“Dövlətimizin gömrük və digər əlaqədar qurumları bu qlobusların ölkəmizə gətirilməsini yasaqlaya bilmir guya?.. Erməni alim:“Çinlilər bir çox xalqlardan fərqli olaraq yalnız indini deyil, həm də gələcəyi yaxşı görə bilirlər...”
Təxminən 2013-cü ildən bəri Azərbaycana gətirilən və ölkəmizin nəinki adının çəkilmədən rəqəmlə göstərildiyi, eyni zamanda Qarabağ və Naxçıvanın Ermənistan ərazisi kimi təqdim edildiyi Çin istehsalı olan qlobuslar hələ də məktəblərimizdə işlədilməklə erməniləri sevindirməkdə davam edir.
Gundemxeber.Az moderator.az-a istinadla xəbər verir ki, işğalçı ölkə saytlarının məlumatına görə, iranşünas erməni alim Artyom Tonoyan bu barədə özünün “Facebook” səhifəsində "Erməni-Çin dostluğu" heşteqi altında belə yazıb:
“Çinlilər bir çox xalqlardan fərqli olaraq yalnız indini deyil, həm də gələcəyi yaxşı görə bilirlər. İlham Əliyev və onun adamları “Qarabağ - Azərbaycandır və nida” dedikləri halda Azərbaycan məktəblərində yalnız Qarabağın deyil, Naxçıvanın da Ermənistanın tərkib hissəsi kimi göstərildiyi Çin qlobusları peyda olub...”
P.S... Deyək ki, Çinə ciddi etiraz etməyə, bu cür qlobusların buraxılışının qarşısını almağa gücümüz çatmır. Bəs 7 ilə yaxındır bu boyda Azərbaycan(!) dövlətinin gömrük və digər əlaqədar orqanları bəhs edilən qlobusların ölkəmizə gətirilməsinə yasaq qoya bilmir guya?.. Və yaxud məktəblərə qəti şəkildə tapşırıq vermək olmaz ki, həmin qlobuslardan istifadə edilməsin?..
Sorğu
Yeni dizaynımız necədir?