GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Cəmil Həsənlini hansı MTN əməkdaşı və niyə tərifləyib?

Cəmil Həsənlini hansı MTN əməkdaşı və niyə tərifləyib?

Tarix: 26-08-2013, 18:21 Bölmə :Siyasət Baxış: 658
Cəmil Həsənlini hansı MTN əməkdaşı və niyə tərifləyib?
Tanınmış vəkil Aslan İsmayılov Milli Şuranın prezidentliyə namizədi ilə bağlı ilginc məqamlar açıqlayıb

Tanınmış vəkil Aslan İsmayılov Facebook səhifəsində Milli Şuranın ehtiayt vahid namizədi Cəmil Həsənli barəsində fikirlərini paylaşıb. Maraq doğurduğunu nəzərə alıb, onu dərc edirik:

- Bir neçə gün əvvəl statuslarımdan birində “Mlli Şura məsələsi “səmavi” olduğundan mənim o barədə fikir yürütməyə gücüm çatmır” yazmışdım. Sanki yazdığım eşidildi. Cəmil Həsənli Milli Şuraya vahid namizəd seçildiyindən, deyəsən, məsələ artıq yerdə həll olunur. Səhifəmin ən cəsarətli tənqidçilərindən olan Ramil bəyin də məsləhətini nəzərə alaraq bu barədə bəzi fikirlərimi bölüşmək istəyirəm.

26 may 2010-cu il tarixdə “Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı” kitabının Hyatt Regency otelindəki təqdimatı zamanı, Sumqayıt hadisələri ilə bağlı Azərbaycan və erməni təbliğatını müqayisə edərkən bu fikri söyləmişdim: ”Bu gün Azərbaycan adlı dövlətin mövcudluğu xalqın yox, uca Allahın istəyi ilə bağlıdır”. Düzdür, çıxışımdan dərhal sonra milli sərvətimiz, professor Şirməmməd Hüseynov xalqın rolunu inkar etdiyimə görə necə deyərlər, məni ağ yudu, qara sərdi. Ancaq yenə o fikirdəyəm ki, uca Allahın millətimizə xüsusi qayğısı olmasa, halımız çox pis olar. Cəmil Həsənlinin seçimi ilə yenə Allah özü bizə kömək elədi. Əminəm ki, Rüstəm İbrahimbəyovla bağlı söhbətlərin heç biri Cəmil Həsənliyə yapışmayacaq və Milli Şura (əgər sona qədər səmimi olsalar) daha böyük uğur qazanacaq.

Cəmil Həsənli ilə bağlı çoxlu yazılar artıq olub və olacaq. Mən isə Cəmil müəllimin şəxsən mənə heç bir təmənna güdmədən etdiklərini sadalamaq istəyirəm.

Sumqayıt hadisələri ilə bağlı növbəti dəfə 18 fevral 2010-cu il tarixində ANS telekanalında Sevinc Osmanqızı ilə verilişdən sonra 14 mart 2010-cu ildə hakimiyyət mətbəxində hazırlanmış “Aslan İsmayılov günahlarını ört basdır etmək üçün şantajla məşğuldur” başlıqlı yazı "Xalq qəzeti"ndə çap olundu. Çox namərd bir yazı idi. Məni az qala erməni cəsusu kimi qələmə vermək istəyirdilər. Nə qədər çalışsam da nə "Xalq qəzeti", nə də “Azərbaycan" qəzeti təkzibimi çap etdi. Məcbur olub tələsik, ailəmin köməkliyi ilə cavabımı kitab şəklində yazmağa başladım. Çapdan əvvəl kitabı hörmət etdiyim bir neçə tarixçiyə göstərdim. Onlardan hər biri kitabın çapının əleyhinə oldular. Əsaslandırmaları da onunla bağlı idi ki, kitabda Sumqayıtda erməni millətindən olanlara qarşı baş vermiş bəzi amansız, qəddar hadisələr təsvir olunurdu. Nə qədər izah etməyə çalışsam da ki, onsuz da dünyaya yazdıqlarımdan 100 dəfədən çoxu yayılıb, əksəriyyəti də yalanlar, faydası olmadı. Məqsədim nəyin bahasına olursa olsun kitabı çap edib xalqımızı üzərinə atılmış bu çirkin çamurdan təmizləməyə çalışmaq idi.

Cəmil müəllimi yaxından tanımadığımdan ona müraciət etməyə çəkinirdim. Növbəti yuxusuz gecədən sonra məcbur olub səhər-səhər zəng etdim. Xaricdən gecə qayıtmışdı. Görüşmək istədiyimi bildirdikdə dərhal Milli Məclisin foyesinə dəvət etdi. Görüşüb kitabın əlyazmasını təqdim edib oxumasını, müsbət, mənfi cəhətlərini bildirməsini xahiş etdim. Kitabın təqdimat mərasimini 28 May Respublika gününə qədər keçirmək istəsəm də Cəmil müəllimdən oxumağı tezləşdirməyi xahiş etməyə çəkinmişdim. Elə həmin gün gecə təxminən 1 radələrində Cəmil müəllim mənə zəng edib kitabı oxuduğunu dedi və tez bir zamanda çap etməyimi tövsiyə etdi. Başqa tarixçilərin tutduqları iradları bildirdikdə isə qətiyyətlə "Fikir vermə, təcili kitabı çap elə və yay, imkan olan kimi ruscasını da et" dedi. Yuxarıda qeyd etdiyim kimi artıq 26 may 2010-cu ildə təqdimat keçirildi və Cəmil müəllim orada çıxış da etdi.

Uzun müddət kitabın yayılması üçün dövlət rəsmilərindən kömək istədim, lakin heç nəyə nail ola bilmədim. Xarici İşlər Nazirliyindəki məmurlardan biri ilə eyni məqsədlə görüş zamanı kitabın məzmununu çatdırmaq istəsəm də, ona bu, maraqlı deyildi. Onun üçün XİN-dən pul ayrılması və sonra bölüşdürülməsi daha maraqlı idi. Növbəti dəfə kitabın məzmunu barədə danışmaq istəyəndə həmin məmur qəzəblə "Onsuz da Cəmil Həsənli bu kitabla bağlı nazirdən tutmuş, hamını yorub" dedi. Sonradan bildim ki, Cəmil müəllim kitabın yayılması üçün heç də məndən az səy göstərməyib. Ancaq onun bu fəaliyyəti barədə mən təsadüfən bildim. Bununla bağlı Cəmil müəllimə dedikdə "Aslan, insan gördüyünü deməz. Onsuz da bu ümumi işdir" cavabını verdi.

Sonralar Cəmil müəllimlə dəfələrlə tədbirlərdə, məclislərdə birlikdə olduq. Onu hamıdan az danışan, ancaq hamıdan çox faydalı iş görən, təvəzökar insan kimi gördüm. Elə bu günlərdə bir hüzr yerində söhbət vahid namizəddən düşdü, mən Cəmil müəllimin adını çəkdikdə hamı bir nəfər kimi onun lehinə fikir söylədi. Bir nəfər tanımadığım şəxs isə məndən tez çıxdığından, stoldan qalxarkən ancaq mən eşidəcək şəkildə "Aslan müəllim, mən MTN işçisiyəm. Biz sizlərdən az narahat deyilik. Özünüzdən muğayat olun. Cəmil müəllim isə millətini sevən kişidi" dedi və bizi tərk etdi.

Cəmil müəllimin tariximizlə bağlı fəaliyyətinə isə əminəm ki, gələcək nəsillər bizlərdən daha çox baş vuracaq və tariximizin dürüst araşdırılmasına görə onu daim minnətdarlıqla anacaqlar. Məhz Cəmil müəllim az insanlardan biridir ki, həm müxalifət, həm də iqtidar nümayəndələri ona hörmətlə yanaşırlar. Bu isə ancaq və ancaq Cəmil müəllimin Vətənini, millətini səmimi sevməsi və həyatını bu yola həsr etməsi ilə bağlıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli bu gün vahid namizəd olacaq

    Cəmil Həsənli bu gün vahid namizəd olacaq ...

    23-08-2013, 11:34

  • 
  • İslamçılar da Cəmil Həsənli dedi

    İslamçılar da Cəmil Həsənli dedi ...

    25-08-2013, 14:42

  • 
  • Cəmil Həsənli Milli Şuranın aktivləşəcəyi anonsunu verdi

    Cəmil Həsənli Milli Şuranın aktivləşəcəyi ...

    16-09-2014, 11:14

  • 
  • CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU

    CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU ...

    23-08-2013, 17:44

  • 
  • Cəmil Həsənli Əli Əhmədovla məzələndi: “Qoyuram stolun üstünə…”

    Cəmil Həsənli Əli Əhmədovla məzələndi: “Qoyuram ...

    19-09-2013, 19:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu