GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rusiya nümayəndə heyətinin İrəvan səfəri - Ermənistan hökumətinə “qulaqburması”

Rusiya nümayəndə heyətinin İrəvan səfəri - Ermənistan hökumətinə “qulaqburması”

Tarix: 3-08-2018, 15:55 Bölmə :Siyasət Baxış: 331
Rusiya nümayəndə heyətinin İrəvan səfəri - Ermənistan hökumətinə “qulaqburması”


Emənistandakı aprel hadisələrindən sonra Moskva-Yerevan münasibətlərində gərginlik müşahdiə edilməkdədir. Bu, özünü KİV-də daha qabarıq şəkildə göstərir.

2008-ci il martın 1-də baş vermiş hadisə ilə bağlı başlanılan cinayət işi üzrə Ermənistanın keçmiş prezidenti robert Koçaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin istintaqa cəlb edilməsi Moskvanı daha da qəzəbləndirib. Bu, özünü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Koçaryanın həbsi və Xaçaturovun ifadə verməsi ilə bağlı bəyanatında açıq-aşkar büruzə verib. O, hadisədən narahat olduqlarını bəyan edib. Sergey Lavrov hazırkı hökuməti siyasi sələflərini təqib etməkdən çəkinməyə çağırıb: “Rusiya Yerevanın müttəfiqi olaraq, erməni dövlətində sabitliyin olmasında maraqlıdır. Ermənistanın iştirakçısı olduğu MDB məkanındakı təşkilatların normal fəaliyyət göstərməsi baxımından baş verənlər bizi narahat etməyə bilməz. Son günlər biz narahatlığımızı bir neçə dəfə erməni rəhbərliyinə çatdırmışıq. Hesab edirik ki, bütün hallarda vəziyyət konsruktiv istiqamətdə gedəcək”.

Bu bəyanatda S.Lavrovun Ermənistan hökumətini hədələdiyi də hiss edilir.

Bugünlərdə Ermənistanın müdafiə naziri David Tonayanın Gümrüdəki Rusiya bazası ilə bağlı verdiyi ziddiyyətli bəyanatına da Moskva laqeyd qala bilməyib.

Avqsutun 2-də Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fominin başçılığı ilə nümayəndə heyəti Yerevana səfər edib. O, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatskanyanla görüşüb. Erməni nazir iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Zöhrab Mnatsakanyan qeyd edib ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsi əməkdaşlığa müsbət nümunədir. Onun sözlərinə görə, Ermənistan tərəfi KTMT-nin güclənməsini vacib sayır və bu qurumda fəalliyyətini sədaqətlə davam etdirəcək.

Tərəflər "hərbi sahədə əməkdaşlığı dərinləşdirməyin perspektivini", regional və beynəlxalq təhlükəsizlik məsələlərini, Suriyadakı vəziyyəti müzakirə ediblər.
Aleksandr Fomin Ermənistanın müdafiə naziri David Tonayanla da görüşüb. Rəsmi məlumata görə, tərəflər siyasi, hərbi və müttəfiqlik münasibətlərinin dərinləşməsinin vacibliyini qeyd ediblər. Onlar iki ölkə arasında "aktual məsələləri" və "hərbi-siyasi proqramların üstünlüklərindən" danışıblar. Həmsöhbətlər 102 saylı hərbi bazanın fəaliyyətini də müzakirə ediblər. Görüşdə David Tonayan Rusiyaya səfər edəcəyini də bildirib. O, avqustun 11-də “Beynəlxalq hərbi oyunlar-2018” tədbirinin bağlanış mərasiminə qatılacaq.

Rusiya nümayəndə heyətinin səfərindən əvvəl Ermənistan Xüsusi İstintaq Xidməti Yuri Xaçaturova fəaliyyətini davam etdirmək üçün Moskvaya getməsinə icazə verib. Qeyd edək ki, 2008-ci il martın 1-i hadisələri ilə bağlı ittiham olanan Xaçaturov həmin tarixdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi işləyib. O, mart hadisələri üzrə başlanılan cinayət işi ilə bağlı ifadə verib. Ona ölkəni tərk etmək qadağası qoyulmuşdu.

Xaçaturvun hərkətinə qoyulan məhdudiyyətin götürülməsini Ermənistan baş naziri Nikol Paşiyanın Kreml qarşısında geri çəkilməsi kimi dəyərləndirmək olar.

Belə görünür ki, Fominin səfəri zamanı Moskva ilə Yerevan Yuri Xaçaturovun yerinə gətiriləcək kadrı da razılaşdırıb. Onu 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olmuş general-mayor Vaqarşak Arutyunyanın əvəz edəcəyi ehtimal edilir. 62 yaşlı Arutyunyan 1956-cı ildə Gürcüstanın Axalkələki bölgəsində anadan olub (Yuri Xaçaturov Gürcüstanın Borçalı - Kvemo Kartli bölgəsində doğulub). O, Bakıda Hərbi-Dənizçilik məktəbini bitirib, Dağlıq Qarabağın işğalında iştirak edib. 1999-cu il oktyabrın 27-də Ermənstan parlamentinə silahlı hücumdan sonra general–leytenant rütbəsindən general-mayora endirilib. Bundan sonra ovaxtkı prezidenti Robert Koçaryan tərəfindən tutduğu vəzifədən azad edilib.

Təşkilatda kadr dəyişikliyi cari il noyabrın 8-dən tez edilməyəcək. Həmin tarixdə qurumun ali orqanı sayılan Kollektiv Təhlükəsizlik Şurasının (ora Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Ermənistan daxildir) toplantısı keçiriləcək.
Ona görə də ehtimal etmək olar ki, Moskva Xaçaturovu tutduğu vəzifədən azad etməklə Yerevanın istəyini təmin edir, qarşılığında isə Ermənistan onu həbs etməyəcəyini boyun olur. Xaçaturovun vəkili Miqran Poqosyan müvəkkilinin növbəti dəfə istintaqa nə vaxt çağırılacağını bilmədiyini söyləyib.

Aleksandr Fominin başçılıq etdiyi nümayəndə heyəti isə bütövlükdə Ermənistan hakimiyyətinə bir qədər yumşaq ifadə etsək “qulaqburması” vermək üçün Yerevana gedib. Çünki rəsmi Yerevan son günlər Rusiyanın çızdığı xətti aşmağa səy edir.

Heç kimə sirr deyil ki, mart hadisələri nəticəsində Serj Sarqsyan hakimiyyətə gətirilib. Belə ehtimal edilir ki, Ermənistanda hakimiyyətin zəbt edilməsində Moskvanın da əli var. Sergey Lavrovun bu cinayət işi üzrə narahatlıq və hiddət dolu bəyanatı da bunu deməyə əsas verir. Paşinyan isə həmin hadisələrə hüquqi qiymət verdirməklə Ermənistan cəmiyyətində nüfuzunu artırıb, payızda keçiriləcəyi nəzərdə tutulan parlament seçkilərində təmsil etdiyi siyasi qüvvələrin qələbəsinə nail olmağa çalışır.

Növbədənkənar parlament seçkilərinin tarixinin elan edilməsinin gecikdirilməsinin başlıca səbəblərindən biri Paşinyanın başçılıq etdiyi siyasi qüvvələrin Ermənistan cəmiyyəti və Rusiyanın siyasi elitası tərəfindən bütövlükdə qəbul edilməməsidir. Onlar mart hadisələri üzrə araşdrıma ilə hər iki tərəfin eitmadını qazanmağa cəhd göstərirlər.
David Tonayanın Panik kəndindəki məlum hadisədən sonra Rusiyanın Ermənistandakı sərhədçiləri ilə bağlı verdiyi bəyanatın sonradan başçılıq etdiyi nazirlik tərəfindən təkzib ounması görünür, Kremli qane etməyib. Ona görə də hadisənin yerində araşdırıb, lazımi ölçü götürmək üçün Aleksandr Fomin Ermənstana ezam olunub.

Avqstun 17-də Nikol Paşinyan hökumətinin 100 günü tamam olacaq. Həmin gün o, Yerevanda mitinq keçirmək, gördükləri və görəcəkləri işlər barədə ictimaiyyətə məlumat vermək niyyətindədir. Bu çıxış həm də Ermənistanın yeni hökumətinin Rusiya ilə bağlı mövqeyinə aydınlıq gətirə bilər.

Rusiya nümayəndə heyətinin Yerevan rəsmilərinə siyasi həyatı başa salmaq və iki ölkə arasındakı münasibətlərdə qaranlıq kimi görünən məqamları işıqlandırmaq üçün səfər etdikləri açıq-aşkar görünür. Bu səfəri Kremlin Paşinyan hökumətini təftişi kimi də qiymətləndirmək olar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Moskva Ermənistana "İsgəndər"lərin təchizatını dayandırır, Kreml Paşinyana qəzəblidir

    Moskva Ermənistana "İsgəndər"lərin ...

    2-08-2018, 12:07

  • 
  • "Moskva Paşinyanı cəzalandıracaq" - Erməni politoloq

    "Moskva Paşinyanı cəzalandıracaq" - ...

    2-08-2018, 11:49

  • 
  • “Kommersant”: Rusiyanın Ermənistana 100 milyon dollarlıq silah verməsi sual altındadır

    “Kommersant”: Rusiyanın Ermənistana 100 milyon ...

    3-08-2018, 02:31

  • 
  • Məhkəmə Koçaryan haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxır

    Məhkəmə Koçaryan haqqında həbs qətimkan ...

    27-07-2018, 11:46

  • 
  • Sergey Lavrov: "Rusiya buna hazırdır"

    Sergey Lavrov: "Rusiya buna hazırdır" ...

    1-09-2016, 12:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu