Avqustun 2-də Milli Şura Rusiya prezidenti Vladimir Putinə müraciət göndərib. Virtualaz.org bu barədə hələ o vaxt məlumat versə də, Milli Şuranın rəhbərliyi bunu təkzib etdi.
Bu gün isə biz Milli Şuranın İctimaiyyətlə əlaqələr komissiyasının sədri Mehman Əliyevin imzaladığı həmin müraciətin mətninin özünü əldə etmişik. Müraciətdə Mehman Əliyev Rusiya prezidentindən xahiş edir ki, Rüstəm İbrahimbəyovun vətəndaşlığına xitam verilməsi prosedurasını sürətləndirsin. Xahişini də bununla əsaslandırır ki, müxalif qüvvələrin və vətəndaş cəmiyyətləri təşkilatlarının hüquqi və demokratik dövlət qurmaq ümidləri məhz bundan asılıdır.
Məktubun sonunda Milli Şura qeyd edir ki, “biz əminik ki, dölət başçısı kimi bu hisslər Sizə yaxındır və biz istəyirik ki, onlar Rusiyada olduğu kimi Azərbaycanda da reallığa çevrilsin”.
Mehman Əliyev Virtualaz.org-un müxbiri ilə söhbətində deyib ki, bu, şəxsi xahiş deyil, Milli Şuranın Rusiya prezidentinə rəsmi müraciətidir. O, sadəcə olaraq ondan edilən xahişi yerinə yetirib və müraciətin mətnini hazırlayaraq həmin ərəfədə Moskvada olan Eldar Namazova göndərib. Sonuncu isə öz növbəsində müraciəti Rusiya prezidentinə çatdırmalı idi. Amma... bu müraciət niyə Putinin yox, sosial şəbəkələrin əlinə keçib, bunu yalnız təxmin etmək olar.
Müraciətin tam mətni ilə aşağıda tanış ola bilərsiniz
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?