GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » 2013-cü il müxalifət və iqtidar üçün çətin olacaq

2013-cü il müxalifət və iqtidar üçün çətin olacaq

Tarix: 29-12-2012, 10:46 Bölmə :Maraqlı Baxış: 1 001
2013-cü il müxalifət və iqtidar üçün çətin olacaq

Hər iki qütb hansısa planlar qurmaqdan öncə Azərbaycan vətəndaşlarının etimadını doğrultmaq üzərində baş sındırmalıdır

gundemxeber.az Son vaxtlar müxalif düşərgədə ciddi qarşıdurma yaşanır. Amma hakimiyyətdaxili münasibətlərlə müqayisədə bu halı ilə belə müxalifət monolit sayıla bilər. Bir çox siyasi müşahidəçilərə görə, yaxın aylar 2013-də Azərbaycanda keçiriləcək növbəti preziden seçkiləri ilə bağlı cəmiyyətə ciddi mesaj olacaq. Yəni bu zaman bəlli olacaq ki, istər iqtidarın, istər də müxalifətin 2013-cü il seçkiləri ilə bağlı ortaya qoyacağı siyasi güc hansı çərçivədədir...

2013 - dözümün bitdiyi zaman

Əlbəttə, proseslər daha çox hakimiyyətin ciddi siyasi islahatlara gedib-getməməsi ilə öz axarını təyin edəcək. Bir sözlə, Azərbaycan hakimiyyəti 2013-cü ilə müxalifətin və cəmiyyətin siyasi tələblərini gözə almadan keçid etmək fikrinə düşsə, ölkədə gözlənilməz və nəticəsi ağır olan proseslərin yaşanma ehtimalı çox böyük olacaq. Təsadüfi deyil ki, mövcud rejimin mahiyyətinə bələd olan siyasi ekspertlərin əksəriyyəti elə indidən 2013-lə bağlı məhz bu cür bədbin proqnozlar verməkdədirlər. Daha geniş çərçivədə isə qəbul olunan fikir bundan ibarətdir ki, İlham Əliyev hakimiyyəti prezident seçkiləri öncəsi də islahatlara getməməkdə israrlı olarsa, Azərbaycan üçün fəlakətli proseslərin başlanğıcını qoymuş olacaq. Çünki artıq nəinki müxalif düşərgədə, eynilə cəmiyyətin özündə də, necə deyərlər, bıçaq sümüyə dirənib. Bu gün müxalifət müxtəlif səbəblərdən iqtidarın qarşısından geri çəkilsə belə, Azərbaycan vətəndaşlarının mövcud rejimin cinayətlərinə bundan artıq dözüm nümayiş etdirəcəyini gözləmək absurddur.

Demokratiya və müxalifət üçün son şans

Şübhəsiz ki, artıq vətəndaşların səbr kasasının daşdığını siyasi müxalifət də çox gözəl dərk edir və bu baxımdan liderlərin uzun fasilədən sonra hakimiyyət dəyişikliyi üçün yaranmış son şansı əldən verəcəyini gözləmək olmaz. Digər tərəfdən, 2013-cü ilin prezident seçkiləri qoca müxalif partiyalar, xüsusən də onların sədrləri üçün də son dərəcə əhəmiyyətli məsələdir. Sözsüz, biz növbəti prezident seçkilərini müxalifət üçün son şans kimi dəyərləndirmək fikrindən uzağıq. Siyasətdə həyat davam etdikcə şanslar da hər zaman mövcud olur, yetər ki, ondan səmərəli istifadə etməyi bacarasan. 2013-cü ilin prezident seçkiləri də Azərbaycan müxalifəti üçün yaranmış ən əlverişli şanslardan biridir. Hazırda müxalifətin başlıca vəzifəsi cəmiyyətdəki narazılığı öz istiqaməti üzrə yönləndirmək və siyasi proseslərin nəzarətini ələ almaqdan ibarətdir. Əgər müxalifət üzərinə düşən bu vəzifənin öhdəsindən bu dəfə də layiqincə gələ bilməsə, Azərbaycanda demokratiyanın uzunmüddətli dəfni haqda danışmaqdan başqa çarə qalmayacaq.

Hakimiyyətin namizədi kim olacaq?

Təbii ki, bu gün cəmiyyətdə hər kəsi, xüsusən də siyasi çevrələri hakimiyyətin prezident seçkiləri ilə bağlı planları daha çox maraqlandırır. Əsas sual da bundan ibarətdir ki, İlham Əliyev 3-cü dəfə də prezident seçkilərinə qatılacaq, ya yox? Çünki bir çoxlarına görə, 2009-cu ildə keçirilən referendum məhz qarşıdan gələn seçkilərdə İlham Əliyevin alternativsiz namizəd olması üçün vaxtında düşünülmüş addımdır. Lakin bir qrup da bu fikirdədir ki, hakimiyyətin illər öncə qurduğu plan artıq keçərli deyil və ərəb ölkələrində yaşanan inqilablar İlham Əliyevin də 2013-ə gedən yolunu bağladı. Bu baxımdan belə iddia irəli sürülür ki, İ.Əliyev 2013-cü ildə ən yaxşı halda «Putin variantı»nı gerçəkləşdirə bilər. Ancaq şübhəsiz ki, bu planın baş tutub-tutmayacağı da hələ sual altındadır. Ona görə ki, Qərbin rusiya modelinin Azərbaycanda tətbiq olunmasına göz yumacağı heç də gözlənilən deyil. Biz bunu Vladimir Putinin növbəti dəfə prezident postunun ələ keçirməsi zamanı Qərb ölkələrinin bu məsələyə münasibətindən də aydın görə bilərik. Əgər Putinə qarşı ciddi basqılar ortaya qoyuldusa, deməli Azərbaycana qarşı daha radikal mövqenin şahidi ola bilərik.

Hakimiyyətin Rusiya variantı

Azərbaycan hakimiyyətinin 2013-cü il ərəfəsində «Azərbaycanın Medvedyevi»ni ortaya çıxarmaq imkanları da sual altındadır. İlham Əliyev baş nazir gəlməsi müqabilində hakimiyyəti müvəqqəti olaraq kimə ötürə bilər? Bu gün iqtidarda elə bir şəxs varmı ki, daxildə bir-biri ilə didişən qrupların maraqlarını özündə uzlaşdıra bilsin? Digər tərəfdən, «Azərbaycanın Medvedyevi» olacaq şəxsə qarşı müxalifət həqiqətənmi loyal münasibət sərgiləyə bilər?
Əlbəttə, son dönəmlərə qədər İlham Əliyevi 2013-də əvəzləyəcək şəxsin məhz onun xanımı Mehriban Əliyevanın ola biləcəyi ehtimalı irəli sürülürdü. Hətta siyasi dairələrdə bu variantın keçərli ola biləcəyi də müəyyən şəxslər tərəfindən açıq şəkildə dilə gətirilirdi. Son aylar isə bu variant təmamilə gündəmdən çıxıb. Sözsüz ki, burada «ərəb baharı» önəmli rol oynasa da, M.Əliyevanın prezidentliyə gedən yolda qarşısına çıxan əsas maneə hakimiyyət daxilindəki müəyyən qrupların ona qarşı dirəniş göstərməsi oldu. Bu proses hətta o səviyyəyə çatdı ki, artıq bəzi məmurlar «birincilik» eşqinə düşdülər, bəziləri isə özləri üçün kənarda siyasi lider formalaşdırmaq məqsədilə ciddi addımlar atdılar. Odur ki, İ.Əliyev hakim komandanın parçalanmaması naminə hələlik üzdə özünün yenidən prezident seçkilərinə qatılacağı görüntüsünü yaratmaqla məşğuldur. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi hakim ailənin hazırda «b», «c» variantları üzərində də ciddi iş apardığı şübhə doğurmur. Bütün bunlar haqqında hər halda, yaxın aylar ərzində daha detallı faktların şahidi olacağıq.
Əlbəttə, istər müxalifətin, istər də hakimiyyətin qurduğu planlar yalnız cəmiyyətin dəstəyi ilə həyata keçə bilər. Bunun üçün hər iki qütb hansısa planlar qurmaqdan öncə Azərbaycan vətəndaşlarının etimadını doğrultmaq üzərində baş sındırmalıdır. Müxalifət düşünməməlidir ki, ötənlərdə olduğu kimi yenə də xalqın maraqlarını öz şəxsi ambisiyalarına qurban verə biləcək. Eynilə hakimiyyət də bu xalqı əzərək, ona zülm edərək yenə də güc yolu ilə öz iqtidarını qoruyub saxlaya biləcəyini düşünürsə, çox səhv edir.

«Gündəm xəbər»
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda iqtidat və müxalifətin görüşü olacaq

    Azərbaycanda iqtidat və müxalifətin görüşü olacaq ...

    30-07-2013, 12:31

  • 
  • Hakimiyyətin xilas yolları…

    Hakimiyyətin xilas yolları… ...

    13-03-2013, 10:17

  • 
  • İqtidar-müxalifət dialoqu başlayır?

    İqtidar-müxalifət dialoqu başlayır? ...

    26-11-2013, 11:53

  • 
  • "Yaxın zamanlarda müxalifətin yeni strategiyası müəyyənləşəcək"

    "Yaxın zamanlarda müxalifətin yeni ...

    24-10-2013, 15:55

  • 
  • PA-dan Azərbaycanın «cib müxalifəti»nə göstəriş

    PA-dan Azərbaycanın «cib müxalifəti»nə göstəriş ...

    9-04-2013, 10:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu