GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Əbiyevin ABŞ-da məxfi İran danışıqları

Əbiyevin ABŞ-da məxfi İran danışıqları

Tarix: 6-08-2013, 11:30 Bölmə :Siyasət Baxış: 743
Əbiyevin ABŞ-da məxfi İran danışıqları
Pentaqon rəhbəri Azərbaycan müdafiə naziri ilə görüşüb İrana xəbərdarlıq etdi; Putinin Bakıya səfəri ərəfəsində müdafiə nazirinin Vaşinqtona ezam edilməsi ciddi mətləblərdən xəbər verir

ABŞ-da səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Pentaqon rəhbəri Çak Heygel arasında görüş keçirilib. Virtualaz.org xarici qaynaqlara istinadən xəbər verir ki, Pentaqonun yaydığı məlumata görə, nazirlər iki ölkə arasında hərbi tərəfdaşlıq məsələləri ilə yanaşı İranı da müzakirə ediblər.



ABŞ müdafiə naziri bəyan edib ki, İran mümkün qədər tez bir zamanda öz nüvə proqramlarına dair şübhələri aradan qaldırmağa yönəlmiş tədbirlər görməlidir.

Pentaqonun məlumatında deyilir ki, ABŞ müdafiə naziri ilə onun azərbaycanlı həmkarı arasındakı görüşdə İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin bu günlərdə keçirilmiş inauqurasiyası məsələsi qaldırılıb.

Ç.Heygel deyib ki, ABŞ İrandan tezliklə nüvə proqramlarına dair beynəlxalq ictimaiyyətin şübhələrini və narahatlıqlarını aradan qaldırmağa yönəlmiş addımlar gözləyir.

ABŞ müdafiə naziri həmçinin İranla sərhəd olan Azərbaycanın regional təhlükəsizlik məsələlərindəki roluna və Əfqanıstandakı əməliyyatlara dəstəyinə görə təşəkkür edib.

“Heygel və Əbiyev terrorla mübarizə, hərbi islahatlar və dənizdə təhlükəsizlik məsələlərində əməkdaşlıq barədə razılaşma əldə ediblər” - deyə Pentaqonun açıqlamasında bildirilir.



Azərbaycan müdafiə nazirinin ABŞ-a səfəri gözlənilməz və müəmmalı hesab edilə bilər. Belə ki, uzun müddətdən bəri ilk dəfədir Azərbaycan müdafiə naziri ABŞ-a səfərə dəvət olunub. Özü də bu səfər bir həftəlik proqrama hesablanıb. S.Əbiyevin ABŞ-a səfəri kifayət qədər həssas mərhələyə - Rusiya prezidenti Vladimir Putinin Bakıya rəsmi səfərinə hazırlıq görüldüyü bir vaxta və İranda yeni seçilmiş prezidentin öz səlahiyyətlərinin icrasına başlamasından dərhal sonraya təsadüf edir.

Doğrudur, Birləşmiş Ştatlarla Azərbaycan arasında hərbi tərəfdaşlıq bir çox sahələri, o cümlədən Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasında Azərbaycanın tranzit rolunu əhatə edir. Lakin analitiklərin rəyinə görə, indiki səfər təkcə ənənəvi hərbi tərəfdaşlıq məsələləri ilə deyil, eyni zamanda qarşıdakı prezident seçkiləri ilə də bağlıdır. Rəsmi Bakı neçə vaxtdır İran və Rusiyanın təzyiqlərindən müdafiə olunmaq üçün ABŞ-dan dəstək xahiş edirdi. Bu məqsədlə güclü lobbiçilik fəaliyyəti həyata keçirirdi.

İndi belə görünür ki, bu səylər öz bəhrəsini verir: Rusiya prezidentinin Bakıya səfəri ərəfəsində Azərbaycan müdafiə naziri ABŞ- dəvət olunur. Hansı ki, Putinin Bakıya səfər zamanı Azərbaycanın MDB Gömrük İttifaqına üzv olmasını razılaşdırmağa çalışacağına dair mötəbər qaynaqlardan əldə edilmiş informasiyalar var.

Əbiyevi ABŞ-a bir həftəlik səfərə dəvət etməklə rəsmi Vaşinqton Bakıya, prezident İlham Əliyevə siyasi dəstəyini aydın şəkildə nümayiş etdirir. Xüsusən elə bir vaxtda ki, Rusiya ilə ABŞ arasında onsuz da kifayət qədər soyuq olan münasibətlər keçmiş kəşfiyyatçı Edvad Snoudenin məsələsinə görə daha da pisləşib.

Vaşinqton Moskvaya nümayiş etdirir ki, regiondakı əsas hərbi tərəfdaşı olan Azərbaycanı tək qoymaq fikrində deyil və onunla Xəzərdə təhlükəsizlik məsələsi də daxil olmaqla ikitərəfli hərbi tərəfdaşlığı genişləndirəcək. Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq isə təkcə Rusiyaya yox, İrana da mesajdır. Əgər nəzərə alınsa ki Rusiya və İran durmadan Xəzərdəki hərbi donanmalarını gücləndirir, o zaman Bakının Vaşinqtonun dəstəyinə ciddi ehtiyacı yaranır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ABŞ ordusu Suriyada hərbi əməliyyat keçirməyə hazırdır"

    "ABŞ ordusu Suriyada hərbi əməliyyat ...

    25-08-2013, 11:22

  • 
  • İranın müdafiə naziri Azərbaycana gəlir

    İranın müdafiə naziri Azərbaycana gəlir ...

    20-04-2015, 22:50

  • 
  • ABŞ-ın müdafiə naziri: "Rusiya bir nömrəli qlobal təhlükədir"

    ABŞ-ın müdafiə naziri: "Rusiya bir nömrəli ...

    17-03-2016, 12:08

  • 
  • İŞİD Amerika müdafiə nazirinin istefasını bayram edir

    İŞİD Amerika müdafiə nazirinin istefasını bayram ...

    26-11-2014, 01:07

  • 
  • ABŞ və İran rəsmiləri arasında 8 saatlıq Cenevrə danışıqları - FOTOLAR

    ABŞ və İran rəsmiləri arasında 8 saatlıq Cenevrə ...

    15-01-2015, 16:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu