GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Türkiyə NATO-nun etibarlı müttəfiqi olaraq qala biləcəkmi?

Türkiyə NATO-nun etibarlı müttəfiqi olaraq qala biləcəkmi?

Tarix: 7-08-2019, 11:24 Bölmə :Siyasət Baxış: 406
Türkiyə NATO-nun etibarlı müttəfiqi olaraq qala biləcəkmi?


Bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında kürdlərin əksəriyyət təşkil etdiyi ərazilərdə hərbi əməliyyatlara başlamaq haqda hədələri Ankara və Suriyada İŞİD-ə qarşı mübarizədə Suriya kürdləri ilə əməkdaşlıq edən ABŞ da daxil olmaqla, NATO-dakı digər müttəfiqlər arasında daha bir gərgin mübahisə üçün zəmin yaradır.

Təhlilçilər qeyd edir ki, Ərdoğan və Rusiya prezident Vladimir Putin arasında münasibətlərin güclənməsi, Türkiyənin Rusiyadan raket müdafiə sistemləri alması, Ankaranın NATO üzrə tərəfdaşlarının mövqeyinə zidd olaraq, Suriyada strateji ambisiyaları və Ərdoğanın islamçılara simpatiyası Türkiyə və Qərb arasında münasibətlərdə gərginliyin yaranmasına səbəb olur.

Pentaqon rəsmiləri həmçinin Ərdoğanın İranla yaxınlaşması ilə bağlı narazılıqlarını ifadə ediblər.

Turkiyə prezident Rəcəb Tayyib Ərdogan və Rusiya prezident Vladimir Putin Moskvada Kremldə görüş zamanı, 8 aprel, 2019.
​Türkiyə ilə münasibətlərdə yaranmış böhranı 1974-cü ildə Türkiyə silahlı qüvvələrinin Kiprə daxil olduğu vaxtla müqayisə edirlər. Formal olaraq NATO üzvünün alyansdan xaric edilməsi mexanizmi mövcud deyil. Lakin Vaşinqtonda və Avropa paytaxtlarında nüfuzlu təhlilçilər arasında Ankaranın NATO-da gələcəyi və ölkənin alyansı tərk etməsi, ya da üzvlüyünün ləğv edilməsinin vaxtının gəlib-gəlmədiyi haqda müzakirələr artmaqdadır.

Türkiyə əslində alyans üçün artıq çoxdan itirilib.
Təhlilçi Daq Bendou
Keçən ay Avropa İttifaqının xarici işlər nazirləri Türkiyənin Kipr sahillərində qazma və kəşfiyyat işlərinə cavab olaraq, Türkiyəyə 164 milyon məbləğində yardımı dayandırıb və aviasiya sazişinə dair danışıqlara fasilə verib.

Avropa İttifaqının xarici işlər nazirləri həmçinin Avropa investisiya bankından Türkiyəyə 2018-ci ildə təxminən 434 milyon dollar təşkil edən kreditlərlə bağlı siyasətini nəzərdən keçirməyə çağırıb.

Bu addımlar Rusiya istehsalı olan S-400 raket sistemlərinin ilk hissələrinin çatdırılmasından bir neçə gün sonra atılıb.


Rusiyanın S-400 raket müdafiə sisteminin ilk hissələri Ankara şəhəri yaxınlığındakı hərbi bazaya çatdırılır, 12 iyul, 2019.
Türkiyə prezidenti Ərdoğan Vaşinqtonun raket müdafiə sistemini aldığı təqdirdə cəzalandırılacağı haqda xəbərdarlıqlarına əhəmiyyət verməyərək, Rusiya ilə sövdələşmədən geri çəkilmədi. Vaşinqton və onun müttəfiqləri S-400 sisteminin NATO sistemləri ilə bir araya gəlmədiyini və F-35 tipli döyüş təyyarələri üçün təhlükə yaratdığını hesab edir.

Ərdoğan çərşənbə axşamı günü Trampın S-400 sistemləri ilə əlaqədar NATO üzrə iki müttəfiq arasında münasibətlərin pozulmasına yol verməyəcəyinə əminliyini ifadə edib. Ankarada Türkiyə səfirləri qarşısında danışan Ərdoğan həmçinin alyansa sadiqliyini bir daha təkrar edib.

“S-400 sistemlərinin F-35 döyüş təyyarələri, ya da NATO-ya zərər verəcəyinə dair heç bir konkret dəlil yoxdur, heç kim bir-birini aldatmamalıdır. NATO-un bir çox üzvü Rusiya ilə alqı həyata keçirib. Biz bunun böhrana çevriləcəyini düşünmürük. Türkiyə öz təhlükəsizliyi naminə işgüzar qərar qəbul edib” - deyə, Ərdoğan bildirib.


Türkiyənin hərbi maşıları Suriyanın şimalında İdlib vilayətinin Saraqib şəhəri yaxınlığındakı təhlükəsizlik zonasında patrul zamanı, 8 mart, 2019.
Təhlilçilərin fikrincə, Ərdoğan Qərb liderlərinin onun xarici siyasəti ilə əlaqədar narazılıqları və Türkiyənin miqrasiyanın qarşısının alınması və terrorizmə qarşı mübarizə məsələlərində köməyinə ehtiyacı arasında balans tapa biləcəyinə arxayındır. Lakin ekspertlər xəbərdarlıq edir ki, Ərdoğan yanıla bilər.

Türkiyə silahlı qüvvələrinin Suriyada kürd bölgələrinə daxil olması vəziyyəti daha da çətinləşdirə bilər.

Qərb diplomatları qeyd edir ki, Ərdoğan öz istədiyinə nail olmaq üçün nə zaman təzyiq göstərməli və ya nə vaxt geri çəkilməli olduğunu bilərək, bundan əvvəl Qərbi məharətlə manipulyasiya edə bilib.

Lakin bu, nə qədər davam edə bilər?

“Avropanın təhlükəsizliyi üçün bu gün ən ciddi potensial təhlükə Rusiyadan gəlir. Lakin Türkiyənin münaqişə baş versə, NATO-nun tərəfini tutacağına əmin olmaq olmaz", Vaşinqtondakı Kato institutunun (Cato Institute) təhlilçisi Daq Bendou bu həftə qeyd edib. Onun sözlərinə görə, NATO-nun Türkiyənin üzvlüyünü dayandırmaqdan başqa bir seçimi yoxdur, çünki Ankaranın xarici siyasəti Qərb ölkələrindən bu gün çox fərqlidir. “Türkiyə əslində alyans üçün artıq çoxdan itirilib” -deyə o bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə Şanxay beşliyinə üzv olur?

    Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə ...

    11-08-2016, 17:14

  • 
  • Ərdoğan və Putin telefon söhbəti zamanı Suriyada durumu müzakirə edib

    Ərdoğan və Putin telefon söhbəti zamanı Suriyada ...

    20-02-2018, 13:46

  • 
  • Ərdoğanın nümayəndəsindən AÇIQLAMA

    Ərdoğanın nümayəndəsindən AÇIQLAMA ...

    27-06-2016, 20:06

  • 
  • "NATO-dan da bir təmsilçi olsun" - Ərdoğan, Putin və Trampın telefon danışığının detalları məlum oldu

    "NATO-dan da bir təmsilçi olsun" - ...

    3-05-2019, 11:02

  • 
  • Ərdoğan: Türkiyə Suriya ilə bütün sərhədini təmizləyəcək

    Ərdoğan: Türkiyə Suriya ilə bütün sərhədini ...

    28-01-2018, 22:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu