GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR” – “Başqa variant yoxdur…”

“TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR” – “Başqa variant yoxdur…”

Tarix: 16-08-2019, 12:21 Bölmə :Siyasət Baxış: 450
“TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR” – “Başqa variant yoxdur…”


Elxan Şahinoğlu: “Bir gün gələcək, qardaş ölkənin Naxçıvanda və Abşeronda hərbi bazaları mövcud olacaq, başqa alternativimiz yoxdur”

ADP sədri Sərdar Cəlaloğlu “Hüriyyət” qəzetinə verdiyi geniş müsahibədə maraqlı bir təkliflə çıxış edib. Partiya sədri türk qoşunlarının Azərbaycana gəlməsinin vacibliyinə toxunub. S.Cəlaloğlu işğal altında olan torpaqlarımızın azad edilməsi üçün bundan başqa yol görmür.

Sitat: “Bizim strateji müttəfiqimiz Türkiyədir. Biz Türkiyə ilə hərbi müttəfiqlik müqavilələrimizi inkişaf etdirsək, hərbi əlaqələrimizi genişləndirsək, bu, bizə kifayət edəcək. Bizə başqa NATO dövlətləri lazım deyil. Türkiyə bizim üçün bəs edər. Biz Türkiyə ilə hərbi müttəfiqliyi Rusiya-Ermənistan arasındakı hərbi müttəfiqlik səviyyəsinə qaldırmalıyıq, türk qoşunları Azərbaycana gəlməlidir. Necə ki, ruslar Ermənistan sərhədlərini ermənilərlə birgə qoruyur, Azərbaycan sərhədlərini də türk qoşunları ilə biz bir yerdə qorumalıyıq. Bizim başqa bir yolumuz yoxdur. Ya Rusiya Ermənistandan çıxmalıdır, biz Ermənistanla tərəf müqabil olmalıyıq, ya da Rusiya Ermənistanı öz dalına alıbsa, biz də Türkiyəni öz yanımıza alıb, hərbi cəhətdən öz təhlükəsizliyimizi təmin etməliyik. Bunun başqa variantı yoxdur. Kim ki, bundan başqa bir yolla Qarabağın azad olunmasını düşünür, o, tamamilə xəyalpərvərdir və reallıqlardan uzaq bir adamdır”.

Qeyd edək ki, zaman-zaman türk qoşunlarının Azərbaycana dəvət olunması çağırışları səslənir. Ən müxtəlif sahələrin təmsilçiləri tərəfindən bu dəvətə daim dəstək gəlib. Lakin bu qədər tərəfdarı olmasına baxmayaraq, bu istək hələ də həyata keçməyib. Türk qoşunları ölkəmizə gələrsə, bu proses Naxçıvan üzərindən həyata keçiriləcək ki, bu da muxtar respublikamızın təhlükəsizliyinin daha da möhkəmləndirilməsi baxımından çox önəmlidir.

8Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a açıqlamasında ADP sədrinə dəstək verib: “Biz də bunu dəfələrlə dilə gətirmişik. Naxçıvan və Abşeronda türk silahlı qüvvələrinə hərbi baza yaradılması çox vacibdir. Təhlükəsizlik siyasətimizdə bu, prioritet məsələ olmalıdır. Həmçinin Azərbaycanın Rusiya və İranla sərhədlərini türkiyəli həmkarları ilə milli ordumuzun birgə qorunmasının vacibliyini vurğulamışam. Əvəzində də Türkiyənin Suriya və İraqla sərhədlərinin mühafizəsində türkiyəli qardaşlarla birgə Azərbaycan əsgərlərinin də iştirakını məqbul hesab etmişəm. Bu həm də regionda Azərbaycanın çəkisini artırmış olar… Rusiya Ermənistanla siyasi-hərbi ittifaqdadır. Buna alternativ olaraq da, Türkiyə-Azərbaycan siyasi-hərbi müttəfiqliyinin rəsmi şəkildə zəruriyyəti yaranır… ”.

Politoloq bu məsələnin tezliklə reallığa çevrilməsini çox vacib sayır: “Bu məsələnin reallığa çevrilməsi üçün rəsmi Bakı hərəkətə keçməlidir. Türkiyə ordusu rəsmi olaraq Azərbaycana dəvət edilməlidir. Azərbaycanla Türkiyə arasında dəmir hərbi pakt imzalanmalıdır. Bu iki qardaş ölkə hər hansı üçüncü ölkə ilə müharibə, hərbi münaqişədə olduğu təqdirdə dərhal bir-birinin tərəfində ola biləcək savaşda yer almalıdırlar. Türkiyə ilə Rusiya bu məsələdə anlaşacağı təqdirdə Azərbaycan iqtidarı buna gedə bilər. Yəni ortada belə bir ciddi əngəl də var. Bunu da vurğulamalıyıq ki, ilkin etap olaraq indi belə Naxçıvanda Türkiyə hərbi bazası qurula bilər. Fikrimcə, proses ona tərəf gedir. Türkiyənin Naxçıvanda mövcudluğuna Rusiya da mane ola bilməz. Türk qoşunlarının Naxçıvanda peyda olması ermənilərin də birdəfəlik bu regionumuza iddialarına son qoya bilər. Tarixi baxımdan da Naxçıvan türk əsgərlərinin yerləşdirilməsi üçün gözəl fürsətdir. Ümid edirik ki, tezliklə Azərbaycan bu imkandan lazımi səviyyədə yararlanacaq. Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə geniş hərbi təlimlərinin məntiqi gedişatı yuxarıda qeyd edilənlər olmalıdır. Türkiyə ordusunun Azərbaycanda mövcudluğu çox şeyi dəyişə bilər. Qardaş ölkənin Cənubi Qafqazda hərbi bazasının olması region üçün çox ciddi hadisədir. Türkiyənin Cənubi Qafqazda güclənməsi birmənalı olaraq Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda Türkiyə qoşunlarının Azərbaycanda olması rəsmi Bakının Qarabağ məsələsində qolunu gücləndirir. Bir nüansı xatırlayaq, Şimali Suriya və İraqda Türkiyə ordusunun anti-terror əməliyyatlarından ən çox narahatlıq keçirilənlər içində ermənilər də var idi. Bu, təbiidir, çünki ermənilər anlayırlar ki, bu gün Yaxın Şərqdə hərbi əməliyyatlar aparan Türkiyə sabah Cənubi Qafqazda hərbi gücünü göstərəcək. Ona görə türk əsgərinin Azərbaycanda olması Qarabağın azad edilməsi yolunda atılacaq mühüm addımdır. Yuxarıda qeyd edilən bütün əngəllərə rəğmən Azərbaycan bu şansdan artıq yararlanmalıdır”.

elxanMəsələyə dair politoloq Elxan Şahinoğlu da ilginc açıqlama verib. O qeyd edib: “Qətər əmiri ölkəsini açıq və gizli düşmənlərdən qorumaq üçün Türkiyədən ikinci hərbi bazasını yaratmağı xahiş etdi. Türkiyə Qətərdən əvvəl Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan Ermənistanla bacara bilər. Ancaq tək Ermənistanla iş bitmir ki. İnanıram ki, bir gün gələcək Türkiyənin Qətərdə olduğu kimi Azərbaycanda da iki hərbi bazası – Naxçıvanda və Abşeronda mövcud olacaq. Başqa alternativimiz yoxdur. Haqqında çox danışdığımız arxa cəbhədən arxayın olmalıyıq…”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycana edilən hücumlar bizə yönəlib” - Türk deputat

    “Azərbaycana edilən hücumlar bizə yönəlib” - Türk ...

    7-08-2014, 01:08

  • 
  • “Ermənistandakı rus bazaları bütün türk dünyası və insanlığa qarşı yönəlib”

    “Ermənistandakı rus bazaları bütün türk dünyası ...

    16-12-2015, 17:36

  • 
  • Türk admiralı Qarabağda müharibə riski haqda: “Maksimum ehtiyatlı olmaq lazımdır...”

    Türk admiralı Qarabağda müharibə riski haqda: ...

    17-02-2016, 13:20

  • 
  • Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb

    Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb ...

    3-02-2013, 11:49

  • 
  • Türk ordusu İraqın daxilinə doğru 26 kilometr irəliləyib

    Türk ordusu İraqın daxilinə doğru 26 kilometr ...

    2-06-2018, 22:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu