Əflan İbrahimovun istefası ilə bağlı qalmaqal böyüyür "El" hərəkatının qurucularından biri olan Əflan İbrahimovun qurumdan istefası yaydığı bəyanatla bağlı qalmaqal bir az da böyüyüb.
Avqustun 23-də "El"in Ali Məclisinin sədri Eldəniz Quliyev “Yeni Müsavat”a açıqlamasında Əflan İbrahimovla bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib. O, İbrahimovun qurumun üzvü olduğunu bir daha təsdiqləyib:
“Ancaq Əflan İbrahimov nə Eldar Namazovun, nə də mənim müavinim olub. Onun Milli Şuranın iğtişaşa hazırlaşması barədə dedikləri də gülüncdür. Bizim üçün ictimai sabitlik əsasdır. Şimali Afrikada, Yaxın Şərqdə baş verənlər gözümüzün qabağındadır”.
E.Quliyev qeyd edib ki, əksinə, Ə.İbrahimovun özünün iğtişaşa, cihada çağıran videoları var: “Sadəcə, mən həmin videoları yaymaq istəmirəm. Onun bu çıxışları Ziyalılar Forumunun iclasında səsləndirib. Biz həmişə qarşıdurmanın əleyhinə olmuşuq. Sonuncu bəyanatı ilə bağlı bir neçə dəfə ona zəng etdim. Amma telefonu açmadı. Sonra özü mənə zəng etdi və belə aydın oldu ki, şəxsi incikliyi var. Guya Milli Şuraya üzvlüyündə Eldar Namazov, Əli Kərimli və mən lazımi köməklik göstərməmişik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?