GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qarabağ üçün kritik tarix və ssenari – “Ankara və Moskva bəzi detalları artıq razılaşdırıb...”

Qarabağ üçün kritik tarix və ssenari – “Ankara və Moskva bəzi detalları artıq razılaşdırıb...”

Tarix: 17-04-2018, 10:33 Bölmə :Siyasət Baxış: 292
Qarabağ üçün kritik tarix və ssenari – “Ankara və Moskva bəzi detalları artıq razılaşdırıb...”


Rusiyalı tanınmış analitikdən sensasiyalı açıqlamalar; “Bakının önünü hələlik yalnız Moskva kəsir”, “Ermənistan uzağı 2 ilə Rusiyadan uzaqlaşacaq və... qarşılığını alacaq”
“Mən belə bir yanaşma ilə razıyam ki, Azərbaycana hərbi təzyiq göstərmək və onu Qarabağ problemini güc yolu həll etməyə maneə yaratmaq yalnız Rusiyanın imkanı daxilindədir, nəinki hansısa başqa ölkənin - ABŞ, Türkiyə, İngiltərə və ya Fransanın”.

Bu sözləri rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsov rusdilli minval.az saytına müsahibəsində deyib.

Analitikin sözlərinə görə, hazırda məhz Rusiya Bakıya Dağlıq Qarabağ və digər işğal altındakı ərazilər üzərində öz suverenliyini hərbi yolla bərpa eləməyə imkan vermir: “Bu, obyektiv faktdır və onu Rusiyada dəqiq anlayırlar. Məsələ ondadır ki, hazırda Rusiya əhalisinin 4 faizini azərbaycanlılar və ermənilər təşkil edir - hər biri təxminən 3 milyon nəfər. Bu, ciddi faizdir. Bizim hakimiyyət narahatdır ki, Qarabağda genişmiqyaslı əməliyyatlar başlasa, birincisi, Rusiyadan ora, cəbhənin hər iki tərəfinə çoxsaylı könüllülər gedəcək ki, bu da öz-özlüyündə döyüşənlərin sayını, qan tökülməsinin miqyasını artıracaq. İkincisi isə, maliyyə vasitələri Rusiyadan çıxarılacaq və etnik qarşıdurmalar baş verəcək. Bu mənada Rusiya ilk növbədə özünün daxili sabitliyinə görə narahatdır”.

Politoloq ardınca Qarabağ kontekstində maraqlı bir detala diqqət çəkib: “Ancaq burada bir nüans var: 1992-ci ildə ABŞ Konqresi milli qanun - ”Azadlığı Müdafiə Aktı" qəbul edib. Ona edilmiş 907 saylı bədnam düzəlişə görə, Dağlıq Qarabağ guya Azərbaycan ərazisi deyil, beynəlxalq hüququn müstəqil subyektidir. Düzəlişin mahiyyəti təxminən belədir ki, Azərbaycan Ermənistana və Dağlıq Qarabağa münasibətdə “zorakı hərəkətləri və iqtisadi blokadanı davam etdirdikcə” ABŞ rəsmi Bakıya nə texnoloji, nə də hərbi-texniki xarakterli kömək göstərməyəcək. Yəni ABŞ-ın anlamında Ermənistan müstəqil ölkə, Dağlıq Qarabağ Azərbaycan sərhədləri xaricində müstəqil ərazidir, Azərbaycan isə təcavüzkardır. İndi biz yaxşı bilirik ki, Suriyadakı müharibə fonunda ABŞ-la Rusiyanın münasibətləri sərt və kəskin konfrontasiya xarakteri daşıyır. Tamamilə mümkündür və bunu istisna eləmirəm ki, Rusiyaya qəfildən Amerikaya ciddi siyasi zərbə vurmaq lazım gələ bilər. Yəni Azərbaycana imkan verər ki, işğal altındakı ərazilərini hərbi yolla geri qaytarsın. Bununla da ABŞ-ı öz qanunvericiliyini təzədən yazmağa vadar edər. Bu, ABŞ administrasiyasına çox ciddi siyasi zərbə olacaq".

Rusiyalı ekspert Qarabağ üçün belə bir kritik ssenarini, yəni Kremlin Bakıya hərbi güc işlətmək üçün “dobro” verə biləcəyinin xeyrinə olan daha iki amili qeyd edir: “Mən bu variantı həm də Ermənistanın gec-tez - yaxın bir ilə və ya il yarıma, uzağı iki ilə mütləq Rusiyanı satacağı fonunda mümkün sayıram. Ciddi hərbi-siyasi analiz üçün bir ciddi aspekt də var. Rusiya prezidenti Putinin Türkiyəyə son səfəri çərçivəsində prezident Ərdoğanla keçirdiyi mətbuat konfransında bəyan edildi ki, Moskva Ankaraya müdafiə sistemlərinin, ilk növbədə də HHM sistemlərinin tədarükünü sürətləndirəcək. Türkiyə 2020-ci il üçün özünün bütün HHM sistemlərini Rusiya istehsallı silahlarla təzədən təchiz edəcək. Növbəti gediş sahil müdafiəsi ilə bağlı anti-gəmi sistemləri olacaq. Yəni 2020-ci il üçün Rusiyanın Türkiyəyə tədarük edəcəyi havadan müdafiə və anti-gəmi sistemləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inteqrasiya edə biləcək. Özü də bu sistemlər Türkiyəyə yalnızca verilməyəcək, həm də döyüş növbətçiliyinə qoyulacaq. Müvafiq şəkildə türkiyəli hərbi qulluqçular bu sistemlərin istismarını mənimsəmək üçün artıq Rusiyada təhsil alırlar, çünki hərb zabit heyətinin hazırlığına 5 il lazımdır. Ancaq biz onları sürətləndirilmiş proqram üzrə 2 ilə də öyrədə bilərik”.

Bu xüsusda politoloq hesab edir ki, 2020-ci il üçün Türkiyə və Rusiya inteqrasiya olunmuş müdafiə sistemi yarada biləcək ki, bu da Dağlıq Qarabağ məsələsinin həll perspektivinə təsirsiz ötüşməyəcək. “Təbii ki, belə bir şəraitdə Ermənistan bunun əleyhinə olacaq. Aydındır ki, Rusiya Türkiyə ilə aktiv əməkdaşlığa getməklə başa düşür ki, Ermənistan ondan ötrü itirilib. Bəli, şübhəsiz ki, HHM-in bütün kodları, bütün ”bizim-yad" tanınma sistemləri itiriləcək. Və biz bütün kollektiv müdafiə sistemini, KTMT-nin kollektiv təhlükəsizlik sistemini təzədən qurmalı və dəyişməliyik", - deyə o qeyd edib.

Rusiyalı ekspert düşünür ki, madam Moskva Ankara ilə şüurlu şəkildə yaxınlaşmağa gedir, bu addıma da hazırdır. “Madam ki, bu belədir, o zaman bilmək lazımdır ki, Ankara Bakının əsas müttəfiq kimi Dağlıq Qarabağ məsələsini Moskva qarşısında kəskin şəkildə qoyacaq. Fikrimcə, Rusiya və Türkiyə bu məsələdə artıq bəzi anlaşmalar əldə edib. Bunu da unutmaq olmaz ki, 2019-cu ildə Türkiyədə prezident seçkiləri keçiriləcək - hansı ki, Ərdoğanın səlahiyyətlərini ciddi şəkildə genişləndirəcək. O zaman Rusiya-Türkiyə-Azərbaycan timsalında Qara dəniz - Qafqaz təhlükəsizlik üçbucağının yaranması əsla təəccüblü olmayacaq. Və bu üçbucaq regiondan istənilən xarici təsiri vurub çıxaracaq. Yeri gəlmişkən, belə bir üçbucağın yaradılmasının vacibliyi haqda mən 2012-ci ildə İstanbul və Ankara konfranslarında çıxış eləmişəm. Göründüyü kimi, haqlı çıxdım - son 5-6 ildə Rusiya rəhbərliyinin siyasi şüurunda Cənubi Qafqaz və bütün ön Asiya ilə bağlı ciddi təzədən formatlaşma baş verib”, - deyə politoloq əlavə edib.

*****

Rusiyalı ekspertin söylədiklərindən belə bir ümumi qənaət hasil olur ki, Türkiyə-Rusiya yaxınlaşması həqiqətən də Qarabağ məsələsinin həllini yaxınlaşdıra bilər və bu, həm dinc yolla, həm də Bakıya hərbi güc tətbiqi üçün “yaşıl işıq” yandırılmaqla reallaşa bilər. Kritik müddət isə, politoloqa görə, uzağı 2020-ci ildir.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan ordusu rusun nəzarətinə keçir – Kremlin yeni Qarabağ planı

    Ermənistan ordusu rusun nəzarətinə keçir – ...

    17-11-2016, 00:59

  • 
  • "Qarabağa bir şey olsa, Moskva yalnız...." - Rus politoloq

    "Qarabağa bir şey olsa, Moskva ...

    23-11-2014, 23:27

  • 
  • Putin: "Dağlıq Qarabağ problemini siyasi yolla həll etmək lazımdır”

    Putin: "Dağlıq Qarabağ problemini siyasi ...

    13-08-2013, 21:34

  • 
  • Böyük Qarabağ anlaşması üçün unikal model: Rusiya “kartları” dəyişir

    Böyük Qarabağ anlaşması üçün unikal model: Rusiya ...

    27-11-2017, 10:46

  • 
  • Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir

    Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir ...

    7-03-2018, 12:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (387)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu