Milli Məclisin sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə tədbirləri dayandırıb.
Milli Məclisin Mətbuat xidmətinin məlumatına görə, Milli Məclisin komitə və komissiyalarının iclasları, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantıları müvəqqəti dayandırılıb, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçiriləcək.
“Milli Məclis deputatlarının və əməkdaşların ezamiyyətləri və xarici ölkələrə səfərləri, Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsi müvəqqəti dayandırılıb. Milli Məclis deputatlarının köməkçiləri seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsi ilə qəbul edəcəklər. Öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilir. İşçilərdə və ya onların ailə üzvlərindən birində respirator xəstəlikləri, halsızlıq və digər oxşar hallar olduğu təqdirdə həmin işçilərin rəhbərliyə məlumat verməklə tam sağalanadək işə çıxmaması tövsiyə edilir,” məlumatda qeyd edilir.
Milli Məclisin sədri həmçinin parlament binasında, texniki vasitələrdə dezinfeksiya işləri aparılmasını, işçilərin mütəmadi müayindədn keçirilməsini, həkim məsləhətlərinə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsini vacib sayır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?