Ermənistanda seçki kampaniyası olduqca sönük keçir. Əsas səbəb Nikol Paşinyanın “Mənim addımım” blokunu bütün rəqiblərindən olduqca üstün mövqedə dayanmasıdır.
Buna rəğmən yerlərdə müxalif nümayəndələrə əngəllər törədilməsi barədə informasiyalar gəlməkdədir. Lakin bu dəfə rollar dəyişib. Indi Serj Sərkisyanın Ermənistan Respublika Partiyası hakimiyyətin müxtəlif formalrda onlaırn təbliğatına mane olduğunu iddia edir. Onu da qeyd edək ki, Nikol Paşinyana yaxın media seçki kampaniyası ərzində müntəzəm olaraq ERP nümayəndələrinə xalqın içinə çıxmamalarını, əks təqdirdə onlara fiziki təzyiq göstəriləcəyi barədə xəbərdarlıq edirdi.
Respublika partiyası təzyiqlərə son nümunə kimi Eçmiədzində partiyanın siyasi reklamının əks olunduğu bilbordlar üçün yer verilməməsini göstərib.
Bununla əlaqədar Sərkisyana bağlı siyasi təşkilat baş prokurorluğa müraciət də edib.
“Yoxsa baş nazir Ermənistanı 30-cu illərin Almaniyasına, özünü Hitlerə, Milli Təhlükəsizlik Xidmətini isə Gestapoya çevirmək istəyir? Bəsdirin, bir şey edə bilmirsinizsə, barı susun”, - deyə ERP mətbuat katibi Eduard Şarmazanov öz Facebook səhifəsində yazıb.
Erməni ekspertlər isə iqtidar nümayəndələrinin dediklərinin əksinə olaraq ERP-in parlamentə keçmək şansının yüksək olduğunu bildirirlər.
Siyasi texnoloq Karen Köçəryanın söylədiyinə görə, Serj Sərksiyanın partiyası yüksək nəticə almaq üçün bütün zəruri resurslara malikdir: “Ermənistanın siyasi həyatında 20 illik mövcudluq, kifayət qədər maliyyə imkanları, habelə müəyyən dərəcədə keyfiyyətli kadrların qalması bu partiyanın sabit sosial baza və elektorata malik olması haqqında danışmağa imkan verir”.
Ekspertin fikrincə, ERP Paşinyanın deyimi ilə “qara qüvvələrin” toplanma nöqtəsinə çevrildiyi üçün 5%-lik baryeri asanlıqla aşa bilər.
“Qalan siyasi qüvvələr isə ancaq iqtidardakı “Mənim addımım” blokuna getməyən səslərə ümid edə bilərlər",-deyə Karen Köçəryan bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?