GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Maaş artımı seçicini ələ almaqdır”

“Maaş artımı seçicini ələ almaqdır”

Tarix: 1-09-2013, 11:16 Bölmə :Siyasət Baxış: 873
 “Maaş artımı seçicini ələ almaqdır”

Ekspertlər təhsil və səhiyyə işçilərinin maaş artımını seçki təbliğatı kimi qiymətləndirir; 10 faiz artım inflyasiya ilə nəticələnə bilər
“Hər bir halda maaş artımı müsbət qiymətləndirilməlidir. Ancaq nəzərə alsaq ki, müəllim və həkimlərin maaşı çox aşağıdır. Düzdür, ölkə üzrə orta əmək haqqı 410 manatdır. Ancaq bunun səbəbi neft sektorudur. Əgər neft sektorunu istisna etsək, bu sahələr üzrə baxanda əmək haqqı xeyli dərəcədə aşağıdır. Həkimlərdə 150, müəllimlərdə 200 manatdır. İndi 10 faiz artım etməklə müəllimlərin maaşı 220 manata qalxıb.
Araşdırmalar isə göstərir ki, bir nəfərin istehlakçı səbəti 200 manat təşkil edir. Bu da fizioloji mövcudluğu saxlamaq üçün tələb olunan istehlak mallarının səbətidir. Yəni ərzaq və digər sahələr. Bir ailənin istehlak səbəti əslində 800 manatdır. Ona görə də 10 faiz maaş artımı onun həyatına təsir etmir. Əksinə, bu artım bazara təsir göstərəcək, inflyasiyaya gətirib çıxaracaq".
İqtisadçı-ekspert Samir Əliyev prezident İlham Əliyevin təhsil və səhiyyə işçilərinin maaş artımı barədə sərəncamını belə şərh edir. Onun sözlərinə görə, qanunvericilikdə prezidentliyə namizədin maaş artımı haqda sərəncam verməsinə məhdudiyyət qoyulmur. Bununla belə, beynəlxalq təcrübədə bu addım müsbət qiymətləndirilmir və seçki korrupsiyası sayılır: “Maaş artımı gözlənilirdi. Ancaq seçki ərəfəsində artım qərarı təkzibolunmaz bir arqumentdir ki. məhz seçkiyə hesablanıb. Beynəlxalq təcrübədə bunu seçicilərin ələ alınması kimi qiymətləndirirlər. Çünki namizəd olan ölkə rəhbəri əlindəki dövlət resurslarından istifadə edir”.
S.Əliyevin fikrincə, Azərbaycanda maaş artımına yanaşmada qüsur var: “Bir tərəfdən bəyan edirlər özəl sektor inkişaf edir. Ancaq görünən budur ki, dövlət sektorunun payı çoxdur. Dövlət büdcəsi yüklənib. Birdən-birə işçilərin maaşı artanda ajiotaj yaranır, təbliğat gedir, bazara təsir edir. Ancaq özəl sektorda əmək haqları artanda heç kim xəbər tutmur, bazara təsiri bilinmir. Ümumiyyətlə, dünya təcrübəsində prezidentin əmək haqlarının artırılması barədə sərəncam verməsi yoxdur. Bu qərarları müxtəlif qurumların rəhbərlikləri müəyyən edir”.
Ekspertin sözlərinə görə, bu gün muzdu işçilərin ən azı 70%-i büdcədən və dövlətdən maaş alır: “Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 30%-dən çox deyil. Azərbaycanda özəl sektoru inkişaf etdirmək əvəzinə dövlət bütün sahibkarlığı əlinə keçirib. Buna görə də böyük işçi qüvvəsi hakimiyyətdən asılı vəziyyətə düşüb və onların maaş artımı qərarlarını həsrətlə gözləyirlər”.
Digər iqtisadçı Qadir İbrahimli artıq seçki kampaniyasına rəsmən start verildiyini bildirir: “Səlahiyyət müddətinin bitməsinə 2 ay qalmış indiki prezidentin bu qəbildən olan qərarları seçki prosesində təbliğat kimi istifadə edilir. Təbliğat kampaniyası başlamadığından hər hansı bir namizədin təbliğatına qadağa olsa da, hakimiyyət namizədinin təbliğatına artıq start verilib.
Seçki Məcəlləsinə görə bu yolverilməzdir. Çünki qanun dövlətin inzibati-maliyyə resursları ilə seçki təbliğatını yolverilməz sayır. Rəsmi təbliğat kampaniyası sentyabrın 16-da start götürür və bu tarixdən namizədlər sərəncamlarında olan inzibati resurslardan rəsmən imtina etməlidirlər. Ancaq hakimiyyətin namizədi rəsmi təbliğat başlayana qədər də dövlətin maliyyə resurslarından təbliğat kimi istifadə etmək niyyətindədir. Bu məsələnin siyasi tərəfidir".
Məsələnin iqtisadi-sosial tərəfinə toxunan müsahibimiz qeyd edir ki, 25 milyard dollarlıq dövlət büdcəsinin xərcləri fonunda 10 faizlik artım çox kiçik bir məbləğdir. Hökumət insan kapitalına sərmayə yatırmaqdansa, daşa-divara pul xərcləməyi daha üstün tutur. Məsələnin başqa bir tərəfi budur ki, hökumət həmişə əməkhaqqı artımına xəsislik edib. Arqumenti də bu olub ki, əməkhaqqı artımı inflyasiya riskini artırır. Bu arqumentlə razılaşmaq olar.
Düzdür, məvaciblər artanda dövriyyəyə əlavə pul kütləsi daxil olur ki, bu da inflyasiya riskini artırır. Ancaq dövlət həm də ona görə mövcuddur ki, inflyasiya riskini minimuma endirsin və artımın inflyasiya yeminə çevrilməsinə imkan verməsin. Tutaq ki, məvaciblər 25 faiz artırılırsa, hökumət inflyasiyanın 5 faizi ötməsinə imkan verməməlidir.
Bunun üçün müəyyən anti-inflyasion tədbirlər həyata keçirilir, süni qiymət artımlarının qarşısı alınır. Azərbaycanda isə əksinədir. Məvaciblər 10 faiz artırılır, dərhal da qiymətlər 10-15 faiz bahalaşır. Vətəndaş artımdan faydalanmamış ziyana düşür".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllim və həkimlərin maaşı artacaq

    Müəllim və həkimlərin maaşı artacaq ...

    7-01-2015, 00:35

  • 
  • Hökumət müəllim və həkimləri aşağıladı

    Hökumət müəllim və həkimləri aşağıladı ...

    3-12-2012, 01:45

  • 
  • 2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı artacaq?

    2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı ...

    28-11-2014, 00:35

  • 
  • Pensiyalar nə qədər artdı? - ŞƏRH

    Pensiyalar nə qədər artdı? - ŞƏRH ...

    28-01-2015, 00:24

  • 
  • Milyonçu ölkənin kasıb müəllimləri

    Milyonçu ölkənin kasıb müəllimləri ...

    21-05-2013, 00:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu