların yenilənməsi dayanır. Biz son bir neçə həftədir ki, İran neftini idxal edən ölkələrlə işləyirik. Hədəfimiz noyabrın 4-nə kimi idxalı sıfıra qədər azaltmaqdır”, - Pompeo Kaliforniyada Ronald Reyqan Fondunda çıxışında deyib.

Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdə ikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək. ABŞ-ın planı düşünüldüyü kimi işləyərsə, əminliklə demək olar ki, cənub qonşumuzu olduqca çətin il gözləyir. İslam inqilabın 40-cı ildönümü İran üçün yeni bir tarixin başlanğıcı ola bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İran xalqı korrupsiya və ədalətsizlikdən yorulub” – ABŞ DÖVLƏT KATİBİ

    “İran xalqı korrupsiya və ədalətsizlikdən ...

    28-06-2018, 15:03

  • 
  • Pompeo və Lavrov Suriyada durumu müzakirə edib

    Pompeo və Lavrov Suriyada durumu müzakirə edib ...

    31-05-2018, 12:18

  • 
  • Mayk Pompeo Yaxın Şərqdə səfərdədir

    Mayk Pompeo Yaxın Şərqdə səfərdədir ...

    28-04-2018, 19:53

  • 
  • ABŞ-dan İran seçkiləri açıqlaması

    ABŞ-dan İran seçkiləri açıqlaması ...

    17-06-2013, 00:46

  • 
  • Pompeo: Pxenyan tam nüvəsizləşdirilməyə razı olsa, ABŞ Şimali Koreyaya təhlükəsizlik qarantiyaları verə bilər

    Pompeo: Pxenyan tam nüvəsizləşdirilməyə razı ...

    14-05-2018, 10:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu