GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycanın seçki sistemi - Dəyişəcəkmi?

Azərbaycanın seçki sistemi - Dəyişəcəkmi?

Tarix: 21-01-2014, 12:18 Bölmə :Siyasət Baxış: 778
Azərbaycanın seçki sistemi - Dəyişəcəkmi?
“Vətəndaş deputatı daha çox evinin damını düzəldən, həyətini asfaltlayan funksiyasında görür”


Bir müddətdir yerli media hakimiyyətdəki mənbələrə istinadla proporsional seçki sisteminin bərpa oluna biləcəyini yazırlar. Hətta bununla bağlı bələdiyyə seçkiləri ilə bərabər referendum keçirmək planlarının mövcudluğu da iddia olunur.

2002-ci ilin avqustunda referendumla proporsional seçki sistemi, yəni namizədlərin partiya siyahıları ilə irəli sürülməsi ləğv olunub. O vaxtdan parlament seçkiləri sırf majoritar qaydada keçirilir. Yəni ayrı-ayrı dairələrdən şəxsi namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Halbuki, həmin tarixə qədər parlamentdəki yerlərin 20 faizi, yəni 25 deputat partiya siyahılarından tutulurdu.
Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev modern.az saytına deyib ki, majoritar və proporsional seçki sistemlərinin qarışığına qayıtmaq üzrə müzakirələr gedir: «Bu zaman parlament üzvlərinin sayının artırılması ilə bağlı məsələlər də vurğulanır».

Hüquqşünasın fikrincə, bununla hökumətin parlamentdə formalaşdırılması daha yaxşı nəticələr verə bilər, demokratik proseslər sürətlənər, siyasi partiya sisteminin formalaşması da güclənər. Bununla siyasi rəqabət də təkmilləşər.

Bəzi müşahidəçilər son illər siyasi institutların zəiflədilməsi səbəbindən hətta proporsional sistemin qaytarılacağı halda belə bunun ölkədə ciddi siyasi dəyişikliyə gətirə bilməyəcəyini düşünür. Onların fikrincə, 12 il əvvəl proporsional qaydadan imtina məhz müxalif partiyalara zərbə məqsədi daşıyırdı. Yada salaq ki, 95-ci il parlament seçkilərində AXCP-dən 3, AMİP-dən də bir o qədər deputat məhz parlamentə proporsional qaydada düşmüşdülər.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov hakimiyyətin təpkilərindən dolayı müxalifətdə xeyli zəifləmələrin getdiyini təsdiqləyir. Ancaq onu da sözlərinə əlavə edir ki, son seçki müxalifətin istənilən vaxt toparlanmaq gücündə olduğunu göstərib. Kərimov proporsional sistemin qaytarılacağı halda müxalifətin seçkini udacağını düşünür. O, son prezident seçkisinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun verdiyi tənqidi qiyməti xatırladır. Onun fikrincə, hakimiyyət özünü sığortalamaq, beynəlxalq ictimaiyyəti müəyyən mənada çaşdırmaq, eyni zamanda müxalifətin birləşməsini əngəlləmək üçün belə addımlara gedə bilər: «Dünyaya da məlumdur ki, ölkədə majoritar seçki sistemi təyinatla olur. Təyinatlar birbaşa Prezident Administrasiyasının xeyir-duası ilə aparılır. «Gülərqeyt» hadisəsi də seçkinin hansı yolla keçirildiyini göstərdi».

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da qarışıq sistem tərəfdarıdır və bu halda deputatların sayının 150-yə, ya 175-ə qaldırıla biləcəyini istisna etmir. Onun sözlərinə görə, məsələn, 50 deputat proporsional, qalanlar majoritar üsulla seçilə bilər. Ancaq deputat hələlik media səviyyəsində dartışılan məsələnin rəsmiləşəcəyini, parlament səviyyəsinə qalxacağını gözləmir. O, son Konstitusiya dəyişikliyindən uzun müddət keçmədiyini, tez-tez bu dəyişikliyə getməyin müsbət addım olmadığını deyir. Fəzail Ağamalı məsələnin hələlik sosial sifarişə çevrilmədiyini düşünür, ancaq siyasi institutların zəiflədilməsi fikriylə də razılaşmır:

«Siyasi partiyalar zəiflədilməyib. Siyasi partiyalar siyasi proseslərdə fəal iştirak edib özünün güclü sosial bazasını yarada bilməyib. Onların sosial bazasının güclənməməsinin başlıca səbəbi bu gün həmin partiyaların Heydər Əliyev siyasi kursuna və siyasi irsinə alternativ qoya bilməməsidir».

Deputat fikrini ölkədə 3-4 milyona yaxın insanın heç bir siyasi partiyanın üzvü olmamasıyla əsaslandırır. Belə ki, Yeni Azərbaycan Partiyasının 500 min, digər partiyaların üst-üstə 100-200 min üzvü var. Seçki hüquqlu vətəndaşların sayı isə 5 milyona yaxındır. Fəzail Ağamalının sözlərinə görə, siyasi partiyaya üstünlük verənsə uğur olan tərəfə gedir.

Mərkəzi Seçki Komissiyanın üzvü Akif Qurbanov isə hazırkı idarə üsulu davam etdiyi müddətdə belə bir dəyişikliyin baş verəcəyinə inanmadığını deyir: «2002-ci ildə bu sistemin ləğvi səbəbi məncə, indi dəyişməyib. Çünki bu idarə üsulunun mahiyyəti ondan ibarətdir ki, siyasi institutlar maksimum həddə məhdudlaşdırılsın, sistemdən kənarlaşdırılsın».

MSK üzvü majoritar sistemin gücləri parçaladığını, 125 dairədə ayrı-ayrılıqda mübarizə aparmağın çətinliyini vurğulayır. Bu halda seçkinin gündəmi də siyasidən çox fərdi müstəviyə keçir, seçiciylə namizəd arasında baş verir. Ancaq proporsional sistemdə siyasi partiyaların proqramının mübarizəsi, siyasi institutların debatı gedir:

«Son dövrlərin seçkisi məqsədyönlü şəkildə elə yönləndirilib ki, vətəndaş deputatı daha çox evinin damını düzəldən, həyətini asfaltlayan funksiyasında görür. Hakimiyyət tərəfindən dəstəklənən namizədlər həm icra hakimiyyətləri, həm şəxsi imkanları hesabına diqqəti daha çox asfalt çəkməyə, lift təmirinə yönləndirməklə münasibəti bu səviyyəyə endiriblər».

Akif Qurbanov mətbuata müxtəlif formada ötürülən mesajların məqsədinin gündəmi dəyişmək, hədəfi mövcud problemlərdən, cəmiyyətdə yığılmış gərginlikdən yayındırmaq olduğunu deyir.

Qeyd edək ki, 2005-ci ilin parlament seçkiləri proporsional qaydada keçirilsəydi, müxalifət hətta MSK-nın rəsmi rəqəmlərinə görə, yerlərin ən az 30-40 faizini qazanardı. Çünki bir çox dairələrdə müxalifətdən olan namizədlər rəsmən 2-ci yeri tutmuşdular.

2009-cu ildə Qazaxıstanda proporsional seçki sistemi qəbul olunub. Hazırda 98 deputat proporsional qaydada seçilir. O vaxt müşahidəçilər Qazaxıstanda bu sistemə keçidi müxalifət partiyalarının sıradan çıxarılmasının başa çatması ilə izah edirdilər. Yəni, artıq müxalifət partiyalarından çəkinməyə bir lüzum qalmırdı.

ATƏT-in rəhbərlik etdiyi Beynəlxalq Müşahidə Missiyası Azərbaycanda 2010-cu il parlament seçkilərində isə demokratiya istiqamətində heç bir real irəliləyiş əldə edilmədiyini vurğulayıb. Həmin seçkilərdə son 20 ildə ilk dəfə olaraq parlamentə ənənəvi müxalifət partiyaları buraxılmayıb. Seçkidə 700-ə yaxın namizəd iştirak edib, 2005-ci ildə namizədlərin sayı bundan üç dəfə çox olub.

Azadliq.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda parlament seçkilərinin vaxtı açıqlanıb

    Azərbaycanda parlament seçkilərinin vaxtı ...

    28-08-2015, 20:02

  • 
  • Parlament jurnalistləri Azay Quliyevin seçki qərargahında olublar

    Parlament jurnalistləri Azay Quliyevin seçki ...

    26-10-2015, 14:28

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Partiyaların büdcə payı

    Partiyaların büdcə payı ...

    5-12-2012, 09:03

  • 
  • Hakimiyyəti labirintə salacaq siyasi blef

    Hakimiyyəti labirintə salacaq siyasi blef ...

    20-02-2014, 23:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu