İsrail ordusu Fələstin İslam Cihad Hərəkatının Suriyadakı mövqelərinə hava zərbələri endirib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin sözçüsü Aviçay Adri açıqlama yayıb.
Açıqlamada İsrail qırıcı təyyarələrinin Cihad Hərəkatının paytaxt Dəməşq yaxınlığındakı Ədliyyə bölgəsindəki mövqelərini hədəf aldığı bildirilib.
Adri sözügedən bölgənin Fələstinə bağlı hərəkatının Suriyadakı əsas qalası olduğunu deyib.
Suriyanın rəsmi dövlət agentliyi SƏNA Suriya ordusunun hava hücumundan müdafiə sistemlərinin İsrailin həmləsinə cavab verdiyini yazıb. Məlumatda, eyni zamanda İsrailin nəzarətində olan Qolan Təpələrindən də Suriya ərazilərinə raket zərbələrinin endirildiyi vurğulanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?