GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Rusiyanın seçkilərə təsir imkanı daha böyükdür”

“Rusiyanın seçkilərə təsir imkanı daha böyükdür”

Tarix: 25-07-2013, 00:51 Bölmə :Siyasət Baxış: 625
“Rusiyanın seçkilərə təsir imkanı daha böyükdür”

Prezident seçkiləri yaxınlaşdıqca ictimai-siyasi dairələrdə müşahidə edilən gərginlik və canlanma da əhəmiyyətli dərəcədə artmaqdadır.


Seçki ilə bağlı istər müxalifət, istərsə də iqtidar düşərgəsindən verilən bəyanatlar, siyasi qütblərin bir-birinə ünvanladığı kəskin ittihamlar və s. qarşıdakı seçkinin kifayət qədər ciddi rəqabət və ağır mübarizə şəraitində keçəcəyindən xəbər verir. Seçkiöncəsi diqqət çəkən ən başlıca məqamlardan biri isə iqtidardan fərqli olaraq, müxalifətin prezident seçkilərinə vahid deyil, çoxsaylı namizədlərlə qoşulmasıdır. İllər uzunudur müvəqqəti, keçici bir birlik belə formalaşdıra bilməyən müxalifət, hər zaman olduğu kimi bu dəfə də seçkilərə bir neçə namizədlə qatılır ki, bu da iqtidar namizədinin onsuz da yüksək olan şansını bir qədər də artırmış olur. Lakin bütün binlarla yanaşı, müxalifətin seçkilərdə uğur qazanmaq perspektivinin mövcudluğuna inanan və nəyin bahasına olursa-olsun mübarizəni sona qədər aparmaqda israrlı olan siyasilər də yox deyil. Odur ki, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay Hurriyyət.net-ə bu məsələlərlə bağlı müsahibə verib.

- Ilqar bəy, ilk öncə Milli Şura ətrafında cərəyan edən son proseslərlə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə, Milli Şura həqiqətən də qarşıdakı prezident seçkilərində xalqın əsas hissəsinin dəstəyinə nail ola biləcəkmi?

- O baxır – Milli Şura narazı elektorat qarşısına seçki zamanı hansı komanda ilə çıxacaq, xalq öz qarşısında Milli Şuranın timsalında mövcud qüvvətli və mütəşəkkil iqtidarı nə dərəcədə əvəz edə biləcək bir sistemli, təkmil, vahid alternativ qüvvə görəcək. Ancaq hələ ki, bu geniş müxalifət birliyində formalaşma prosesi gedir və bunun nə vaxt başa çata bilməsi sual altındadır.

- Milli Şura müxalifətin geniş spektirini birləşdirmək adı ilə yaradılsa da, bu gün də bir çox müxalif siyasi partiya bu qurumdan kənardadır. Bunu özü onu söyləməyə əsas vermirmi ki, Milli Şuranın meydana gəlməsi müxalif siyasi güclər arasındakı parçalanmanı daha da dərinləşdirdi?

- Milli Şura müxalifətin parçalanmasını dərinləşdirdi – deməzdim. Ancaq – ümumi müxalifətin daha geniş spektrini əhatə edə bilərdi – fikri ilə razılaşmaq olar. Doğrudan da, bir sıra ictimai-siyasi qüvvələr, ictimai xadimlərin həmin birlikdə təmsilçiliyi fikrimcə, Milli Şuranın uğuru üçün vacib sayıla bilərdi.

- Elə bir situasiya yarana bilər ki, öz namizədliyinizdən Milli Şura lideri və ya hansısa müxalif namizədin xeyrinə imtina edəsiniz və onu dəstəkləyəsiniz?

- Mən heç kəs qarşısında heç bir zaman öhdəliyi olmayan azad və neytral, partiyasız insanam. Düşünürəm ki, ictimai mənşə, savad, potensial baxımından bir çox namizədlərdən geridə deyiləm. Ona görə də, namizədliyimi irəli sürməkdə müstəqil qərar vermişəm və bunu kiminsə xeyrinə geri götürmək fikri və məqsədilə etməmişəm.

- ADP sədri Sərdar Cəlaloğlu iddia edir ki, bu gün müxalif qüvvələrin qalib gəlmək şansı aşağıdır və çoxları ona görə öz namizədliyini irəli sürür ki, sonradan bioqrafiyasında “prezidentliyə namizəd olub” ifadəsini yazdıra bilsin. Doğrudanmı, müxalifətin seçki öncəsi durumu bu dərəcədə ümidsiz və faciəvidir?

- Sərdar bəy həyatda hər şeyə və o cümlədən növbəti seçkilərə də dərin fəlsəfi nöqteyi-nəzərdən yanaşır. Fikirləri rəngarəng və kateqorik olur və cəmiyyətimiz artıq buna öyrəşir. Ancaq Azərbaycan kimi, müxtəlif xarici və daxili təsirlər sayəsində çalxalanıb, durumu kəskin dəyişə bilən kiçik ölkələrdə hər şey ola bilər. Müəyyən dövrlərdə müəyyən ümidsizliklər ola bilər, ancaq məncə, bunu faciəvi dərəcədə son hesab etmək olmaz. Onda bu seçkilər, onun ətrafında gedən mübarizələr, müxalifətin müqaviməti, iqtidarın narahatçılığı nəyə lazımdır?

- Vahid namizəd ideyasının iflas etdiyi indiki məqamda müxalifətin çoxsaylı namizədlərlə seçkidə iştirakı və iqtidar təmsilçisinin səsini bu yolla parçalamaq ideyası da gündəmdədir. Sizcə, müxalifətin bu yolla uğur qazanmaq şansı varmı?

- Sözsüz ki, müxalifətin bu cür güclü və mükəmməl iqtidar qarşısında uğuru təbii ki, onun birliyindən keçir. Azərbaycan müxalifəti bu 20 ildə hələ də birliyə hazır deyilsə, yaxud bu məsələdə gecikibsə, o zaman dağılma üçün müxtəlif səbəbələr irəli sürülə bilər. Bunun birisi də, siz deyən kimi, iqtidar təmsilçisinin səsini parçalamaq adı ilə çoxsaylı namizədlə iştirak ola bilər. Bunun adı əlbəttə, iqtidarın səslərini parçalamaq ola bilər, ancaq nəticə etibarilə müxalifətin özünün parçalanması da demək olar.

- Prezidentliyə namizədlərdən biri kimi öz şansınızi necə qiymətləndirirsiniz?

- Hazır, işlək siyasi komandası olmayan partiyasız, müstəqil, neytral şəxsin uğuru yaranan imkan və şərtlərdən çox asılıdır. Bu cür iştirakın zəif və bir o qədər də üstün tərəfləri var. Hər şey proseslərin gedişindən, demokratik seçki şəraitindən asılı olacaq. Güclü rəqib namizəd məsələsində isə, bir ixtisaslı araşdırmaçı, təhlilçi kimi iqtidar namizədini qeyd etməyim vacibdir.

- Bir müddət öncə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənov bildirdi ki, İlham Əliyev seçki kampaniyası aparmayacaq və onun buna ehtiyacı da yoxdur. Sizcə hakim düşərgənin belə bir kampaniyaya ehtiyac duymaması iqtidarın xalqın sevgisini yetərincə qazanması ilə bağlıdır, yoxsa bu, mövcud rejimin xalqa etinadsız yanaşmasının göstəricisidir?

- Məncə mövcud iqtidar bu seçkilərdə kifayət qədər məsuliyyət, gərginlik və narahatlıq yükü altındadır. Ola bilsin, taktiki mövqe tutub, bunu büruzə vermək istəmir. Yəqin cənab Əli Həsənov da bunu bir məqsədlə, yəni rəqibləri sakitləşdirib yuxuya vermək üçün edib.

- Bundan əvvəlki seçki illərində olduğu kimi, bu il də seçkilərin nəticəsinin saxtalaşdırılacağı haqda ciddi narahatlıq mövcuddur…

- Iqtidarın hakimiyyət gücü və vətəndaş cəmiyyətinin nəzarət zəifliyi olan yerdə seçkilərin saxtalaşdırılması fürsəti həmişə var. Məncə, bunun qarşısını almaq üçün ilk növbədə, xalqın bu seçkilərin onun həyatı və gələcəyi üçün nə dərəcədə vacib olmasını dərk etməsi vacibdir. Buna müvafiq sivil addımlar atılmalı, seçki fəallığı və nəzarət gücləndirilməlidir. Saxtakarlıq niyyətində olan hakimiyyət dairələrinə bununla anladılmalıdır ki, bu cür pozuntular ümumiyyətlə ölkəni geri salır, dövləti zəiflədir və nəhayət, bunu edənlərin özləri üçün ağır məsuliyyət yaradır.

- Politoloq Zərdüşt Əlizadə seçkilərin nəticəsinin birlavasitə Rusiyanın istəyindən asılı olduğunu qeyd edir və bildirir ki, Moskva məhz istədiyi şəxsi hakimiyyətə gətirəcək. Doğrudanmı, hər şey Rusiyanın istəyindən asılıdır?

- Bunu inkar etmək olmaz. Biz hələ o dərəcədə inkişaf edib möhkəmlənməmişik ki, daxili siyasətimiz xarici fövqəlgüclərin təsiri olmadan ötüşsün. Təbii ki, bu güclərdən ən çox bizim ölkəyə təsir imkanı olan Rusiyadır. Zərdüşt bəy müəyyən mənada bunu düz deyir. Dünyada Rusiyanın əli ABŞ qədər uzun olmasa da, bizə çatır, çünki lap böyründəyik. Ancaq məncə, hər şeyin Rusiyanın istəyindən asılı olması məsələsi bir qədər şişirdilir. Ortada Qərb, ABŞ kimi qüdrətli və Azərbaycanda son dərəcə güclü maraqları olan qüvvələr də mövcuddur.

- Sizcə, Qərbin qarşıdakı seçkilərə təsiri nə dərəcədə olacaq? Demokratik qüvvələr Qərbin dəstəyinə ümid edə bilərmi?

- Mənim fikrimcə, Qərblə Rusiya, əsas da Obama ilə Putin arasında bir sıra regionlar üzrə, xüsusilə Qafqaz regionu üzrə üzdə görünməyən razılaşmalar mövcuddur. Ermənistan prezidenti məsələsində neçə illərdir ki, bu iki fövqəlqüvvə arasında ziddiyyət yoxdur. Gürcüstan məsələsində var idi, o da İvanişvilinin hakimiyyətə gəlməsi ilə həll olundu. Azərbaycan barədə də məncə razılaşma olacaq və bəlkə də artlq var. Amma bu razılaşma kimin üzərindədir, bu yəqin ki, zamanla müşahidə olunacaq. Qərbin fikri də, ideologiyası da təbii ki, demokratiya yoludur. Qərb o demokratik qüvvələrə istinad edə bilər ki, o qüvvələr xalqın tam dəstəyini qazansın və həm də stabil ciddi bir hakimiyyət təşkil etmək potensialında olsun.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda iqtidat və müxalifətin görüşü olacaq

    Azərbaycanda iqtidat və müxalifətin görüşü olacaq ...

    30-07-2013, 12:31

  • 
  • Müxalifət və iqtidar üçün ortaq problem; “vahid namizəd”

    Müxalifət və iqtidar üçün ortaq problem; “vahid ...

    21-04-2013, 13:04

  • 
  • İqtidar-müxalifət dialoqu başlayır?

    İqtidar-müxalifət dialoqu başlayır? ...

    26-11-2013, 11:53

  • 
  • Əli Kərimli: “Rüstəm bəyi namizəd kimi qeydə almağa məcbur olacaqlar”

    Əli Kərimli: “Rüstəm bəyi namizəd kimi qeydə ...

    12-07-2013, 14:42

  • 
  • 2013-cü il müxalifət və iqtidar üçün çətin olacaq

    2013-cü il müxalifət və iqtidar üçün çətin olacaq ...

    29-12-2012, 10:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu