GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Mirmahmud Mirəloğludan Müsavat və AXCP-yə ittiham

Mirmahmud Mirəloğludan Müsavat və AXCP-yə ittiham

Tarix: 1-09-2013, 11:13 Bölmə :Siyasət Baxış: 719
 Mirmahmud Mirəloğludan Müsavat və AXCP-yə ittiham

Cəmil Həsənlinin seçki qərargahının rəhbəri Arif Hacılı isə KXCP sədrinin iradlarını əsassız sayır
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki qərargahı artıq tam gücüylə fəaliyyətə başlayıb. MSK-nın Cəmil Həsənlinin prezidentliyə namizədliyini təsdiqləməsindən sonra onun seçki qərargahı imza toplanması kampaniyasına start verib. Ancaq deyəsən, elə bu məsələnin özü də Milli Şura üzvləri arasında müəyyən narazılıqlara yol açmağa başlayıb. Belə ki, KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şurada təmsil olunan müxalifətin əsas iki partiasının - Müsavat və AXCP-nin ünvanına müəyyən ittihamlar səsləndirib.
Mirmahmud Mirəlioğlu öz ittihamlarını qarşı tərəfə konkret suallar ünvanlamaqla yönəldib: “Bu Seçki Qərargahı Milli Şuranındırsa, Cəmil Həsənlinin vahid namizədliyi ətrafında formalaşıbsa, C.Həsənli orada iştirak edənlərdən hər kəsin vahid namizədidirsə, niyə bu, yalnız iki təşkilata həvalə olunur? Bu, birinci sualdır. Yaxud burada iştirak etmək istəyənlər niyə ora buraxılmır? Bu da ikinci sual. C.Həsənli vahid namizəd seçilən gün ab-hava formalaşmışdı. Kim kimin nəyidir ki, iş bölgüsü aparsın, partiyaların qabağında sıfır, yaxud rəqəm yazsın?”
KXCP sədri onun rəhbərlik etdiyi partiyaya cəmisi min imzanın toplanmasının həvalə edilməsinə sərt reaksiya verib. Və o, bu davranışı həm Cəmil Həsənlinin əleyhinə, həm də ümumiyyətlə, Milli Şuranın dağıdılmasına yönəlik addım kimi dəyərləndirib: “Belə çıxır ki, KXCP min nəfərin imzasını toplamalıdır. Biz də həmin imzaları məsuliyyətsiz bəyanat verənlərin özlərinə bağışlayırıq. Getsinlər, toplasınlar. Hər halda bizim namizədliyimiz vardı. Bu qənaətdə idik ki, KXCP Seçki Məcəlləsində nəzərdə tutulan imzanı öz namizədi üçün toplayacaq. Bunun üçün kimsənin dəstəyi və yardımı olmayacaqdı. Biz yığışdıq, birləşdik ki, vahid namizədimiz olsun. Bir yerə toplaşmadıq ki, kimsə təzədən qrupbazlıqla məşğul olsun və ya kimsə kiməsə qarşı ittihamlarla çıxış etsin. Bu, bir tərəfdən yaxşı oldu. Göründü ki, xasiyyəti, xarakteri dəyişmək mümkün deyil. Kim nəyə vərdiş edibsə, onu edir, vərdişi dəyişmək xəstəliyə səbəb olur. Təşkilata müraciət ediblər. 20-dən artıq rayon-şəhər şöbəsinin rəhbərliyindən məlumat var ki, 1 gün ərzində keçmiş silahdaşlarımız belə, imza toplamağı təklif edirlər. Partiyamızın qabağına min yazırlar, amma bizdən minlərlə yox, on minlərlə imza almaq istəyirlər. Sağ olsunlar. Bu, Seçki Qərargahının başbilənlərinin məsuliyyətsiz addımıdır. Bu adamlar fərqində olmalıdır ki, Seçki Qərargahı bu həssas məqamlarda başqalarının qarşısında sıfır yazmaqla əslində gördükləri işin faydalılıq əmsalının sıfır olduğunu göstərirlər. Bununla bağlı öz təşkilatlarına da, Milli Şura və Cəmil Həsənliyə də hesabat verməlidirlər. Onlara kim bu haqqı tanıyıb ki, KXCP-ni Seçki Qərargahından kənarda saxlasınlar? Kampaniya başlandı, amma Cəmil Həsənlinin əleyhinə başlandı. Bu Seçki Qərargahı Cəmil Həsənlinin əleyhinə işləyir. Bu gün imzasını almaq istəmədikləri adamların sabah səslərini də ala bilməyəcəklər”.
Müsavat və AXCP-ni Cəmil Həsənlini iki partiyanın namizədinə çevirmək cəhdində suçlayan Mirmahmud Mirəlioğluna Milli Şuranın rəhbərlərindən olan Arif Hacılı cavab verib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri KXCP sədrinin belə məzmunlu açıqlama verməsindən təəssüfləndiyini bildirib: “Mən Mirmahmud Mirəlioğlunun Milli Şuranı, konkret olaraq da məni məsuliyyətsiz adlandırmasına inanmıram. Və hesab edirəm ki, yəqin açıqlama yazılarkən bununla bağlı yanlışlığa yol verilmiş ola bilər. Ancaq ümumiyyətlə, Mirmahmud Mirəlioğlunun Cəmil Həsənlinin seçki qərargahına yönəlik belə bir açıqlama verməsinə təəssüf edirəm və onun iradlarını da qəbul etmirəm. Hesab edirəm ki, Mirmahmud Mirəlioğlunu yanlış məlumatlandırıblar. Çünki Cəmil Həsənlinin seçki qərargahı yaradılarkən mən şəxsən Milli Şurada təmsil olunan siyasi partiyaların rəhbərləriylə telefonla danışaraq onları məsləhətləşmələrdə iştirak etməyə dəvət etmişəm. KXCP nümayəndələri bu müddət ərzində seçki işinin təşkilində iştirak etməkləriylə bağlı hər hansı təkliflə çıxış etməyiblər. Ancaq mən iki dəfə Xəzər Teyyublu ilə telefonla danışmışam. Seçki Qərargahının rəhbəri təyin olunduqdan dərhal sonra da onunla danışmışam və seçki qərargahının işində KXCP-nin iştirak etməsi üçün Müsavatın qərargahına dəvət etmişəm. Eyni zamanda imza toplanması məsələsində KXCP-nin hansı şəkildə iştirak edəcəyi barədə maraqlanaraq, bu barədə onun fikrini soruşmuşam. Xəzər Teyyublu da mənə bildirib ki, Mirmahmud bəy və KXCP-nin digər rəhbərliyi hazırda Türkiyədədir və bizim bu sorğumuza yalnız onlar qardaş ölkədən qayıtdıqdan sonra cavab verə bilərlər. İndi onlar Türkiyədən qayıtdıqdan sonra guya bizim KXCP-ni seçki işinin təşkilindən kənarda qoymaq xətti götürdüyümüz barədə ittihamlar səsləndirmələri haqsızlıqdır. Ola bilər ki, Mirmahmud Mirəlioğluna bu barədə yanlış məlumat veriblər. Halbuki mən ona görə Xəzər Teyyubluya zəng etmişdim ki, başda sədr olmaqla, KXCP-nin digər rəhbərləri həmin vaxt Azərbaycanda deyildilər”.
Arif Hacılı onu da vurğulayıb ki, seçki prosesi yalnız imzatoplama kampaniyasından ibarət deyil və bu istiqamətdə həll edilməsi vacib olan çoxsaylı məsələlər var: “İmzaların toplanması prosesində yalnız iki partiya iştirak etmir. Bu prosesə hər kəs, o cümlədən, Milli Şuradakı bütün gənclər də dəstək verirlər. Bizim seçki kampaniyası ilə bağlı hansısa partiyaları digərlərindən fərqləndirmək kimi bir niyyətimiz yoxdur. Hazırda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki fondu yoxdur. Ancaq bu problemi fədakar insanlarımız öz məhdud imkanları sayəsində həll etməyə çalışırlar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə alınıb

    Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə ...

    12-09-2013, 16:26

  • 
  • Cəmil Həsənlinin namizədliyi ləğv oluna bilər

    Cəmil Həsənlinin namizədliyi ləğv oluna bilər ...

    1-09-2013, 11:21

  • 
  • KXCP fəalı həbs olunub

    KXCP fəalı həbs olunub ...

    24-09-2013, 17:48

  • 
  • Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatdı

    Cəmil Həsənlinin imzatoplama kampaniyası başa ...

    4-09-2013, 12:35

  • 
  • Cəmil Həsənlini Seçki Qərargahı seçkilərin ləğvini tələb etdi

    Cəmil Həsənlini Seçki Qərargahı seçkilərin ...

    10-10-2013, 11:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu