Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəisi Mədət Quliyev Müdafiə Sənayesi naziri kimi fəaliyyətə başlayıb.
Gundemxeber.az-ın xəbərinə görə, M.Quliyev öncə DTX-nin Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.
Daha sonra isə Müdafiə Sənayesi Nazirliyinin kollektivinə təqdim olunub.
Mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?