GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Cəmiyyət anlamağa başlayıb ki, Paşinyanın ”sehrli çubuğu" yoxdur..." - TƏHLİL

“Cəmiyyət anlamağa başlayıb ki, Paşinyanın ”sehrli çubuğu" yoxdur..." - TƏHLİL

Tarix: 5-03-2019, 12:39 Bölmə :Siyasət Baxış: 415
“Cəmiyyət anlamağa başlayıb ki, Paşinyanın ”sehrli çubuğu" yoxdur..." - TƏHLİL


Bir neçə gün sonra Ermənistanda “məxməri inqilab”ın 10 ayı tamam olacaq. Aylar ötdükcə də təbii ki, düşmən ölkədə, onun cəmiyyətində əsas bir sual getdikcə daha bərkdən səslənəcək: “İnqilab erməni xalqına nə verdi, vəd olunan rifah yaxınlaşırmı, olacaqmı, yoxsa?”

Sualın cavabı əslində indi də aydındır. Ermənistanda iqtisadi möcüzə olmayacaq, gözlənilmir. Çünki hakimiyyət dəyişsə də, hələ ki işğalçı ölkə ətrafında situasiya, ən əsası, cəmiyyəti yönəldənlərin qafaları dəyişməyib. Ermənistanın yeni rəhbərliyi də “buludlarda uçur”, aşağı enməyə tələsmir. Bunu təkcə biz demirik.

*****

“Nikol Paşinyanın iqtisadiyyatın sıçrayışlı və inqilabi inkişafı barədə verdiyi bəyanata rəğmən, beynəlxalq maliyyə təşkilatları yaxın illərdə Ermənistanda heç bir iqtisadi möcüzə vəd eləmirlər”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “168 jam” qəzetində dünən getmiş baş məqalədə deyilir.

Məqalədə daha sonra N.Paşinyanın böyük yalanı üzə çıxarılır və deyilir: “Həmin təşkilatların proqnozlarına əsasən, orta müddətli perspektivdə bizim ölkəmizin iqtisadiyyatı zəif inkişaf zonasında olacaq və bundan artıq heç nə olmayacaq. Söhbət vur-tut 4.3-5 faiz artımdan gedir - hansını ki, hətta ən böyük istəklə belə ”inqilabi" adlandırmaq qəliz məsələdir. Belə inkişaf fonunda şübhəsiz ki, nə iqtisadiyyatda, nə də sosial sferada ciddi gözləntilərə ümid eləmək mənasızdır. Və hökumət nə qədər bəyan eləsə də ki, o, inklüziv iqtisadi inkişaf təmin eləmək niyyətindədir, 4-5% cəmiyyətin sosial durumunu yaxşılaşdıracaq səviyyədə deyil. Ona görə də qat-qat yüksək - 7-7.5 illik artım lazımdır - hansı göstəricini isə beynəlxalq strukturlar Ermənistan üçün real hesab eləmirlər. O zaman kimə inanaq - Nilol Paşinyana, yoxsa nüfuzlu beynəlxalq qurumlara? Bu, o deməkdir ki, Nikol Paşinyanın əvvəllər vəd elədiyi sıçrayışlı iqtisadi inkişaf əvəzinə ölkədə öncəki illərlə müqayisədə iqtisad inkişaf tempinin zəifləməsi gözlənilir. Xatırladaq ki, 2017-ci ildə Ermənistanda ÜDM artımı 7.5, keçən il isə 12.7% faiz olub".

Qəzet ardınca xarici sərmayələr məsələsinə toxunub: “Əslində xarici maliyyə axınları ilə bağlı da problemlər var. Bu problemlər özünü ötən ilin sonundan göstərməyə başlayıb. Ölkəyə özəl transfertlərin azalması ayrı-ayrı aylarda müşahidə edilib və daha bir həyəcanlı halla müşayiət olunub: Ermənistandan maliyyə vəsaitlərinin çıxarılması sürətlənib. Bu isə iqtisadiyyat üçün, ölkənin maliyyə sektoru üçün ciddi risk deməkdir. Buna qarşılıq, xaricdən maliyyə axını yoxdur”.

Məqalə bədbin notlarla bitir: “İstənilən halda, Nikol Paşinyanın erməni cəmiyyətinə və iqtisadiyyatla bağlı verdiyi vədlərə rəğmən, açıq-aşkardır ki, bu iki avtoritetli beynəlxalq struktur Ermənistanda elan olunan sıçrayışlı iqtisadi inkişafa və iqtisadi inqilaba inanmır. Bu isə artıq yaxşı şey deyil. Cəmiyyət artıq dərk eləməyə başlayıb ki, ölkədə iqtisadi və sosial situasiyanı dəyişmək üçün Paşinyanın heç bir ”sehrli çubuğu" yoxdur".

*****

Aydın məsələdir ki, “Azərbaycan bir qarış da torpaq qaytarmayacağıq!”, “Mən Dağlıq Qarabağın adından danışa bilmərəm” kimi populist, müharibə qoxusu verən və erməni xalqına yaxşı heç nə vəd etməyən bəyanatlarla uzağa getmək, xalqı rifaha qovuşdurmaq mümkün deyil. Olsaydı, bunu Serj Sərkisyan, Robert Köçəryan 20 ildə edərdilər. Ermənistanda hakimiyyət başında kim olur-olsun, erməni xalqının xoşbəxtliyi Qarabağ konfliktinin radikal həllindən, işğal siyasətinə və Türkiyəyə qarşı qondarma soyqırım iddiasına son verməkdən keçir.

Bu arada ABŞ-dan Ermənistanın Paşinyana işğal altındakı əraziləri Azərbaycana qaytarmaq çağırışı edilib. Belə ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məsləhətçisi, amerikalı politoloq Ray Salvatore Cenninqs Paşinyana Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işini açmağa çağırıb (Publik.az).

Amerikalı politoloq qeyd edib ki, Qarabağda “qalaqurma” Paşinyana danışıqlar masasında elastiklik imkanı verəcək. “Ermənistan rəhbərliyi Qarabağdakı qüvvələri oyundan kənarlaşdırmalı və onlara qarşı cinayət işi açmalıdır. Qarabağda ”qalaqurma" siyasəti Ermənistan rəhbərliyinə münaqişənin həlli üçün müzakirələrin aparıldığı danışıqlar masasında elastiklik imkanı tanıyacaq. Paşinyan müəyyən addımları atdı. Artıq etibarın möhkəmləndirilməsi mexanizmlərinin reallaşdırılmasına hazırlıq haqqında danışırlar", - deyə Cenninqs vurğulayıb.

Onun fikrincə, bu addımlar Nikol Paşinyana müəyyən dividendlər gətirə bilər: “Ərazilərin qaytarılması Ermənistanın xeyrinə olacaq. Azərbaycan bunun qarşılığında Ermənistana bir sıra beynəlxalq təşəbbüslərə, misal üçün Bakı-Tiflis-Qars dəmir yoluna qoşulmaq icazəsi verəcək. Bundan başqa, ABŞ-ın Ermənistanın yeni hökumətinə etibarının möhkəmlənməsi onun ”Şərq və Qərb" arasında öz münasibətlərinin tənzimlənməsindən asılı olacaq".

*****

Bundan qabaq - ötən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton İrəvanda olarkən Nikol Paşinyana açıq mətnlə bildirmişdi ki, Ermənistan Rusiyadan qurtuluş və inkişaf istəyirsə, o zaman ilk növbədə qonşuları Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq və Qarabağ məsələsində həlledici addımlar atmaq barədə düşünməlidir.

Bundan bir qədər sonra prezident Donald Trampın özünün Paşinyanın ikinci dəfə baş nazir təyin edilməsi ilə bağlı göndərdiyi təbrik məktubunda (yanvar 2019 ) oxşar fikir qırmızı xətt kimi keçmiş, “Ermənistan qonşularla əlaqələri qaydaya salmayınca təhlükəsizlik və inkişaf içində ola bilməyəcək”, - deyə vurğulanmışdı. Ağ Ev başçısı onu da qeyd eləmişdi ki, “ABŞ-Ermənistan münasibətlərinin inkişafı üçün Qarabağ münaqişəsinin həlli vacibdir”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İnqilab da etdik, pul gəlmədi...”

    “İnqilab da etdik, pul gəlmədi...” ...

    11-01-2019, 14:32

  • 
  • SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: Dövlət qurumları mühasirəyə alındı

    SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: ...

    17-04-2018, 16:24

  • 
  • Paşinyanın AİLƏ PARLAMENTİ: qardaşı oğlu və qaynına mandat verdi

    Paşinyanın AİLƏ PARLAMENTİ: qardaşı oğlu və ...

    10-12-2018, 22:12

  • 
  • “Moskvada Nikol Paşinyanın etibarsız tərəfdaş obrazı yaranıb” – “Kommersant”

    “Moskvada Nikol Paşinyanın etibarsız tərəfdaş ...

    9-01-2019, 13:20

  • 
  • “Paşinyanın hərəkətləri Rusiyada narahatlıq doğurur” - Dmitri Savelyev

    “Paşinyanın hərəkətləri Rusiyada narahatlıq ...

    26-10-2018, 12:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu