Qurumun Tiflis toplantısı yarımçıq qaldı; qalan məsələlər Bakıdakı sessiyada müzakirə olunacaq İyulun 31-də Milli Şuranın Tiflis müşavirəsinə qatılan nümayəndələri artıq Azərbaycana qayıtmağa başlayır. Avtomobillə Bakıya dönəcək şəxslərin bir hissəsi yola çıxıb. Qatar və hava yolunu seçənlər isə Tiflisi axşam saatlarında tərk edəcək. Milli Şuranın sədri Rüstəm İbrahimbəyov isə bu gecə Tiflisdən Moskvaya qayıdır. Eldar Namazovun da onunla Rusiya paytaxtlna gedəcəyi bildirilir.
Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun “Yeni Müsavat”a açıqlamasına görə, iyulun 31-də keçiriləcək geniş tərkibli yığıncaq təxirə salınıb. Səhər saatlarında Milli Şuranın komissiya sədrləri ilə keçirilən toplantıda Milli Şuranın dördüncü sessiyasının gündəliyə salınacaq məsələlər müəyyən edilib. Sessiyanın qarşıdakı həftədə keçiriləcəyi gözlənilir.
Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında onu da bildirib ki, səfərin bütün təşkilatı məsələlərini, yığıncaq iştirakçılarının Tiflisə gəlişini bütünlüklə Milli Şura çəkib. (Hər bir şəxsə təxminən 250 manat məsrəf hesabladıq.)
Sonda Milli Şura üzvləri “Vere Palace”da xatirə şəkli çəkdirib. Onu da vurğulayaq ki, Milli Şura sədri bu sırada deyildi.
Müsavat başqanı İsa Qəmbərin sözlərinə görə, yaxın saatlarda onun Milli Şura sədri ilə görüşü olacaq.
Milli Şura üzvü Zəfər Quliyevin musavat.com-a verdiyi məlumatda isə bildirilir ki, Rüstəm İbrahimbəyov yaxın saatlarda Gürcüstanı tərk edəcək.
Fərqli bir qaynaqdan verilən məlumatda isə iddia olunur ki, Milli Şuranın Tiflis toplantısının yarımçıq qalmasına əsas səbəb Azərbaycan hakimiyyətinin Gürcüstan iqtidarına təzyiqləridir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?