“Dağıstan və Azərbaycan arasında çox yaxın və etibarlı münasibətlər var”.
Bunu “Report”a Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev deyib.
Azərbaycanla əlaqəli yeni layihələr barədə danışan V.Vasilyev qeyd edib ki, 2020-ci ildə Bakı-Dərbənd-Mahaçqala marşrutu üzrə yüksəksürətli qatarın istifadəyə veriləcəyi planlaşdırılır: “Bu, Peterburq-Helsinki qatarına bənzər sürətli qatar olacaq. İstəyirik ki, Dərbənddən keçərək Bakıdan Mahaçqalaya və əks istiqamdə sadələşdirilmiş gömrük prosedurları ilə gediş-gəliş olsun. Artıq çox adam bunun nə vaxt mümkün olacağını soruşur. Layihəni bu il həyata keçirəcəyimizə ümid edirik”.
V.Vasilyev bildirib ki, yaxın gələcəkdə özü də Bakıya səfər etməyi planlaşdırır: “Hələlik tarixi söyləməyəcəm, amma deyə bilərəm ki, bu səfərə çox ciddi hazırlaşırıq”.
O, Azərbaycan və Dağıstan iqtisadiyyatına toxunaraq onların bir-birinə bənzədiyini söyləyib: “İqtisadiyyatlarımız çox oxşardır. Bir çox mütəxəssis hətta birbaşa rəqib olduğumuzu söyləyir. Ancaq bu, yaxşı münasibətlər qurmağımıza mane olmur və sual yaranan məsələlərdə bir-birimizi başa düşürük”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?