Jurnalist Eynulla Fətullayev İlham Əliyevə “Qəsdin üstü açıldı” adlı məqaləsində sensasion iddialarla çıxış edib. Yazıda göstərilir ki, müxalifət liderlərindən birinin etirafına görə, Azərbaycandakı sabitliyi pozub vəziyyəti gərginləşdirmək üçün ayrılmış ilk 20 milyon dollar Eldar Namazovun nəzarətinə keçib. Bu isə sadəcə olaraq, aydın deyil: cənab Namazov milyarderlərin ilk tranşını necə və hara xərclədi və pulun qalan böyük hissəsini necə xərcləməyi düşünür? Axı Namazovla İbrahimbəyovun Köhnə və Yeni dünyalara (Avropa və Amerikaya) “xidməti” səfərlərini, Moskva gəzintilərini, Milli Şuranın artıq Rusiyayönümlü mövqedə olan Tiflisdəki bahalı təqdimat mərasimini və Londonda xərclənən pulları (Eldar Namazov özü söhbətin hansı xərclərdən getdiyini gözəl bilir) çıxsaq, ölkədə sabitliyi pozmaq üçün elə də ciddi tədbirlər keçirilməyib. Kifayət qədər mötəbər mənbələrdən verilən məlumatlara görə, Eldar Namazov seçkilər ərəfəsində və ondan sonra Bakıda ciddi iğtişaşların təşkilini planlaşdırır”.
“EL” Hərəkatının sədri Eldar Namazov haqqında irəli sürülən iddia ilə bağlı “Sifarişli yazıdır” deməklə kifayətlənib.
Hərəkat sədrinin təşkilati məsələlər üzrə müavini Köçəri Nağıbəyli “Gündəlik Teleqraf”a bildirib ki, “Milyarderlər ittifaqı” boş şeydir: “Niyə səsləri çıxmır? Eldar Namazov “Dədə Qorqud”la bağlı dissertasiya müdafiə edib. Qazan xandan dissertasiya yazan adam gedib Rusiyanın adamı ola bilərmi? Mən o şeyləri iftira adlandırıram. Yumşaq desək, böhtandır hamısı. E. Namazov siyasi meydana atılan gündən ona qarşı kampaniya başlayıb. Milyonlar olsaydı, Milli Şura üzvlərinə verilərdi. Elə üzvlər var ki, heç yol pulu yoxdur gəlib-getməyə. Gündə bir qərargahda toplaşırıq, pul olsa, qərargah tutardıq. Maliyyə söhbəti böhtandır. Milyarderlər də o qədər xəsisdir ki, göstəriş olmasa, heç kəsə pul verməzlər. Bizim onlarla heç bir əlaqəmiz yoxdur, ola da bilməz. Bütün hallarda müstəqilliyin və dövlətçiliyin yanında olmuşuq, o bayrağa görə həbsxanalarda yatmışıq. Rus imperiyasının zindanında özüm neçə dəfə yatmışam. O bayrağa görə qanım tökülüb, o bayrağımızı hər hansı rus milyarderinə satarammı?”
Sorğu
Yeni dizaynımız necədir?