GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyan üçün “dar ağacı” - iki ay qaldı

Paşinyan üçün “dar ağacı” - iki ay qaldı

Tarix: 18-02-2019, 10:58 Bölmə :Siyasət Baxış: 372
Paşinyan üçün “dar ağacı” - iki ay qaldı


Düşmən ölkədə “məxməri inqilab” cavablardan çox suallar yaradıb; qərbyönlü erməni KİV-i: “Hökumətin təzə proqramı süfrə arxası deyilən tostlar əsasında tərtib olunub və sənədin reallığa heç bir dəxli yoxdur...”

Ötən həftə Ermənistanın bir sıra bölgələrində sosial etirazlar baş verdi. Bu da əsasən müəssisələrin qapadılması nəticəsində yaranan işsizliklə bağlı idi. Müşahidələr göstərir ki, bu problem getdikcə böyüyəcək. Çünki yeni baş nazir Nikol Paşinyanın populist vədlərinə rəğmən, ölkədə 9 ayda gözə dəyəsi iş yerləri açılmayıb. Əksinə, struktur dəyişikliyi adı ilə aparılan ixtisarlar nəticəsində işsizlər ordusunun sırası genişlənib. Demək, yoxsulların sayı da çoxalıb.

“Yeni Müsavat” xatırladır ki, ötən həftə parlamentdə hökumətin yeni proqramının təqdimatı zamanı etdiyi çıxışında N.Paşinyan iqtisadi sıçrayış üçün ölkədə “iqtisadi inqilab”ı başladığını bəyan edib. Sitat: “Ümid edirəm ki, siyasi inqilabda qalib gələn xalq iqtisadi inqilabda da qalib olacaq”. Paşinyan həmçinin əsas hədəflərdən biri kimi ölkədə yoxsulluğu minimuma endirmək olduğunu söyləyib.

Ancaq bir xalqın ayağa durub hakimiyyəti dəyişməsi başqa şeydir, inqilabdan sonra qısa zamanda iqtisadi sıçrayışa, rifaha nail olub yoxsulluğu aradan qaldırmaq - ayrı şey. Ona görə ki, iqtisadiyyata ləng inkişaf tempi xasdır. O da bütün zəruri iqtisadi şərtlər təmin edilırsə. Ermənistan kimi blokada vəziyyətində olan, əsas qonşuları Azərbaycan və Türkiyə ilə sərhədləri 30 ildir bağlı qalan, dünya okeanına çıxışdan və sanballı təbii resurslardan məhrum, nəhayət, Rusiyanın vassalı olmağa davam etməyə qərar vermiş bir ölkədə iqtisadi inkişaf real deyil. Söhbət ən yaxşı halda indiki staqnasiyanı (durğunluğu) saxlamaqdan gedə bilər.

*****

Əksər iqtisadçı ekspertlər və siyasi şərhçilər bu səbəbdən stəkanda “fırtına” yaratmağı xoşlayan Nikolun “iqtisadi inqilab”la bağlı nikbinliyini qətiyyən bölüşmürlər. Onların qənaətincə, problemlərin problemi olan Dağlıq Qarabağ məsələsində ciddi irəliləyiş olmayınca, işğalçı ölkə kommunikasiya və sərhəd blokadasından çıxmayınca, qonşu Türkiyə və Azərbaycanla əlaqələr düzəlməyincə, Ermənistanda nə sosial-iqtisadi güzəranı yaxşılaşdırmaq, nə də yeni iş yerləri açmaq və nəticə etibarilə ölkədən kütləvi köçü azaltmaq mümkün olacaq.

Hər necə olmasa, Paşinyan əvvəlki hakimiyyətlərin acı təcrübəsini, həmin hakimiyyətlərin əsas hansı səbəbdən devrildiyini özü üçün yəqin eləsə, pis olmaz. Çünki bu, həm də onun və komandasının siyasi gələcəyi üçün vacibdir. Səbəb isə əlbəttə ki, erməni tərəfinin radikal mövqeyi üzündən həlli uzanan Qarabağ ixtilafıdır.

Nikol Paşinyan isə hələ ki daha çox populist təəssüratı bağışlayır, nəinki islahatçı. Amma vaxt gedir. “Qum saatı” işə düşüb. İki ay yarımdan sonra inqilabın 1 ili tamam olacaq və artıq onda vədlərdən yox, görülən işlərdən danışmaq, hesabat vermək lazım gələcək. İnqilab rəhbərlərindən gözləntilər isə həmişə böyük olub. Fiasko olan vədlər Paşinyanı da “dar ağacı”na apara bilər...

*****

Son günlər bir çox yerli aparıcı KİV-lər və erməni analitiklər Ermənistanda davam edən iqtisadi staqnasiya fonunda az sonra yeni hökumətin də əvvəlkilər tək xalqa verilən vədləri unudaraq, yerlibazlığa və qohumbazlığa, korruspiyaya yuvarlanacağını istisna etmirlər.

Yazıçı-jurnalist, “Vesti FM” radiosunun aparıcısı Armen Qasparyan da o sıradadır. Qasparyan tam haqlıdır deyəndə ki, Ermənistanın inkişafı üçün öncə blokada götürülməlidir. “İş ondadır ki, coğrafi baxımdan ölkənin yerini dəyişmək mümkün deyil. Hara hərləsən, yenə Ermənistanın diplomatik münasibətləri olmadığı Türkiyə və müharibə vəziyyətində olduğumuz Azərbaycanla həmsərhəd olacağıq. Hər iki sərhəd bağlı, faydalı qazıntılarımız yox. Ancaq Ermənistanın problemlərini yalnız öncəki prezidentlərin və hökumətlərin ayağına yazmaq lazım deyil. Qohumbazlıq ölkədə həmişə olub. Və mən bunun kardinal şəkildə dəyişəcəyinə əmin deyiləm”, - deyə o narahatlıqla bildirib.

Maraqlıdır ki, yeni hökumətlə bağlı bədbin mövqedə olanlar arasında inqilabı dəstəkləyən şəxslər, siyasi şərhçilər də az deyil. Məsələn, qərbyönlü sayılan armenianreport.com-dakı baş məqalə bu mövzuya həsr olunub və düşmən ölkədə post-inqilab ovqatını anlamağa imkan verir.

“Kim zəmanət verə bilər ki, yeni hakimiyyət də öz vətəndaşlarını unudaraq, korrupsiya şirinliyinə uymayacaq?” “Yeni Musavat”ın məlumatına görə, bu barədə adı çəkilən erməni portalında getmiş təhlili yazıda deyilir.

“Manevr üçün, seçim üçün, sənə göstərilən səhvləri düzəltmək üçün həmişə imkan var. Həmçinin hamıdan divar vasitəsilə təcrid olunub yekunda tamamilə səmimi şəkildə ”mən niyə tək qaldım" demək imkanı da var. Əvvəlki hakimiyyət məhz bu yolu seçmişdi. Sərkisyan hakimiyyəti xalqdan və gerçəklikdən çox uzaq idi. Bizim dərin təəssüfümüzə görə, yeni hakimiyyət eyni yolu gedir. Qorx ki, bu halda o da eyni sonluğa - şərəfsizliyə tuş gəlsin", - deyə müəllif qeyd edib.

Məqalədə daha sonra bildirilir: “Həqiqətən də hökumətin proqramı ”Mənim addımım" seçki blokunun devizləri əsasında, xoş məram və süfrə arxası deyilən tostlar əsasında tərtib olunub. Proqramın reallığa heç bir dəxli yoxdur. Bir sürü səbəbdən. Baş səbəb odur ki, orada əksini tapan hədəfləri həyata necə keçirməyin izahı yoxdur. Nəyin, hansı ehtiyatların hesabına bu baş verəcək? Bu ki Serj Sərkisyanı devirmək deyil. Əfsus ki, hökumət hesab elədi ki, iqtisadi planı o heç kimlə müzakirə etməli deyil. Bununla da müttəfiqlərin hakimiyyətə etimadına zərbə vuruldu. Bu, özünü tənqiddən və şübhələrdən kənarda sayanlar üçün səhvə görə çox böyük qiymətdir".

Tənqidi məqalə yeni hökumətə xəbərdarlıqla bitir: “Bəli, onlar (Paşinyan və komandası - ”YM") ədalətli və hələ ki korrupsiyaya bulaşmayanlardır. Bu, sübhəsiz, əvvəlki hakimiyyətlə müqayisədə onların üstünlüyüdür. Ancaq hələ ki. Çünki heç kim dünyaya korrupsioner kimi gəlmir. İnsanı şərait korrupsioner edir. Və həmişə də ilk addım şirnikləndirici və təhlükəlidir".

Bu şərhlərdən göründüyü kimi, Nikol Paşinyan üçün artıq daşları yığmaq, vədləri tutmaq zamanı çatıb. Əks halda nələrin baş verəcəyi elə də qaranlıq deyil...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: Dövlət qurumları mühasirəyə alındı

    SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: ...

    17-04-2018, 16:24

  • 
  • “İnqilab da etdik, pul gəlmədi...”

    “İnqilab da etdik, pul gəlmədi...” ...

    11-01-2019, 14:32

  • 
  • Paşinyan baş nazir postundan gedir – Ölkədə növbədənkənar seçki keçiriləcək

    Paşinyan baş nazir postundan gedir – Ölkədə ...

    15-10-2018, 15:58

  • 
  • Nikol Paşinyan: Yeni hökumətin tərkibi "mövcud siyasi durumu əks etdirməlidir"

    Nikol Paşinyan: Yeni hökumətin tərkibi ...

    7-05-2018, 12:09

  • 
  • Paşinyan gəldi, problemlər qaldı…

    Paşinyan gəldi, problemlər qaldı… ...

    24-12-2018, 10:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu