GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bu gün parlament buraxılacaq

Bu gün parlament buraxılacaq

Tarix: 2-12-2019, 11:58 Bölmə :Siyasət Baxış: 357
Bu gün parlament buraxılacaq


Azərbaycan uzun müddətli seçki zolağına daxil olur; qışda keçirilən seçki təbliğat kampaniyasına necə təsir edəcək?..

Dekabrın 2-də Milli Məclisin iclası keçiriləcək. İclasda parlamentin buraxılması barədə məsələ müzakirəyə çıxarılacaq. Bunu Milli Məclisin ötən həftənin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

Əsədov deyib ki, Milli Məclisin 2 dekabra təyin olunan iclasının gündəliyində YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Milli Məclisin qərar verməsi reallaşdıqdan sonra prezidentin yeni seçkilər təyin etməsi gözlənilir. Əksər siyasətçilər və seçki mütəxəssislərinin hesablamalarına görə, növbədənkənar parlament seçkiləri fevral ayında olacaq. Bu isə o deməkdir ki, seçki qışın sərt dövründə keçiriləcək. Azərbaycanda parlament və prezident seçkiləri həmişə ilin mülayim havalarla müşayiət olunan aylarında keçirilib. Bəs, qış ayında seçkilər seçici aktivliyinə, seçki kampaniyasını aparmağa mənfi təsir edərmi? Yoxsa heç bir fərq etməz?

Siyasi analitik, seçki mütəxəssisi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, seçkilərin nə vaxt keçiriləcəyi parlamentin buraxılması ilə bağlı müvafiq qərar qəbul olunduqdan sonra bəlli olacaq. İndidən heç kim dəqiq deyə bilməz ki, seçki məhz fevralda olacaq: “Məlum olduğu kimi, dekabrın 23-də ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Daha sonra rəsmi nəticələr elan olunmalı və təsdiqlənməlidir. Seçki Məcəlləsində bu prosedurlarla bağlı konkret müddət nəzərdə tutulub. Mərkəzi Seçki Komissiyası ən geci 20 gün ərzində seçkilərin rəsmi nəticələrini elan etməlidir. Qanunvericilikdə yalnız son hədd nəzərdə tutulduğu üçün MSK seçkinin nəticələrini seçkidən 2-3 gün sonra da elan edə bilər. Prinsip etibarilə bələdiyyə seçkilərinin rəsmi nəticələri elan olunduqdan sonra-hesab edək ki, bu dekabrın 26-27-də baş verəcək-parlament seçkilərinin keçirilməsi üçün gərəkli olan 60 günlük müddət hesablana bilər. Onu da qeyd edim ki, hər ilin yanvar ayında müvafiq seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirirlər. Bu, olduqca çətin, zəhmət, işçi qüvvəsi tələb edən bir prosesdir. Amma məcəllədə qeyd olunmayıb ki, seçki keçirildiyi zaman seçici siyahılarını dəqiqləşdirmək olmaz. Yəni belə bir məsuliyyət yoxdur. Həm parlament seçkilərinə hazırlıq, həm seçici siyahılarının dəqiqləşdirilməsi, parlament seçkiləri ilə bağlı prosedurların eyni vaxtda həyata keçirilməsi çox çətin olacaq. Odur ki, nəzəri baxımdan seçkilərin martın 1-də, bazar günü keçirilməsi mümkündür”.

Ekspert qeyd etdi ki, seçkilərin qışda keçirilməsinin isə namizədlərə ciddi problemlər yaradacağı, seçki kampaniyasına, seçici aktivliyinə mənfi təsir edəcəyi gözlənilmir: “Seçkilər hava proqnozu ilə keçirilmir. Həmçinin ölkəmizin iqliminin nəzərə alsaq, Azərbaycanda yanvar və fevral aylarında hava noyabr və dekabr aylarından fərqlənməyə də bilər. Qənaətimə görə, hava ilə bağlı məsələ seçkilərin məsələn, martın 1-də keçirilməsinə qarşı irəli sürülə biləcək ən son iddiadır və indiki halda oynaya bilməyənin yerin darlığından şikayətinə bənzəyir”.

Qeyd olunduğu kimi, Azərbaycanda hazırda da seçki kampaniyası gedir. Hazırkı bələdiyyə seçkiləri kampaniyasının ardınca daha böyük seçki kampaniyası başlayacaq. Beləliklə, ölkəmiz ciddi və uzun müddətli seçki zolağına daxil olub.

Ermənistan bundan öz çirkin məqsədləri üçün istifadə edib atəşkəsi pozmağa cəhd edə bilə, təxribatlara ələ atarmı?

Elçin Mirzəbəyli bildirdi ki, Ermənistan istənilən vaxt təxribata əl ata bilər. Amma bu, təkcə rəsmi İrəvanın iradəsindən asılı olan məsələ deyil. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələri istənilən təxribatın qarşısını almaq, sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək gücündədir".

Siyasi analitik Şahin Cəfərli isə növbədənkənar parlament seçkilərinin fevralda və ya martda keçiriləcəyi halda beş il sonrakı seçkinin 2025-ci ilin aprelində keçirilməli olan prezident seçkiləri ilə demək olar ki, üst-üstə düşə biləcəyi, bu durumun isə necə aradan qaldırılmasının mümkünlüyü barədə sosial mediada yazıb: “2016-cı ilin sentyabrında keçirilmiş konstitusiya referendumu ilə prezidentə 2 mühüm hüquq verilib: birincisi, Milli Məclisin buraxılması, digəri növbədənkənar prezident seçkilərinin elan edilməsi. Məlum olduğu kimi, prezident artıq parlamenti buraxmaq hüququndan istifadə etməyə qərar verib. Gələn il isə, parlament seçkilərindən sonra, böyük ehtimalla növbədənkənar prezident seçkiləri elan edilə bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP Siyasi Şurası Milli Məclisin buraxılması haqqında qərar qəbul edib - növbədənkənar seçki olacaq

    YAP Siyasi Şurası Milli Məclisin buraxılması ...

    28-11-2019, 12:12

  • 
  • YAP-çı deputatların müraciəti artıq Milli Məclisdədir  - PROSDEUR İŞƏ DÜŞÜR

    YAP-çı deputatların müraciəti artıq Milli ...

    29-11-2019, 11:42

  • 
  • Əli Əhmədov: "Parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik" - YENİLƏNİB

    Əli Əhmədov: "Parlamentin buraxılması üçün ...

    28-11-2019, 21:06

  • 
  • Oliqarx deputatlar mandatını itirəcək? - Milli Məclisin vizionu dəyişə bilər

    Oliqarx deputatlar mandatını itirəcək? - Milli ...

    28-11-2019, 13:46

  • 
  • Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasının vaxtı məlum oldu

    Milli Məclisin növbədənkənar sessiyasının sonuncu ...

    13-06-2017, 15:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu