GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “KREML ÖZÜNÜ HƏDDİNDƏN ARTIQ ÇƏTİNƏ SALIB” – “NATO müdafiə nazirləri Rusiyanın raket təhlükəsinə qarşı cavab hazırlayırlar”

“KREML ÖZÜNÜ HƏDDİNDƏN ARTIQ ÇƏTİNƏ SALIB” – “NATO müdafiə nazirləri Rusiyanın raket təhlükəsinə qarşı cavab hazırlayırlar”

Tarix: 19-02-2019, 12:40 Bölmə :Siyasət Baxış: 369
“KREML ÖZÜNÜ HƏDDİNDƏN ARTIQ ÇƏTİNƏ SALIB” – “NATO müdafiə nazirləri Rusiyanın raket təhlükəsinə qarşı cavab hazırlayırlar”


“NATO-nun bu yaxınlarda Rusiyanın yeni qanadlı raketləri ilə bağlı keçirdiyi yığıncaqda Polşa səfiri özünün Qərbi Avropadan olan həmkarlarına üz tutaraq “Kluba xoş gəmişsiniz” sözləri ilə müraciət edib. Rusiyanın yeni qanadlı raketləri Orta və Yaxın Mənzilli Raketlərin ləğvi haqqında Müqaviləni pozur. NATO-nun şərq cinahındakı ölkələr artıq çoxdandır ki, Rusiya raketlərinin fəaliyyət radiusunda yerləşir”. Bu fikirlər ABŞ-ın “Wall Street Journal” nəşrində yayımlanan məqalədə yer alıb.

Məqalədə daha sonra qeyd olunur: “İndi rusların yeni “9M729” raketləri Qərbi Avropa ölkələrinə Moskvanın təhlükəli hərbi üstünlük qazanmasını etiraf etdirir. NATO-nun 29 ölkəsinin müdafiə nazirləri fevralın 14-də iki günlük görüşlərinə yekun vurublar.

Onlar silahlar üzərində nəzarətlə bağlı keçirdikləri görüş zamanı mümkün cavab tədbiri kimi önləyici faktorları və diplomatik məsələləri müzakirə ediblər. ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan deyib: “Yeni reallığın yaranması üçün ABŞ müttəfiqləri ilə etibarlı şəkildə fəaliyyətə hazırdır”.

ABŞ hökuməti bildirib ki, Orta və Yaxın Mənzilli Raketlərin ləğvi Müqaviləsindən çıxacaq. Bu müqavilə ABŞ və Rusiyaya uçuş məsəfəsi 500 kilometrdən 5000 kilometrədək olan raketlərin istehsalına, həmçinin onların quruda bazalaşdırılmasına qadağa qoyur. Amerika bildirib ki, əgər Rusiya avqust ayına kimi “9M729” raket sistemlərini və bununla bağılı olan avadanlıqları, buraxılış qurğularını məhv etməsə, onda onlar bu müqavilədən çıxacaqlar. Moskvanın bu tələbləri yerinə yetirəcəyi ilə bağlı heç bir əlamət görünmür. Kreml bu raketlərin müqaviləni pozmadığını bildirir.
Litva müdafiə naziri Raymondas Karoblis deyib: “Hal-hazırda təhlükəsizliklə bağlı yeni vəziyyət yaranıb. Rusiya hərbi imkanlarını özünün fövqəldövlət rolunu bərpa etmək üçün istifadə edir”.

Müqavilənin pozulması soyuq müharibə dövrünün nüvə müharibəsi və silahlanma yarışı ilə bağlı qorxuları dirçəldib. 1980-ci illərdə ABŞ Avropada orta mənzilli nüvə silahları yerləşdirmişdi və bu bəzi ölkələrdə güclü ictimai rezonanas doğurmuşdu. Ümumi yekunda isə 1987-ci ildə Orta və Yaxın Mənzilli Raketlərin ləğvi haqqında Müqavilə imzalanmışdı.

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Rusiya raketlərinin yerləşdirilməsinə qarşı əks addımlar atmaq niyyətində deyil. Bəzi müttəfiqlər silahlanma üzərində nəzarətlə bağlı yeni səylər göstərməyə çağırışlar edirlər. Başqaları isə, xüsusən də Rusiya ilə qonşu ölkələr raket əleyhinə müdafiə komplekslərinin yerləşdirilməsi təşəbbüsü və mobil güclərin artırılması kimi daha səmərəli qabaqlayıcı tədbirlər təklif edirlər.

Son illər Şimalı Atlantika Alyansı öz silahlı güclərinin hazırlıq və mütəhərriklik qabiliyyətinin artırlması üzərində gərgin işləyir. Alyans gələcəkdəki kritik an üçün qoşun birləşmələri sayının çevik sürətdə artırlmasını nəzərə alaraq onları Rusiya ilə sərhəddə yerləşdirib.

Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddi olan Litvanın nümayəndəsi deyib: “Bu başlanğıc kimi ləyaqətli addımdır, lakin böyük potensialın yaradılması üçün bizə daha ambisiyalı tapşırıqlar lazımdır”.

Pentaqon rəhbəri qismində NATO-nun mənzil qərargahına ilk dəfə səfər edən ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan alyansın ünvanına Trampın söylədiyi kəskin sözlərdən sonra müttəfiqləri ABŞ-ın NATO ya sadiq qalacağını əmin etməyə çalışıb.

Şanahan deyib: “Birləşmiş Ştatlar NATO-ya sadiqdir. Bizim 5-ci bəndlə bağlı olan öhdəliyimiz tam şəkildə öz yerində qalır”.

Şanahon Avropa müttəfiqlərinin müdafiə xərclərini artırmaları istiqamətindəki tərəqqini yüksək qiymətləndirib. Tramp əksər üzv ölkələrdən Ümumi Daxili Məhsullarının 2 %-ni müdafiə xərclərinə ayırmalarını tələb edirdi.

Şanahonun sözlərinə görə, 100 milyard dollarlıq əlavə hərbi xərclərin demək olar ki, üçdə biri Almaniyanın üzərinə düşür. Müttəfiqlər gələn ilin sonunadək üzərlərinə düşən məbləğin ödənilməsi barədə öhdəlik götürüblər. Şanahon əlavə edib ki, Almaniya daha çox şey etməlidir, belə ki, bu ölkənin 2024-cü ilədək hərbi xərclər planı ÜDM-in yalnız 1,5 %-nə yüksələcək.

Stoltenberq qeyd edib ki, son illərdə Avropadakı ABŞ qoşunlarının sayının artması, onların bu alyansa göstərdikləri sadiqliyin bariz əlamətidir. Həmçinin Rusiyanın qonşusu olan Norveç və Polşadakı Amerikan əsgərlərinin sayı da bir neçə yüz nəfər artıb.

ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını deməsi onun Avropa müttəfiqlərini Rusiya raketlərinin təhlükəsinə qarşı önləyici tədbirlər planı hazırlamağa məcbur edib.
NATO-nun bəyanatına görə, Rusiyaya qarşı qərəzsiz hərəkət və bundan çıxan ən doğru nəticə – daha güclü və yaxşı maliyyələşdirilmiş Qərb alyansıdır.

Avropadakı ABŞ silahlı qüvvələrinin keçmiş komandanı general-leytenat Ben Hoces deyib: “Görünür ki, Kreml özünü həddindən artıq zora salıb”.//“AzPolitika.info”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NATO: “Patriot” raketləri hazır vəziyyətə gətirilib

    NATO: “Patriot” raketləri hazır vəziyyətə ...

    28-08-2013, 10:42

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33

  • 
  • Rusiya NATO təlimlərinə pis baxır

    Rusiya NATO təlimlərinə pis baxır ...

    7-06-2016, 23:42

  • 
  • Bütün Şimali Avropa məhv edilə bilər – Qərbdə Rusiya ilə müharibə SSENARİSİNİ AÇIQLADILAR

    Bütün Şimali Avropa məhv edilə bilər – Qərbdə ...

    23-07-2018, 11:01

  • 
  • NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama

    NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama ...

    16-08-2014, 13:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu