Natiq Məmmədov: “Azərbaycan Konstitusiyasının 100-cü maddəsində dəqiq yazılıb ki, ikili vətəndaşlığı olan şəxslər seçkilərdə iştirak edə bilməzlər”
Xəbər verdiyimiz kimi, Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
MSK -nın sədr müavini Natiq Məmmədov virtualaz.org-a açıqlamasında bildirib ki, R.İbrahimbəyovun sənədlərinə 5 gün müddətində baxılacaq.
N.Məmmədov onu da vurğulayıb ki, Komissiyada müraciətlərin hamısına baxılır, son qərarı isə MSK-nın bütün üzvləri qəbul edirlər:
“ Bildiyim qədəri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı ilə bağlı problemi var. Azərbaycan Konstitusiyasının 100-cü maddəsində isə açıq və dəqiq yazılıb ki, ikili vətəndaşlığı olan şəxslər seçkilərdə iştirak edə bilməzlər”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?