GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..

Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..

Tarix: 19-11-2019, 11:30 Bölmə :Siyasət Baxış: 398
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..


Faşist Qaregin Njde ilə bağlı qalmaqal səngimir; Moskva hər an “düyməyə” basa bilər; nankor ermənilər Bakıdan təzəcə dönən patriarx Kirilin sözlərini nə tez unutdular?..

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni-faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsinin təhqir edildiyi haqda yazmışıq. Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov lövhənin üzərinə boya tökmüşdü. Bununla o, heç şübhəsiz, Rusiyada nasist əlaltılarının qəhrəmanlaşdırılmasına qarşı hökm sürən ovqatdan çıxış eləmişdi.

Ardınca Ermənistanın Moskvadakı səfirliyi etiraz bəyanatı yayaraq, baş vermiş hadisəni “erməni-rus əlaqələrinin ruhuna uyğun gəlməyən vandalist akt və millətlərarası gərginliyə gətirəcək hərəkət” kimi qiymətləndirdi; bir az da uzağa gedərək, Armavir şəhər hökumətini baş verən hadisəyə müvafiq qiymət verməyə, hətta deputatı cəzalandırmağa çağırdı.

Ancaq gözlənildiyi kimi, Ermənistan XİN-in etirazına rəsmi Moskva heç bir reaksiya verməyib. Daha doğrusu, ona laqeyd yanaşıb. Armavirli deputat da cəza-zad almayıb. Həmçinin üstünə boya tökülmüş lövhə hələ ki yenisi ilə əvəz olunmayıb. Hər halda, əvəzlənsəydi, yəqin ki, xəbər dərhal yayılardı. Çünki söhbət Rusiya ərazisindən, Rusiya cəmiyyətinin, xüsusən də onun ictimai-siyasi və ekspert kəsiminin olduqca həssas və ağrılı yanaşdığı məsələdən, “Almaniya üçün ölən, Ermənistan üçün ölür!” ifadəsinin müəllifi erməni faşisti Q.Njdedən gedir.

Sözsüz ki, bu səbəbə Rusiya hökuməti deputata qarşı heç bir ölçü götürməyəcəkdi və götürmədi də. Ona görə ki, onun hərəkəti nasist əlaltıları ilə bağlı Rusiyanın dövlət mövqeyi ilə üst-üstə düşür. Bir daha xatırladaq ki, bu mövqe bir neçə ay öncə Rusiya XİN-in yaydığı hesabatda əksini tapıb.

*****

Bununla belə, Armavir olayı erməni cəmiyyəti ilə onun rəsmi qurumlarının Njdeyə münasibətdə eyni mövqe və təfəkkür daşıyıcısı olduğunu ortaya çıxardı. O da bəlli oldu ki, Ermənistanda iqtidarlı-müxalifətli bütün siyasi qüvvələr - baş nazir Nikol Paşinyan, onun devirdiyi eks-prezident Serj Sərkisyan - hamı Qaregin Njdeyə sevgi bəsləyir, onu milli qəhrəman hesab edir.

Bu da daha bir fakt: Rusiyanın sözügedən Armavir şəhərində yaşayan ermənilər Qaregin Njdeyə dəstək aksiyası təşkil ediblər (Axar.az). Məlumatlara əsasən, nasist idealogiyalı Njdeni özlərinə qəhrəman edən ermənilər bu dəfə öz avtomobillərinin üzərinə “Njde bizim qəhrəmanımızdır” yazısı yapışdırmagı öz xalqının nümayəndələrinə tövsiyə edirlər. Halbuki Njdenin tarixi faktlarla satqın olması, nasist Almaniyasına qulluq etməsi artıq bir çox müstəqil tarixçilər tərəfindən sübut olunub. Amma göründüyü ki, Ermənistan, erməni toplumu MDB məkanında mövcud olan sərt ovqata zidd gedərək, bu ideologiyaya sadiqliyini davam etdirir. İrəvanda Njdenin 10 metrlik heykəlini sökmək əvəzinə, yeni abidələr açılır, fləşmoblar düzənlənir. Bu, ermənilərin nasist ideologiya ilə bəsləndiklərinin yeni sübutudur. Xatırladaq ki, bundan az öncə İrəvanda Armavir olayı ilə bağlı Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilmişdi.

*****

Günün absurdu da elə budur: ermənilərin hətta Rusiyada, Rusiyaya qarşı etiraza qalxması. Halbuki bu gün erməni iqtisadçı ekspertlər də etiraf edirlər ki, ölkədə olan-qalan əhalinin, uşaq-qadın-qocaların yarıdan çoxu Rusiyadakı erməni əmək miqrantlarının göndərdiyi pullar hesabına yaşayır, acından ölməkdən qurtula bilirlər. Bütövlükdə isə Ermənistan adlı saxta dövlət müstəsna olaraq Rusiyanın hesabına mövcuddur.

Ermənistan öz müstəqilliyini elan elədiyi gündən onun xarici sərhədlərini (Türkiyə, İran) rus əsgərləri qoruyur. Gümrüdəki 5 minlik Rusiya hərbi bazası da öz yerində. Diqqət edin, SSRİ 28 ildir dağılsa da, Ermənistanda Rusiya hərbi mövcudluğu nəinki zəifləməyib, əksinə, güclənib. Halbuki qonşu Azərbaycan və Gürcüstandan rus qoşunları çoxdan çıxarılıb. Azərbaycan Qəbələ RLS-i də bir neçə il öncə ləğv edib. Rusiya olmasaydı, Ermənistan şübhə yox ki, Azərbaycana qarşı işğalçı siyasətini davam etdirə bilməz, heç Ermənistan adlı dövlət olmazdı.

Bu yerdə təzəlikcə Bakıda Dünya dini liderlərinin II sammitində iştirakçı olmuş Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin bir neçə ay öncə İrəvanda anti-Rusiya aksiyaları keçirən nankor ermənilər barədə dediyi sözləri yada salmağa dəyər.

Kiril demişdi: “Erməni dövləti yaranan andan biz bu xalqı müdafiə edirik - hansı ki, hətta heç pravoslav da deyil. Biz Ermənistanı həmişə rus dövlətinin bir hissəsi hesab eləmişik və katolik erməniləri göz bəbəyimiz kimi qorumuşuq. Belə qəliz coğrafiyada o, (Ermənistan - ”YM") Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə diqqət edin, necə də hər şey kəskin dəyişir və yaxşılıq necə də sərt formada və həyasızcasına unudulur. Sən demə, biz erməniləri istismar eləmişik və onların bu gün malik olduqlarını onlara verməmişik. Ancaq onlar bir həqiqəti unutmasınlar: Rusiyasız onlar bu torpaqlarda çox mövcud olmayacaqlar - hansı torpaqlar ki, onların xilaskarlarının, rus pravoslav əsgərlərinin qanı ilə suvarılıb..."

*****

Yenə məhz Rusiya işğalçı ölkəyə ən ucuz qiymətə silah-sursat verir ki, silahlanma sahəsində Azərbaycandan çox geri qalmasın. Postsovet məkanında təbii qazı ən ucuz qiymətə satır, qəza vəziyyətində olan Metsamor AES-in istismarını davam etdirir ki, ermənilərin yaşayış səviyyəsi tam quyunun dibinə düşməsin.

Bir sözlə, Ermənistan çoxdan Moskva üçün, Rusiya iqtisadiyyatı üçün daşınması ağır olan yükə, bir neçə dəfə vurğuladığımız kimi, “qulpsuz çamadan”a çevrilib. Görünür, “çamadan”ın xəbəri yoxdur ki, Kreml hər an “düyməyə” basa və günün birində bezib onu zibilliyə ata bilər...//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə boya töküb

    Rusiyada deputat erməni-faşist Qaregin Njdenin ...

    13-11-2019, 14:56

  • 
  • Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir

    Yerevanda Rusiya səfirliyi qarşısında etiraz ...

    15-11-2019, 21:00

  • 
  • “Başqasına quyu qazma özün düşərsən” -Hüquqşunasdan Rusiya hakimiyyətinə atmaca

    “Başqasına quyu qazma özün düşərsən” ...

    8-04-2016, 01:17

  • 
  • Moskva meriyası ermənilərin Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirməsinə icazə verməyib

    Moskva meriyası ermənilərin Türkiyə səfirliyi ...

    20-04-2015, 22:43

  • 
  • Moskvadakı səfirliyimiz bəyanat yayıb – ERMƏNİ TƏXRİBATI HAQDA

    Moskvadakı səfirliyimiz bəyanat yayıb – ERMƏNİ ...

    10-05-2017, 22:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu