GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir - GƏLİŞMƏ

Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir - GƏLİŞMƏ

Tarix: 3-12-2019, 12:47 Bölmə :Siyasət Baxış: 334
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir - GƏLİŞMƏ


«Əslində reallıq onu tələb edir ki, parlamentin deputatlarının sayı məqbul dərəcədə qaldırılsın. Səhv etmirəmsə hələ sovet dönəmində əhali sayımız 7 milyon olanda deputat sayımız 300-dən artıq idi. Ancaq hazırda əhalinin sayı 10 milyon olmasına baxmayaraq millət vəkillərinin sayı 125-dir. Bizim hazırkı seçki qanunvericiliyimizdə hər 40 min seçiciyə 1 millət vəkili nəzərdə tutulur». Bunu AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında bildirdi. Onun sözlərinə görə, uzun müddətdir deputat sayının artırılması təklifləri verilir:

«Ancaq indi nəzərə alsaq ki, indi seçici sayı artıb və bu sayı 125 seçki dairəsi üzrə bölsək, bu rəqəm 40 mindən xeyli çox olur. Həmçinin millət vəkillərinin sayının artması demokratiyanın inkişafına və fikir müxtəlifliyinin artmasına, eyni zamanda siyasi partiyaların təmsilçilik imkanlarının da çoxalmasına təkan verər. Ancaq mən həm də proporsional seçki sisteminin tərəfdarıyam. İlk addımda 125 mojaritar, 26 vəkil isə proporsional siyahı üzrə seçilməlidir. Hazırkı siyasi durumu nəzərə alsaq, deyə bilərik ki, hazırda sayla bağlı nəsə etmək üçün zaman qalmayıb. Çünki bunun üçün referendum keçirilməlidir, buna isə hazırda zaman yoxdur”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, təklifin həyata keçməsi üçün referendum lazımdır. Referendum olacaqsa, deputatların sayının artırılmasına da, o cümlədən proporsional seçki sisteminin bərpasına da baxıla bilər: “Ümumiyyətlə, ölkədə referenduma çıxarılacaq xeyli sayda problemli müddəalar mövcuddur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə qeyd etdi ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmə görə, ölkədə 5 milyon 192 min seçici var. Bu isə təxminən hər seçki dairəsinə 40 min seçicinin düşməsi deməkdir: “Hesab edirəm ki, bu, normal bir rəqəmdir və bu gün dairələrin sayını artırmağa ehtiyac yoxdur. Seçici sayı 7 milyon olsaydı, o zaman dairələrin sayını artırmaq və paralel olaraq da deputatların sayını artırmağa ehtiyac yaranardı. İkincisi, deputatların sayını artırmaq üçün mütləq referendum çağırılmalıdır. Hazırda isə gündəmdə referendum yoxdur. Mən deputatların sayının artırılmasının tərəfdarı deyiləm”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu bildirdi ki, Seçki Məcəlləsinin təkmilləşməsinə və proporsional seçki sisteminin bərpasına ehtiyac var: “Bu məsələlər həll olunmadan deputatların sayının 125-dən 151 yox, lap 500 olması da ciddi nəticə verməyəcək. Proporsional sestem bərpa olunmalıdır və parlamentin tən yarısı bu sistemlə seçilmiş deputatlar olmalıdır.

Ana Vətən Partiyası sədrinin müavini Fikrət Yusifov isə bildirdi ki, əhalinin sayının artması deputatların sayının artırılması üçün əsaslardan biri ola bilər: “Parlamentdəki deputatların sayının müəyyənləşdirilməsi ilə bağlı yaxşı olardı ki, bizə qonşu olan və hətta bizdən uzaqda yerləşən, lakin bir çox parametrləri ilə bizə yaxın olan digər ölkələrin bu sahədəki təcrübəsi öyrənilsin və bundan sonra parlament üzvlərinin say məsələsində ortaq bir məxrəcə gəlinsin. Məsələn, burada dediyimiz ölkələrdə əhalinin hər 100 000 nəfərinə düşən deputatların sayı kimi bir göstəricidən istifadə etmək olar. Digər tərəfdən, fikrimcə, parlamentdə deputatların sayının çoxluğu və ya azlığı əsas məsələ olmamalıdır. Prezident ölkədə onun müəllifliyi və rəhbərliyi altında aparılan islahatlara uyğun çevik bir parlamentin olmasını istəyir. Əsas olan da budur. Yeni parlamentdə peşəkar iqtisadçıların və hüquqşünasların daha çox olması bu hədəfi reallaşdırmağın ən düzgün yoludur. Hesab edirəm ki, bu seçkilərdə qalib gələnlərin çoxu dediyim peşəkarlar olacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Məclisdə boş deputat yerlərinin sayı üçə çatır

    Milli Məclisdə boş deputat yerlərinin sayı üçə ...

    23-10-2013, 10:45

  • 
  • Bakıda 107 yaşlı seçici səs verdi - FOTO

    Bakıda 107 yaşlı seçici səs verdi - FOTO ...

    26-09-2016, 12:27

  • 
  • Oliqarx deputatlar mandatını itirəcək? - Milli Məclisin vizionu dəyişə bilər

    Oliqarx deputatlar mandatını itirəcək? - Milli ...

    28-11-2019, 13:46

  • 
  • Azərbaycanın seçki sistemi - Dəyişəcəkmi?

    Azərbaycanın seçki sistemi - Dəyişəcəkmi? ...

    21-01-2014, 12:18

  • 
  • MSK seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb

    MSK seçici fəallığı ilə bağlı yekun nəticələri ...

    9-10-2013, 21:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu