GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Tiflis İrəvanın əlini geri çevirdi - Azərbaycanla Gürcüstanın arasını vurmaq cəhdi fiaskoda

Tiflis İrəvanın əlini geri çevirdi - Azərbaycanla Gürcüstanın arasını vurmaq cəhdi fiaskoda

Tarix: 14-06-2019, 13:00 Bölmə :Siyasət Baxış: 310
Tiflis İrəvanın əlini geri çevirdi - Azərbaycanla Gürcüstanın arasını vurmaq cəhdi fiaskoda


Azərbaycan və Türkiyə silahlı qüvvələrinin Naxçıvan bölgəsində 5 günlük “Sarsılmaz qardaşlıq-2019" birgə təlimi başa çatdı. Budəfəki ortaq təlimlər xüsusilə üç aspektdən yadda qalan və önəmli oldu.

Əvvəla, təlimlər cəbhə xəttində düşmən tərəfin artan təxribatları və Qarabağ məsələsində onun görünməmiş həyasızlığı fonunda, İrəvan şəhərinin cəmi bir neçə on kilometrliyində keçirilirdi.

İkincisi, Türkiyənin müdafiə naziri Hulusi Akar başçılıq elədiyi nümayəndə heyəti ilə birgə ilk dəfə təlimləri şəxsən izlədi və azərbaycanlı həmkarı Zakir Həsənovla Ermənistanla sərhəddə bir araya gəldi, təcavüzkara növbəti, sərt mesaj göndərildi.

Üçüncüsü isə politoloq Elxan Şahinoğlunun qeyd elədiyi kimi, son birgə təlimlər göstərdi ki, əslində Türkiyə ordusu Naxçıvanda yerləşib, qalır bunu, sadəcə olaraq, rəsmiləşdirmək. Bu isə yeni Qarabağ savaşı zamanı Azərbaycanın Naxçıvan sarıdan tam arxayın olması və bütün hərbi gücünü arxayın şəkildə Qarabağ cəbhəsinə - işğalçı qüvvələrə qarşı yönəldə biləcəyi deməkdir.

Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə ortaq təlimi işğalçı Ermənistanda heç vaxt olmadığı qədər təlaşla izlənildi və bu ovqat hətta ən yuxarı səviyyəsində özünü büruzə verdi.

Yeri gəlmişkən, dünən Naxçıvan Televiziyası və Türkiyənin Milli Müdafiə Nazirliyi birgə təlimlərdən videoxülasə yayıb. Kadrlara əsasən, təlimlərə cəlb edilmiş qüvvələr şərti düşmənin həmləsini dəf edərək onu sürətli əks-hücumla darmadağın edirlər. Qurudan və havadan müxtəlif silah sistemlərindən istifadə olunmaqla güclü zərbələr endirən müttəfiq qüvvələrin təlimləri real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərdə reallaşıb. Ermənistan hərbi-siyasi dairələri bu təlimlərlə bağlı təşviş keçirərkən tamamilə haqlı imişlər.

*****

Daha bir mühüm detal. Naxçıvan təlimlərindən dərhal sonra Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri - Zakir Həsənov, Hulusi Akar və Levon İzoriya Qəbələdə üçlü formatda bir araya gəldilər. Ardınca üçtərəfli hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi, o sırada birgə hərbi təlimlərin keçirilməsi barədə anlaşma əldə edildi. Levon İzoriya gürcü ordusunun Azərbaycan və Türkiyənin ortaq təlimlərində iştirak edəcəyini açıqladı.

Bu da İrəvanda təlaşı daha da artırmış oldu. Çünki nə qədər bəyan edilsə də ki, Ankara-Bakı-Tiflis hərbi alyansı dördüncü ölkəyə qarşı yönəlməyib və sırf bölgədən keçən boru kəmərlərinin təhlükəsizliyini təmin eləmək niyyəti güdür, yenə Ermənistanın təşviş keçirməyə haqqı var.

Birinci o səbəbə ki, Rusiyanın marioneti olan işğalçı Ermənistanın bölgədə siyasi-hərbi təcridi güclənir. İkinci yandan, İrəvanın hər üç ölkəyə - Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiası var. Yəni bu üç dövləti birləşdirən təkcə strateji və iqtisadi-energetik maraqlar deyil.

Düşmən ölkədən gələn reaksiyalar onun nə dərəcədə təlaş içində olduğuna yaxşı dəlalət edir.

“Ümid edirik ki, Gürcüstan Türkiyə və Azərbaycanın ortaq təlimlərində iştirak etməyəcək”. Bunu “Sputnik Ermənistan”a açıqlamasında hərbi ekspert Taron Ovannisyan deyib (Axar.az). “Gürcüstan əvvəllər də Türkiyə və Azərbaycanın təlimlərində iştirak edib. Bu təlimlər xüsusi təyinatlı qüvvələr üçün olub, amma energetika infrastrukturunun təhlükəsizliyinin təmininə hədəflənən təlimlər də keçirilib. Bu, məntiqlidir, nədən ki, çünki Azərbaycandan Türkiyəyə gedən neft kəmərləri Gürcüstandan keçir. İndiki məqamda Gürcüstanın hansı təlimdə iştirak edəcəyini və burada hansı ssenarinin əsas götürüləcəyini müəyyən etmək çətindir. Yəqin ki, söhbət daha böyük təlimdən gedir. Ümid edirəm ki, Gürcüstan gələcəkdə Ermənistanın maraqlarına xidmət etməyən Türkiyə-Azərbaycan təlimlərində iştirak etməyəcək”, - o bildirib.

*****

Maraqlıdır ki, ötən həftə Ermənistan son 11 ildə ilk dəfə olaraq Gürcüstana siyasi reverans eləmişdi. Söhbət BMT Baş Məclisində Gürcüstanın Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkünlərlə bağlı qəbul edilən qətnamədən gedir. Qonşu ölkənin ərazi bütövlüyü növbəti dəfə dəstəkləndiyi sənədlə bağlı səsvermə zamanı Ermənistan ilk dəfə ənənəni pozaraq, Rusiyanın yanında yer almamış, səsverməyə qatılmamışdı. Bununla da dolayısıyla Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini nümayiş etdirmilşdi. Bu da bilavasitə baş nazir Nikol Paşinyanın iradəsi ilə bağlı idi və əslində Tiflislə Bakının arasını vurmağa hesablanmışdı.

Səsvermə ilə bağlı gürcü-erməni əlaqələri üzrə erməni ekspert Coni Melikyan ehtimal etmişdi ki, guya iki qonşu ölkə qeyri-formal şəkildə anlaşıb ki, daha bir-birinin əleyhinə səs verməsinlər. “Çünki əvvəllər Gürcüstan bir sıra anti-erməni qətnamələrinə, məsələn, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərə səs verib. İrəvan bununla münasibətlərin yaxşılaşması yönündə ilk addım atmaq istəyib. Bitərəf qalmaqla biz (Ermənistan - ”YM") daha möhkəm əlaqələr qurmaq istədiyimizi göstərmişik. Bununla biz həmçinin Azərbaycanın Gürcüstanda Ermənistan əleyhinə təbliğatını pozmuşuq. Nədən ki, bu məsələ onların Ermənistana ünvanlı tənqidlərində əsas istiqamətlərdən biri idi" - erməni ekspert bildirmişdi.

Yəni rəsmi İrəvan Bakının başı üzərindən Tiflisə əl uzatmaqla ümid edirdi ki, Gürcüstan bu əli sıxacaq, bundan sonra Dağlıq Qarabağla bağlı BMT-də analoji qətnamələr zamanı “anti-erməni” mövqeyi tutmayacaq və Azərbaycanın ərazi bütövlüyünün təsdiqləndiyi sənədlərin səsverməsi zamanı Ermənistan kimi ən azından, bitərəf qalacaq, ümumiyyətlə, Tiflis Bakı və Ankaranın təsir zonasından uzaqlaşmağa çalışacaq.

*****

O da maraqlıdır ki, BMT-dəki son səsverməyə cəmi bir neçə gün qalmış Qazaxıstanda verdiyi müsahibədə Paşinyan demişdi ki, İrəvan Rusiya ilə Ermənistan arasında Abxaziyadan keçən dəmir yolunun bərpasına ümid edir. Bu da Ermənistanın BMT-dəki səsvermədə gürcülərin xeyrinə bitərəf qalmasının başqa bir ilginc səbəbi idi: işğalçı ölkə Gürcüstandan özünə yeni dəhliz açılmasını istəyir.

Qəbələ görüşü və anlaşması bu ümidlərin əsassız olduğunu göstərdi. Bu da məntiqlidir. Çünki ortaq maraqlar məsələsi var. Məsələ ondadır ki, Gürcüstan və Azərbaycan əraziləri işğala məruz qalan tale ortaqları, Ermənistan və Rusiya isə işğal ortaqlarıdır. Ən önəmlisi, Gürcüstan özünün iqtisadi, energetik təhlükəsizliyinə, bütövlükdə milli təhlükəsizliyinə görə ilk növbədə Azərbaycana borcludur, Azərbaycan Gürcüstana ən böyük sərmayə yatıran 3 ölkədən biridir. Tiflis qarşılığında ciddi heç nə vəd olunmayan Ermənistanla yaxınlaşma naminə bütün bunları gözardı edib özünə qarşı suisidə, siyasi intihara imza atmaz. Atmamalıdır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşğalçıya qarşı Bakı-Ankara hərbi formatı güclənir - GƏLİŞMƏ

    İşğalçıya qarşı Bakı-Ankara hərbi formatı ...

    12-06-2019, 10:38

  • 
  • Türkiyə Bakıdan İrəvanı hədələdi - “Qarşınızda bizi görəcəksiniz, əgər...”

    Türkiyə Bakıdan İrəvanı hədələdi - “Qarşınızda ...

    29-09-2017, 10:58

  • 
  • Ermənistan-İran təlimləri arzusu: İrəvan ağlını itirir

    Ermənistan-İran təlimləri arzusu: İrəvan ağlını ...

    11-06-2019, 14:04

  • 
  • Bakının sürəkli müharibə hazırlığı: bir ayda 3 təlim, ikisi Türkiyə ilə...

    Bakının sürəkli müharibə hazırlığı: bir ayda 3 ...

    20-05-2019, 11:51

  • 
  • Müdafiə naziri Naxçıvana gəlib

    Müdafiə naziri Naxçıvana gəlib ...

    10-06-2019, 16:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu