GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ramil Usubovun yubiley günü

Ramil Usubovun yubiley günü

Tarix: 22-12-2018, 12:00 Bölmə :Siyasət Baxış: 375
Ramil Usubovun yubiley günü


Deputatlar nazir haqqında danışdılar

Dekabrın 22-si Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki Ramil Usubovun doğum günüdür. DİN rəhbərinin 70 yaşı tamam olur.

Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub.

Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilib. Ailəlidir, üç övladı var.

Milli Məclisin üzvləri “Yeni Müsavat”a açıqlamaları zamanı cənab Usubovun keçdiyi yola nəzər salıb onun haqqında yüksək fikirlər söylədilər və ona ünvanlı səmimi təbriklərini dilə gətirdilər.

Deputat Vahid Əhmədov “Yeni Müsavat”a dedi ki, R.Usubov uzun müddətdir bu vəzifəni icra edir: “Ramil müəllim artıq 25 ilə yaxındır daxili işlər naziri vəzifəsində çalışır. Bu dövrdə Azərbaycanda stabilliyin qorunub-saxlanmasında böyük xidmətləri var. O cümlədən yeganə nazirdir ki, hansısa şikayətlər ona ünvanlananda bütün məktubları şəxsən özü imzalayır. Mənə gələn bütün məktublara özü imzasını qoyur. Yəni bu kimi məsələlərdə həddindən artıq diqqətlidir. Həmçinin ərizəçilərin şikayətlərini çox diqqətlə araşdırır, onları nəzarətə götürür, prosesi sonadək izləyir, axıra çatdırır”.

V.Əhmədov xüsusilə qeyd etdi ki, cənab nazir Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə və ölkə prezidentinə sadiq səlahiyyət sahiblərindən biridir: “Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında, stabilliyin bərqərar olunmasında xüsusi rolu var. Düzdür, bütün bunların başında dövlət başçısı dayanır. Amma Ramil Usubov daxili işlər orqanlarına rəhbərlik edən nazir olaraq bu vəzifələrin öhdəsindən kifayət qədər yaxşı gəlir”. Deputat sonda 70 illiyik yubileyi münasibətilə DİN başçısına can sağlığı, uzun ömür, işlərində uğurlar arzuladı.

Deputat Fazil Mustafa bildirdi ki, Ramil Usubovun 70 illiyi həqiqətən də Azərbaycanın görkəmli dövlət xadiminin yubiley tarixidir: “Hesab edirəm ki, Ramil Usubovun Azərbaycan dövlətinin möhkəmlənməsində, xüsusilə də cinayətkarlığa qarşı mübarizədə tutduğu prinsipial mövqe və ən ağır zamanlarda Azərbaycan dövlətinin başının üstünü kəsən təhlükələrdən qurtarma istiqamətində atdığı peşəkar addımlar Azərbaycanın dünya səviyyəsində normal dövlətə çevrilməsinə imkan yaradıb. Məhz onun peşəkarlığı sayəsində dövlətə qarşı olan bir çox addımların da qarşısı alınıb”. F.Mustafa qeyd etdi ki, R.Usubov həm də millət vəkillərinə qanunun imkan verdiyi çərçivədə ən həssas yanaşan nazirlərdən biridir: “Ona cəmiyyətdə baş verən bütün problemli məsələlərlə bağlı sorğulara dərhal cavab verən, şəxsən özü birbaşa maraqlanan və millət vəkillərini arayıb özü problemlə maraqlandığını dəfələrlə göstərən bir dövlət adamıdır. Bu xüsusiyyət olduqca vacibdir. Çünki istər cəmiyyətin problemlərinə həssas münasibət göstərən bu cür dövlət xadimlərinin olması ən azı dövlətin problemləri haqqında düşünən insanların cəmiyyətdə, dövlət aparatında faydalı işlər görməsinin bir nümunəsidir. Ona görə də mən cənab nazirə uğurlar, can sağlığı arzulayıram və ümid edirəm ki, Ramil Usubovun təcrübəsindən həmişə Azərbaycan cəmiyyəti və dövləti yararlanacaq”.

Deputat Qüdrət Həsənquliyev bildirdi ki, ictimaiyyət Ramil Usubovu Prezidentin komandasının ən peşəkar və sadiq üzvlərindən biri hesab edir: “Onun peşəkarlığı tutduğu vəzifənin tələb etdiyi həddə soyuqqanlılığı, cəsarəti ,bacarıqlı olması və işgüzarlığı ilə xarakterizə olunur. O və onun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyi çətin bir coğrafiyada yerləşən ölkəmizdə sabitliyin və təhlükəsizliyin qorunub-saxlanılması istiqamətində Prezidentin siyasətini uğurla həyata keçirməkdədir”. Q.Həsənquliyev DİN rəhbərinin fəaliyyətini yüksək qiymətləndirdi: “Ramil müəllim nazir olduğu dövrdə ətrafında öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacaran istedadlı gənclərdən ibarət komanda formalaşdırmış, gələcəkdə varisliyin təmin olunması üçün zəruri və sistemli işlər görmüşdür. İşinə və bir insan kimi təvazökarlığına görə Prezidentin etimadını qazanmışdır. Qeyd etdiyim və etmədiyim keyfiyyətlərinə görə hətta ləyaqətli rəqibləri belə, bir dövlət xadimi kimi onun istedadını və özünə ”yox" demək bacardığını etiraf edir, ona həmişə sayğı və hörmətlə yanaşırlar. Mən Ramil müəllimi böyük yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik, çətin və şərəfli işində uğurlar arzulayıram".

Deputat Zahid Orucun sözlərinə görə, şübhəsiz, dövlət adamlarının yubiley yaşları şəxsi tərcümeyi-hallarından daha çox, millət qarşısında hesabatdır və ictimai-siyasi mahiyyətli hadisədir: “General-polkovnik Ramil Usubovun adı çəkilərkən hamı onu yüksək siyasi ideallara, peşəkarlığa və dövlət ərkanına mənsub insanlardan biri kimi xarakterizə edir, bunu ilk növbədə, müstəqilliyimiz üçün həlledici xarakter daşıyan illərdəki tarixi xidmətlərilə əlaqələndirirlər. Özünü hər cür təmtəraqlı sözlərdən kənar tutmasına baxmayaraq, ədalət naminə qeyd etməliyik ki, postsovet məkanı ölkələri sırasında yüksək daxili təhlükəsizlik şəraitini formalaşdrımağa qadir olan güc strukturları sırasında Azərbaycanın xüsusi yer tutmasında dövlətimizin yürütdüyü siyasi və iqtisadi kursla yanaşı, ölkə başçısının etimadını daim üzərində saxlamağı bacaran Ramil Usubovun rəhbərlik etdiyi qurumun xidmətləri danılmazdır. 90-cı illər Azərbaycanının strateji bölgələrindən biri olan Naxçıvanda yaşanan sərt sınaqlar fonunda böyük Heydər Əliyev ən yaxın silahdaşlarını və gələcək siyasi komandasını da seçməli olmuşdu. Bəlli olduğu kimi, xaricdən yönələn təcavüz aktlarını dəf edərkən o vaxt muxtar respublikanın daxili işlər orqanları əsil döyüşçü kimi hərəkət edir, müharibənin ağırlığını çiyinlərinə götürməkdən çəkinmirdilər. O biri yandan Bakıdan Naxçıvana yönələn əsassız və cinayətkar hücumların da qarşısına çıxan qüvvələrin səngərində bölgə əhalisinin ən fədakar hissələri ilə bərabər, polis orqanları misilsiz yer tuturdular”.

Z.Oruc daha sonra bunları söylədi: “Bir vaxtlar imperiyanın zirvəsində dayanan və minlərlə şəxsi özünün sərt imtahanından keçirərək onlara kamillik , yetkinlik vəsiqəsi verən Heydər Əliyev qarşısındakı insanın dərin dövlət məsuliyyətini, sədaqətini və ləyaqətini yüksək qiymətləndirərək, ölkə tarixinin ən ağır dövründə ona Azərbaycanın Daxili İşlər naziri vəzifəsini tapşırması son dərəcə düşünülmüş qərar idi və zaman Siyasət patriarxının doğruluğunu dəfələrlə sübuta yetirdi. Ramil Usubov bütün fəaliyyəti boyu liderindən qəbul etdiyi etimadı heç vaxt unutmadı və xalq qarşısında hər zaman özünə tələbkarlıqla yanaşan insan obrazında qalmaqda davam edir. Ötən on illər təsdiqlədi ki, vəzifə mövqeyində sabitlik, ardıcıllıq, cəmiyyətdən gələn çağırışlara münasibətdə həssaslıqla bərabər, ən ümdə vəzifə dövlətin Birinci şəxsinin irəli sürdüyü strateji kursa dönmədən əməl etməyi bacarmaq, hüquq mühafizə orqanları və Silahlı Qüvvələr arasında vacib əməkdaşlıq müstəvisini formalaşdırmağa qadir olmaqdır”.

Deputatın fikrincə, ona görə də prezident İlham Əliyevin öz komandasında dəyər verdiyi insanlar sırasında general Ramil Usubovun xüsusi yer tutduğunu bütün xalq görür: “Təmsil etdiyim bölgənin yüzlərlə problemi ilə bağlı nazir kimi Ramil müəllimə müraciət edərkən nə qədər böyük dəstək verildiyini söyləməyimiz qədirbilənlik borcumuzun nümayişi olar. Ona görə də hörmətli cənab nazirin yubileyini təbrik edərkən ona minlərlə sadə və sıravi insanın ən səmimi arzularını, diləklərini çatdırmaq istərdim. Bəli, Ramil müəllim, sistem adamıdır.O sərt və möhkəmlik tələb edən bir qurumun nümayəndəsi olsa da heç zaman xeyirxahlığından, humanisliyindən geri durmadı və bununla da 100 illik dövlətçilik irsinə böyük töhfələrini verməyi bacardı. Biz ona cansağlığı diləklərimizi çatdırarkən yalnız bir söz deyirik: insanlığı rütbəsindən böyük olan adamlar bu millətin tarixində hər zaman hörmət və ehtiram sahibi olacaqlar!”

“Ramil müəllim ilk öncə professionaldır. Çünki Ramil müəllim hələ sovet dövründə polis akademiyasını bitirmiş peşəkar milli kadrlardan biridir”.
Bu fikirləri isə deputat Çingiz Qənizadə qəzetimizə söylədi. O, əlavə etdi ki, R.Usubov gözəl idarəedici qabiliyyətə malik bir şəxsiyyətdir: “Ramil müəllim say hesabı ilə ən böyük qurumlardan birinə rəhbərlik edən nazirdir. Bu qurumun ictimai-siyasi sabitliyin bərqərar olması, cinayətkarlığa qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirməsi təbii ki, cənab nazirin iradəsindən asılı olan məsələdir. Yəni biz başqa qurumlarda da birinci şəxslərin vəzifədə olduğu zaman onların əməkdaşlarının hansı işlərlə məşğul olmasının şahidi olmuşuq. O baxımdan hesab edirəm ki, polisin 1994-cü ildən bu günə qədər olan uğurlarının hamısı Ramil müəllimin professional idarəçilik qabiliyyətindən və tələbkarlığından irəli gəlir. Ramil müəllim olduqca mehriban bir insandır və o, ünsiyyətdə olduğu şəxslərə qarşı həmişə səmimiliyi ilə fərqlənir”. Ç.Qənizadə DİN rəhbərinin parlamentarlara münasibətdə həssaslığından da bəhs etdi: “Millət vəkillərinin zəng edərkən danışa bildiyi nazirlərdən biri də Ramil müəllimdir. O, millət vəkillərinin hər birinin müraciətinə həmişə diqqətlə və hörmətlə yanaşan nazirdir”. Deputat R.Usubovun gözəl ailə başçısı olduğunu da qeyd etdi: “Ramil müəllimin gözəl övladları var. Onlardan biri polis generalıdır və hər birimiz deyə bilərik ki, peşəkar zabit yetişdirilib və DİN-in mühüm bir sahəsinə - Baş Təhqiqat və İstintaq İdarəsinə bu gün rəhbərlik edir. Bu, təbii ki, aldığı təhsilin və tərbiyənin nəticəsidir ki, gənc bir kadr artıq belə bir qurumda, belə bir sahəyə rəhbərlik edir”.

Ç.Qənizadə daha sonra bunları bildirdi: “Azərbaycan dövlətinin əldə etdiyi ictimai-siyasi sabitliyin bugünkü təməlində, bərqərar olmasında və varlığında R.Usubovun və onun əməkdaşlarının, Azərbaycan polisinin danılmaz xidmətləri var. Hər bir Azərbaycan vətəndaşı ölkədəki bu əmin-amanlığa, sabitliyə görə təbii ki, dövlət başçımıza minnətdardır. Bir məqamı xüsusi qeyd etməliyik ki, bu sabitliyin əldə olunmasında polisin fəaliyyəti danılmazdır. Mən Ramil müəllimə 70 illik yubileyi münasibətilə xoş arzularımı çatdırıram, uzun ömür arzulayıram. Ona həvalə olunan bütün vəzifələrdə, istər bu gün, istər gələcəkdə həmişə uğurlar arzulayıram”.

Cənab R.Usubovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona sağlam, uzun ömür, fəaliyyətində uğurlar arzulayırıq!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramil Usubov generalları təltif etdi

    Ramil Usubov generalları təltif etdi ...

    6-07-2018, 12:00

  • 
  • Ulu Öndər Heydər Əliyev Ramil Usubov haqqında: “Mən bu şəxsə inanıram və…” - FOTO-VİDEO

    Ulu Öndər Heydər Əliyev Ramil Usubov haqqında: ...

    2-07-2015, 14:30

  • 
  • RAMİL USUBOVUN MÜAVİNİ MÜDAFİƏ NAZİRİ OLDU

    RAMİL USUBOVUN MÜAVİNİ MÜDAFİƏ NAZİRİ OLDU ...

    22-10-2013, 20:15

  • 
  • Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinatlar

    Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinatlar ...

    21-10-2015, 16:20

  • 
  • Ramil Usubov yeni rəis təyin etdi

    Ramil Usubov yeni rəis təyin etdi ...

    23-03-2016, 11:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu