GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ və Rusiya Ermənistanda toqquşur - GƏLİŞMƏ

ABŞ və Rusiya Ermənistanda toqquşur - GƏLİŞMƏ

Tarix: 15-02-2019, 14:42 Bölmə :Siyasət Baxış: 467
ABŞ və Rusiya Ermənistanda toqquşur - GƏLİŞMƏ


ABŞ-ın gizli dəstəyi ilə Ermənistanda inqilabi yolla hakimiyyətə gələn Nikol Paşinyanın Rusiyanın dəstəyi və istəyi ilə Suriyaya hərbçilərdən və tibbi heyətdən ibarət humanitar missiya göndərməsinin Vaşinqtonda qıcıq doğuracağını yazmışdıq.

Dünən ABŞ-ın Ermənistandakı səfirliyi 1 in.am erməni KİV-nin sorğusuna cavab olaraq, ABŞ Dövlət Departamentinin İrəvanın bu addımı ilə bağlı bəyanatını yayıb. Gözlənildiyi kimi, Ermənistanın addımı yetərincə sərt şəkildə qınanıb.

“Biz digər ölkələrin Suriyadakı humanitar vəziyyətə reaksiya vermək istəyini başa düşürük və Yaxın Şərqdəki dini azlıqların müdafiəsi məsələsi ilə bağlı narahatlığını bölüşürük. Bununla belə, mülki vətəndaşlara yardım edilməsi və yaxud hərbi xarakter daşımasından asılı olmayaraq, Suriya silahlı qüvvələri ilə hansısa əməkdaşlığı dəstəkləmirik.

Eləcə də biz bu missiyada Ermənistanla Rusiya arasındakı heç bir əməkdaşlığı dəstəkləmirik. Rusiya dinc sakinləri öldürən və humanitar faciəyə səbəb olan Bəşər Əsəd rejiminin sponsorudur və Əsəd rejiminin və onun zülmlərinin müdafiəsinə qalxmağı davam etdirir”, - deyə səfirliyin açıqladığı bəyanatda qeyd olunur və faktiki surətdə Paşinyan hökuməti də zülmə dəstəkdə ittiham olunur.

İrəvanın bəyanata reaksiyası isə ürkək olub. Belə ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bəyanatı şərh edərkən deyib: “Biz ABŞ Dövlət Departamentinin Suriyadakı erməni humanitar missiyası ilə bağlı bəyanatını diqqətə aldıq. Suriya böhranı dövründə erməni xalqı həmişə dinc əhalinin və azlıqların, o cümlədən erməni icmasının taleyini narahatlıqla izləyib”, - deyə o, missiyanın göndərilməsinə haqq qazandırmağa çalışıb.

*****

Bir daha qeyd edək ki, okeanın o tayından belə sərt reaksiyanın gələcəyi təəccüblü deyil. Çünki son vaxtlar, xüsusən də Ermənistanda dekabr seçkiləri başa çatandan və Nikol Paşinyan tam legitimlik qazanandan sonra ABŞ hökuməti ümid edirdi ki, Paşinyan Rusiya orbitindən Ermənistanı uzaqlaşdırmağa və Qərbə yönəlik, Dağlıq Qarabağ probleminin həllinə və qonşularla əlaqələrin bərpasına yönəlik real addımlar atacaq. Erməni baş nazir bir-birinin ardınca Kremlə reveranslar etməyə başlayıb.

Suriyaya humanitar missiyanın göndəriməsi öz yerində. Ardınca Moskva səfəri zamanı silahla bağlı Rusiyadan bəzi vədlər alan müdafiə naziri David Tonoyan İrəvanda bəyan etdi ki, “əgər Suriyadakı hərbi əməliyyatlarda iştirak zərurəti də yaranarsa, o zaman Ermənistan qanuni əsasda buna da gedəcək”. Yəni İrəvan Rusiya tərəfdə və cinayətkar Bəşər Əsəd rejiminə dəstək olaraq, hərbi əməliyyatlara qoşulmağı da mümkün sayır.
Daha öncə isə məlum olmuşdu ki, Paşinyan hökumətinin 5 illik proqramında ölkənin xarici siyasəti ilə bağlı əsas prioriteti qismində məhz Rusiya ilə strateji əlaqələrin dərinləşməsi yer alıb. Proqramda həmçinin Ermənistanın bundan sonra da Putinin layihələri olan Avrasiya İqtisadi Birliyi və KTMT-də qalacağı və hətta həmin qurumlarda “fəal və təşəbbüskar olacağı” vurğulanıb.

Bundan başqa, fevralın 27-də Ermənistan baş naziri Nikol Paşinyanın Birləşmiş Ştatların hədəfində olan İrana rəsmi səfəri nəzərdə tutulub. Şübhə yox ki, bu səfər həm də Qərbdən maliyyə dəstəyi qoparmaq üçün şantaj niyyəti güdür. Ancaq Tehran səfərinin Suriyaya humanitar missiyasının göndərilməsinə verilən neqativ reaksiya kimi əks-nəticə doğuracağı da istisna edilmir. Ola bilsin, Rusiyaya bunca sədaqət vədləri və yaxınlaşma jestləri olmasaydı, Paşinyanın İran səfərinin üstündən sükutla keçilərdi. Ancaq ehtimal var ki, ABŞ artıq qəzəbli olduğu Paşinyana qarşı bundan da bəhanə kimi istifadə eləsin.

Xatırladaq ki, Dövlət Departamentinin son bəyanatına kimi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton özünün Ermənistan səfərin zamanı və daha sonra Davosda olarkən şəxsən telefon açdığı Nikol Paşinyanın özünə ABŞ-ın bölgə ilə, Qarabağ məsələsi ilə bağlı priorotetlərini çatdırıb. Ardınca prezident Donald Trampın Paşinyana məktubunda da eyni hədəflər, o sırada İrəvanın öz əsas qonşuları ilə dil tapmasının zəruriliyi aydın şəkildə ifadə olunub.

*****

Göründüyü kimi, Ermənistanda ABŞ-ın dəstəklədiyi “məxməri inqilab”dan keçən 10 ayda yeni hökumət Rusiyanın mövqeyini zəiflədəcək heç bir addım atmayıb. Ermənistan yenə də Rusiyanın hərbi qalası olaraq qalır. Moskvadan iqtisadi-siyasi və energetik asılılıq da öz yerindədir. Eləcə də erməni xalqının həyat şəraiti ağır olmaqda davam edir və iqtisadi inkişaf arzu olaraq qalır. Həmçinin ölkədən kütləvi köç səngiməyib. Çünki artıq erməni analitiklərin özləri də etiraf etdikləri kimi, Qarabağ məsələsi, blokada problemi həll edilməyincə iqtisadi rifah əlçatmaz olacaq.

Belədə sual ortaya çıxır ki, erməni xalqının durumu yaxşılaşmayacaqdısa, Rusiyadan vassal asılılığı aradan qalxmayacaqdısa, o zaman inqilab eləməyə dəyərdimi? Hərçənd Ermənistanın “qazancı” var. Bu da odur ki, işğalçı ölkədə ABŞ-la Rusiya heç vaxta olmadığı qədər üz-üzə gəlib. Ermənistan uğrunda savaş yeni mərhələyə keçməkdədir... //musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan hərbçilərini Suriyaya niyə göndərdi?

    Paşinyan hərbçilərini Suriyaya niyə göndərdi? ...

    12-02-2019, 23:14

  • 
  • ABŞ generalı Suriyaya gizli səfər edib

    ABŞ generalı Suriyaya gizli səfər edib ...

    22-05-2016, 10:56

  • 
  • KİV: Kreml Ermənistanın Türkiyə ilə sərhədində yeddi min əsgərini yerləşdirəcək

    KİV: Kreml Ermənistanın Türkiyə ilə sərhədində ...

    16-12-2015, 18:01

  • 
  • Con Kerri: “ABŞ Rusiya ilə Suriyaya dair danışıqları dayandırmaq həddindədir”  Böyüt

    Con Kerri: “ABŞ Rusiya ilə Suriyaya dair ...

    30-09-2016, 00:02

  • 
  • Qırğızıstan ABŞ-la əməkdaşlığı dayandırdı

    Qırğızıstan ABŞ-la əməkdaşlığı dayandırdı ...

    27-07-2015, 15:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu