GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Eldəniz Quliyevlə Əflan İbrahimovun sensasion telefon danışığı-(Səs yazısı)

Eldəniz Quliyevlə Əflan İbrahimovun sensasion telefon danışığı-(Səs yazısı)

Tarix: 24-08-2013, 14:30 Bölmə :Siyasət Baxış: 864


“Rüstəm İbrahimbəyov 5 aydır ki, Eldar Namazova hər ay 20 min pul göndərir...”
EL Hərəkatı Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimov bu gün virtualaz.org saytının redaksiyasında olub və orada EL Hərəkatının və Milli Şuranın üzvü Eldəniz Quliyevlə telefonla danışıb. Virtualaz.org-un əməkdaşların həmin telefon danışığını tərəflərdən birinin icazəsi ilə yazıblar. Söhbət aşağıdakı kimi olub:

Eldəniz Quliyev:

- Alo. Əflan müəllim, salam.

Əflan İbrahimov:

- Salam, qardaş. Necəsən?

Eldəniz Quliyev:

- Sağ olun, Əflan müəllim. Deyirlər sizi Baş Prokurorluğa çağırıblar, doğrudur? Yoxsa yalandan yazıblar?

Əflan İbrahimov:

- Bəli, Eldar Sultanov (Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri-red.) çağırmışdı. Getdim. Ümumi suallar verdi. Mən də cavab verdim. Təşkilatdan (Eldar Namazovun rəhbərlik etdiyi EL Hərəkatından-red.) çıxmağımla bağlı qısa şəkildə danışmışam. Amma mən eşitdim siz demisiniz ki, Əflan müəllimin iğtişaşlara adam çağırması haqqında sənədlər var. Mən də dedim ki, əgər varsa, göstərsinlər. Ayaz Mütəllibovun zamanında mitinqlərdə çıxış etmişəm, ola bilər bunu deyirlər. Amma mən dövlətin, dövlətçiyin əleyhinə heç vaxt çıxmamışam.

Eldəniz Quliyev:

- İndi çox şey deyəcəklər, yazacaqlar. Biz dostuq, qardaşıq.

Əflan İbrahimov:

- Eldəniz bəy, dostuq, qardaşıq deyirsiniz. Amma mənim haqqımda belə şeylər danışırsınız.

Eldəniz Quliyev:

- İndi sənin mövqeyin belə olmalıdır ki, denən ki, mən oradan çıxmışam, onların yolunu düzgün hesab etmirəm, nə deyirsən de. Amma iğtişaş məsələsini demə. İğtişaş məsələsi dövləti ittihamdır. Başa düşürsən? O, bizə ağır yükdür. Birincisi, sən onu sübut eləməlisən. İkincisi də ki, durduğumuz yerdə niyə işə düşək axı? Bilirsən ki, mən də, Eldar (Namazov-red.) da, Rüstəm (İbrahimbəyov-red.) də iğtişaşın əleyhinə olmuşuq. Sabitliyi qorumağa çalışmışıq. Biz nə vaxt demişik ki, gəlin xalqa qarşı qarşıdurma edək? Bu söz hansımızınsa ağzından çıxıb?

Əflan İbrahimov:

- Nə siz demisiniz, nə də Rüstəm bəy bunu heç vaxt deməyib. Amma Eldar Namazovla Əli Kərimli bunu deyib.

Eldəniz Quliyev:

- Əli Kərimlinin məsuliyyətini götürmürəm. Amma Eldar heç bir zaman belə bir şey deməyib. Eldarın mövqeyi həmişə yumşaq olub.

Əflan İbrahimov:

- Eldəniz bəy, avqustun 21-də İbrahimbəyovun evində olanda mən dedim ki, gəlin İlham Əliyevin namizədliyini dəstəkləyək. Amma heç kimin səsi çıxmadı.

Eldəniz Quliyev:

- Gülməli şey danışırsan. Eldəniz Quliyev deyə bilər ki, gəlin İlham Əliyevi dəstəkləyək? Kim cavab verməli idi? EL Hərəkatı İlham Əliyevi dəstəkləməlidir?

Əflan İbrahimov:

- İsa Qəmbəri, Əli Kərimli kimi adamları dəstəkləməlidir?

Eldəniz Quliyev:

- EL Hərəkatı İbrahimbəyovu dəstəkləyir.

Əflan İbrahimov:

- Mən İbrahimbəyovla danışdım. Dedi ki, mən gəlməyəcəm.

Eldəniz Quliyev:

- Gəlməyəcəm dedisə, sakitcə papağını götürüb gedəydin.

Əflan İbrahimov:

- Sakitcə götürüb getdim də.

Eldəniz Quliyev:

- Sakit getmisənsə, mənə, öz dostuna qarşı niyə belə edirsən?

Əflan İbrahimov:

- Eldar Namazov orada demədimi ki, İbrahimbəyov aradan çıxdı?

Eldəniz Quliyev:

- Dedi. Amma axı aradan çıxmaq sözünü Rüstəm haqqında demir. Sən qulaq asmadın? Lap tutaq ki, dedi ki, Rüstəm aradan çıxdı. Bu, o deməkdir ki, sən gedəndə deməlisən ki, Eldəniz terroristdir?

Əflan İbrahimov:

- Mən Eldəniz haqqında terrorist demişəm?

Eldəniz Quliyev:

- Elə çıxır da.

Əflan İbrahimov:

- Elə çıxır deməklə olmur axı. Sonra AXCP üzvü Şakir mənə zəng edib deyir ki, burada camaata pul paylanılır. Soros Fondu camaata pul paylayır. Hamı da bilir ki, Soros Fondu çevrilişlərlə məşğul olur. Mən onda nə etməli idim?

Eldəniz Quliyev:

- Sənin əlində sübutlar var ki, Soros Fondundan pul alınıb?

Əflan İbrahimov:

- Yoxdur.

Eldəniz Quliyev:

- Sən bilirsən ki, mən evə gedəndə cibimdə çörəkpulu olmur? Sən onu görmürsən?

Əflan İbrahimov:

- Eldəniz bəy, siz Rüstəm müəllimlə danışdınız ki, təşkilata dəftər, qələm almaq üçün pul lazımdır. O da dedi ki, 5 aydır Eldar Namzova hər ay 20 min pul göndərirəm. Bəs bu pul hardandır?

Eldəniz Quliyev:

- Rüstəmin özü maaş alır. Dünyada tanınmış adamdır. Pulu da var. Rüstəm niyə gedib Sorosdan pul alır?

Əflan İbrahimov:

- Bəs Eldar Namazova pul hardan gəlir?

Eldəniz Quliyev:

- Eldarın pulu olsaydı, ac qalardı? Bunu mənə yox, Eldara sual ver. Sən onu niyə prokurorluğa gedib deyirsən? Mətbuata niyə deyirsən? Yaxşı, sağ ol, sonra danışarıq...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ““El”i Eldar Namazodan alacam” – Əflan İbrahimov

    ““El”i Eldar Namazodan alacam” – Əflan İbrahimov ...

    27-08-2013, 11:55

  • 
  • “Əflan İbrahimov Hafiz Hacıyevin gizli adamıymış”

    “Əflan İbrahimov Hafiz Hacıyevin gizli adamıymış” ...

    24-08-2013, 13:44

  • 
  • "Məndə Əflan İbrahimovun iğtişaşa çağırış videoları var"

    "Məndə Əflan İbrahimovun iğtişaşa çağırış ...

    23-08-2013, 14:34

  • 
  • Hafiz Hacıyev Milli Şuradakı adamlarını "baqaja" qoydu

    Hafiz Hacıyev Milli Şuradakı adamlarını ...

    25-08-2013, 01:53

  • 
  • Əflan İbrahimov Milli Şuranı hədələdi

    Əflan İbrahimov Milli Şuranı hədələdi ...

    26-08-2013, 11:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu