Ermənistan rəhbərliyi 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürməklə Moskvanı qıcıqlandırmasına rəğmən, Rusiya üçün “ikinci Xaçaturov” sürprizi hazırlayır.
gundemxeber.az z xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “168 jam” qəzeti yazıb. Etibarlı mənbələrə istinad edən qəzet bildirir ki, Nikol Paşinyan hökuməti Ermənistanın sabiq baş naziri, hazırda isə Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqının dövlətüstü tənzimləyici orqanı olan Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün aktiv şəkildə materiallar və sübutlar toplamağa başlayıb.
Mənbələrin dediyinə görə, “Tiqran Sarkisyana qarşı istintaq prosesi əslində çoxdan başladılmadı idi. Lakin KTMT-nin baş katibi Yuri Xaçaturovun cinayətdə ittiham edilməsi Rusiyanın sərt reaksiyasına səbəb olduğundan rəsmi İrəvanın bu addımına bir qədər mane oldu. Çünki Moskva bu məsələdə Ermənistan rəhbərliyinin davranışını özünə qarşı təxribat və KTMT-nin nüfuzdan salınması kimi qiymətləndirir.”
Bununla belə qeyd olunub ki, Kreml və Rusiya XİN tərəfindən İrəvanın ünvanına tənqidi bəyanatlar səslənməsinə baxmayaraq, Paşinyan hökuməti Moskvaya və onun liderlik etdiyi digər təşkilatın nüfuzuna növbəti zərbə vurmağı planlaşdırır. Odur ki, İrəvanın bu dəfəki davranışı tamam fərqli nəticələrə gətirib çıxara bilər. 0
Sorğu
Yeni dizaynımız necədir?