"Rəsmi Bakı və Brüssel qarşılıqlı faydalı razılığa gəlməlidir".
GundemXeber.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada brifinqdə bildirib. "Hesab edirəm ki, "Şərq Tərəfdaşlığı" Proqramı illər əvvəl Polşa və İsveçin təşəbbüsü ilə başladılan çox maraqlı təşəbbüsdür. Bu, müxtəlif istəkləri olan altı ölkədır. Ötən illərdə bu təşəbbüsün üzvü olaraq çox vacib məsələləri öyrənmişik, Aİ-ni daha yaxşı anlamağın yolunu başa düşmüşük. Ümid edirəm ki, Avropa İttifaqı (Aİ) də Azərbaycan və ya digər tərəfdaş ölkələri daha yaxşı başa düşməyi öyrənib", - E.Məmmədyarov deyib. Nazir "Şərq Tərəfdaşlığı" Proqramının vacibliyini və faydalılığını vurğulayıb. Onun sözlərinə görə, Brüssellə danışıqlarda rəsmi Bakı həmişə uğura aparan bir neçə yolunun olması mövqeyindən çıxış edib: "Qarşılıqlı razılaşma olmalıdır, bütün tərəflər üçün "win-win" vəziyyətinin olması mühüm elementdir". E.Məmmədyarov bu ilin may ayında Brüsseldə növbəti on ildə tərəfdaşlığı möhkəmləndirmək üçün nələr edəcəyimizi, bu institutu hansı istiqamətdə inkişaf etdirəcəyimizi başa düşə biləcəyimiz daha bir anlayış şaxəsinin əsasının qoyulacağı sammitin keçiriləcəyini xatırladıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?