Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyasının sabiq üzvlərindən biri baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərlə bağlı qərarını dəstəkləyib.
Gundemxeber.Az xəbər verir ki, deputat Artur Gevorkyan 8 oktyabrda xüsusi bəyanatla çıxış edib. “Birmənalı şəkildə Nikol Paşinyanın 2018-ci ilin dekabrında növbədənkənar seçkilər keçirməklə bağlı qərarını dəstəkləyirəm”, bəyanatda deyilir. Deputat həmçinin bildirib ki, N.Paşinyanın istefasından sonra növbədənkənar seçkilər keçirilənədək parlament yeni hökumət başçısını seçməməlidir. O həmçinin Milli Məclisin buraxılması barədə baş nazirin planını da müdafiə edib, bununla da Respublika Partiyasının parlamentlə bağlı planına qarşı çıxıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?