"Rusiya prezidentinə Rüstəm İbrahimbəyova görə müraciət etməmişik"
Milli Şura Putinə müraciət etməyib. Bu sözləri Milli Şuranın bugünkü sessiyasından sonra jurnalistlər üçün keçirilən brifinqdə Eldar Namazov deyib. O bildirib ki, həmin müraciət Milli Şura tərəfindən qəbul olunmayıb: "Biz Rusiya prezidentinə Rüstəm İbrahimbəyova görə müraciət etməmişik".
Qeyd edək ki, virtualaz.org saytı Mehman Əliyevin Rusiya prezidenti Vladimir Putinə İbrahimbəyovla bağlı müraciətini yaymışdı. Müraciətdə Mehman Əliyev Rusiya prezidentindən xahiş edir ki, Rüstəm İbrahimbəyovun vətəndaşlığına xitam verilməsi prosedurasını sürətləndirsin. Xahişini də bununla əsaslandırır ki, müxalif qüvvələrin və vətəndaş cəmiyyətləri təşkilatlarının hüquqi və demokratik dövlət qurmaq ümidləri məhz bundan asılıdır.
Məktubun sonunda Milli Şura qeyd edir ki, “biz əminik ki, dölət başçısı kimi bu hisslər sizə yaxındır və biz istəyirik ki, onlar Rusiyada olduğu kimi Azərbaycanda da reallığa çevrilsin”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?