Milli Şura Aparatının rəhbəri Eldar Namazov iyulun 30-da Tiflisə, qurumun sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyovla görüşə gedəcək şəxslərin adlarını açıqlayıb.
Eldar Namazov “Media forum” saytına deyib ki, Gürcüstan paytaxtına özü, Müsavat başqanı İsa Qəmbər, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Milli Şuranın komissiya sədrləri Eldar Əliyev, Vidadi Mirkamal, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Liberal Partiyasının sədri Əvəz Temirxan gedəcək. Eldar Namazovun sözlərinə görə, bu şəxslərin Tbilisiyə gedəcəyi dəqiqləşib.
Görüşdə Klassik Xalq Cəbhəsi Partiyasını sədr Mirmahmud Mirəlioğlunun, ya da onun müavininin təmsil edəcəyi gözlənilir.
Ümumən Tiflisə Milli Şuranın 15-dən çox üzvünün getməsi nəzərdə tutulub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?