Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyi qeydə alınmayan Milli Şura sədri Rüstəm İbrahimbəyovun məhkəmə hədəsinə cavab verib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Modern.az-a açıqlamasında R.İbrahimbəyovun məhkəməyə müracit etməsinə əsas olmadığını deyib:
“Bizim mövqeyimiz qərarımızda var. Qərarı oxusa, imtinanın hüquqi cəhətdən tam əsaslı olduğunu görər. Yox, əgər cənab İbrahimbəyovun qanunlardan xəbəri yoxdursa. bu, bizim problem deyil”, - deyə MSK rəsmisi İbrahimbəyova cavab verib.
Qeyd edək ki, Milli Şura sədri Rüstəm İbrahimbəyov namizədliyinin irəli sürülməsinin təsdiq edilməməyinə etiraz edərək, MSK-nı məhkəməyə verəcəyini bildirib.
MSK-nin dünən keçirilən iclasında Rüstəm İbrahimbəyovun namizədliyi üçün təqdim olunan sənədlər yoxlanılıb və namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi qeyri-mümkün sayılıb. İbrahimbəyovun Azərbaycan və Rusiya vətəndaşı olmaqla ikili vətəndaşlığı müəyyən edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?