GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qarabağdakı “seçki” şousuna rəsmi Bakıdan və ekspertlərdən reaksiyalar

Qarabağdakı “seçki” şousuna rəsmi Bakıdan və ekspertlərdən reaksiyalar

Tarix: 15-04-2020, 14:50 Bölmə :Siyasət Baxış: 300
Qarabağdakı “seçki” şousuna rəsmi Bakıdan və ekspertlərdən reaksiyalar


İşğalçı ölkə beynəlxalq aləmin mövqeyinə və qondarma qurumu tanımadığını bəyan etməsinə rəğmən, şounu keçirdi; danışıqlara davam, yoxsa tamam?..

Azərbaycanın davamlı xəbərdarlıqlarına, beyəlxalq aləmdən verilən reaksiyalara baxmayaraq, Dağlıq Qarabağdakı separatçı qurum 14 apreldə oyuncaq rejimin saxta “prezidenti”ni “seçdi”. Məlum olduğu kimi, “seçki” şousunun ilk turu 31 martda keçirilmişdi və heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamışdı.

Lakin nə tanınmama faktına, nə də dünyanı, o cümlədən işğal altındakı Azərbaycan ərazilərini cənginə alan koronavirus pandemiyasının gətirdiyi problemlərə baxmayaraq, Ermənistan separatçılara yeni başçı seçmək planından əl çəkmədi. Çünki Nikol Paşinyan üçün məhz belə bir durumda, dünyanın başının daha ciddi problemlərə qarışdığı məqamda “dərə xəlvət, tülkü bəy” yanaşmasından istifadə edib özünə sərfəli qulduru separatçı qurumun rəhbərliyinə gətirmək lazım idi.

Beləliklə, işğalçı ölkənin başçısı öz istəyinə nail oldu. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan separatçı rejimə indi də Araik Arutyunyan rəhbərlik edəcək. Virtualaz.org xatırladır ki, beynəlxalq təşkilatlar, 120-dən çox ölkə qondarma seçkiləri tanımadıqları barədə bəyanat veribr. Buna baxmayaraq, separatçı rejim qanunsuz əməlini davam etdirərək dünən “seçkilərin ikinci turu”nu keçirib. Daha əvvəl Qarabağda yaradılan qondarma qurumun “baş naziri” olmuş Araik Arutyunyan separatçıların yeni rəhbəri “seçilib”. Maraqlısı budur ki, hətta Arutunyanın yeganə rəqibi Mais Mailyan da seçkini boykot etmişdi. Faktiki olaraq separatçılar daxilində də “seçki” şousuna qarşı çıxanlar oldu. Ancaq planın həyata keçirilməsi barədə müəyyən mərkəzlərdən komanda alanlar sonadək getdilər.

Maraqlıdır, bundan sonra beynəlxalq təşkilatlar yenədəmi “sülh imkanlarının tükənmədiyi” barədə nağıllarını davam etdirəcəklər? Hər halda fakt budur ki, nə işğalçı Ermənistan, nə də Dağlıq Qarabağdakı rejim beynəlxalq təşkilatların, o cümlədən həmsədrlərin danışıqların pozulmasına rəvac verəcək addımlardan çəkinməklə bağlı mesajları saya salmadılar və təxribatçı niyyətlərini gerçəkləşdirdilər. Beləliklə, separatçılar “seçki” keçirdi, rəsmi İrəvan isə birmənalı şəkildə ərazilərin qaytarılmasını rədd edir. Belə olan halda danışıqların mənası qalırmı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, artıq danışıqlara vaxt sərf etməyin heç bir mənası qalmır: “Danışıqlar nəticə vermirsə, imitasiyada iştirakın mənası yoxdur. İrəvan danışıqlarda müsbət nəticədə maraqlı olsaydı, “mərhələli həll” planına maraq göstərərdi. Onu da müşahidə etmirik”.

Politoloq: "Susa azsayli qehreman doyusculerimiz terefinden ...

E.Şahinoğlunun fikrincə, Qarabağ separatçıları Bako Saakyandan xilas olmaqla heç də rahat həyat əldə etməyiblər: “Separatçıların yeni “lideri”ni köhnə problemlər gözləyir. Separatçıların keçmiş “baş naziri” Araik Arutunyan separatçıların yeni “lideri” təyin edildi. Təyin edildi ona görə deyirik ki, birincisi, bölgədə koronavirusun geniş yayıldığı vəziyyətdə ermənilərin “seçki məntəqələrinə” getdiyi ağlabatan deyil. Təsadüfi deyil ki, “seçki” oyunu keçirsələr belə, vətəndaşlara müraciət ediblər ki, “məntəqələrdə” sosial məsafəni qorusunlar. Hətta yaşı 65-dən yuxarı olan ermənilərə müraciət edilib ki, “seçki məntəqələrinə” gəlməsinlər. İkincisi, Araik Arutunyanın “ikinci turda” rəqibi olmayıb. “İkinci tura” keçən separatçıların keçmiş “xarici işlər naziri” Masis Mailyan koronavirusun yayıldığı dövrdə seçkinin “ikinci turunun” keçirilməsinin əleyhinə olub. Masis Mailyan “ikinci tur” öncəsində tərəfdarlarını “seçkini” boykot etməyə çağırıb. Bəlkə də Dağlıq Qarabağ dünyada yeganə bölgə olub ki, separatçılar koronavirusun yayılmasına baxmayaraq, insanları təhlükə altına ataraq “seçki” keçirməyə qərar veriblər. Halbuki, seçkinin “ikinci turu” ərəfəsində Dağlıq Qarabağda onlarla virusa yoluxanlar var idi və bu say getdikcə artır”.

Politoloq bir məqamı da qeyd etdi: “Təsadüfi deyil ki, separatçılar “seçkidən” əvvəl Ermənistanla sərhədi bağlamağa məcbur olublar, üstəgəl, bölgədə məktəblərin fəaliyyətini dayandırıblar, mayın 12-ə qədər bölgədə fövqəladə vəziyyət elan ediblər”.

Bəs separatçıları fövqəladə vəziyyət rejimində “seçki” keçirməyə nə məcbur edib?

E.Şahinoğlu: “Birincisi, separatçıların artıq keçmiş lideri Bako Saakyan Araik Arutunyanın xələfi seçilməsi üçün nə yolla olursa-olsun “ikinci turu” keçirməyə qərar verib. İkincisi, Araik Arutunyanı Ermənistanın baş naziri Nikol Paşinyan da dəstəkləyirdi. “Seçkinin” təxirə salınması separatçılarla Ermənistan hakimiyyəti arasında suallar yarada bilərdi. Tamamən Ermənistandan asılı olan Dağlıq Qarabağ separatçılar “seçkini” keçirməklə İrəvanın da mövqeyini nəzərə alıblar. Üçüncüsü, separatçıları qorxublar ki, “seçki” təxirə salınsaydı, bölgədə xaos yarana və bundan Azərbaycan hərbi təzyiqi artırmaq üçün istifadə edə bilərdi. Araik Arutunyanı dərhal Ermənistan prezidenti Armen Sərkisyan “təbrik” edib. Arutunyanın separatçıların “yeni prezidenti” seçilməsiylə heç nə dəyişməyəcək. Nə danışıqlarda irəriləyiş olacaq, nə də separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini qəbul edəcəklər. Dəyişən sadəcə, bu olacaq ki, Bako Saakyandan fərqli olaraq Araik Arutunyan Nikol Paşinyan daha çox asılı olacaq. Bako Saakyan Paşinyanın qatı düşmənləri Robert Köçəryanın və Serj Sərkisyanın namizədi idi. Saakyan Paşinyanla tez-tez görüşsə də, Robert Köçəryana dəstəkdən imtina etmir, eks-prezidentin həbsinin əleyhinə çıxırdı. Paşinyan da bunu ikiüzlülük kimi qiymətləndirirdi. Araik Arutunyanla Paşinyanın bu məsələdə problemi olmayacaq. Buna baxmayaraq, Dağlıq Qarabağ əvvəlki tək Ermənistana həm siyasi, həm də iqtisadi yük olmaqda davam edəcək. Koronavirus Ermənistan iqtisadiyyatını daha bərbad vəziyyətə salıb. Belə vəziyyətdə Ermənistanın Dağlıq Qarabağ iqtisadi və hərbi baxımdan ayaqda tutması daha da çətinləşəcək”.

“Azərbaycan işğal edilmiş ərazilərində baş verən qeyri-qanuni hərəkətləri izləyir və müvafiq operativ reaksiyalar verir”.

Hikmət Babaoğlu: Kimisə siyasi keçmişinə görə hədəfə almaq düz ...

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, “seçki” şouları ilə işğal faktını ört-basdır etmək niyyəti baş tutmayacaq: “Doğrudur, bu hələlik yalnız diplomatik və siyasi müstəvidə baş tutur. Ancaq işğalçı Ermənistan və qondarma rejim əmin olsun ki, problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün uzaqda deyil. Qondarma rejimin “seçki” oyunu mart ayının 31-dən dərhal sonra bütün beynəlxalq qurumlar və dünya siyasətini müəyyənləşdirən ölkələr tərəfindən pisləndi. İndi isə uydurma ikinci mərhələ adı ilə yenidən “seçki” oyunu təkrarlanır. Bu hadisə vahid siyasi təxribatın tərkib hissəsi olduğu üçün qondarma 31 mart “seçkiləri”nə verilən qiymət avtomatik olaraq onun davamına da şamil edilir. Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq. Tam əksinə bu cür təxribatlar siyasi prosesləri sürətləndirməklə Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi ilə nəticələnəcək” (Publik.az).

Rəsmi Bakının Qarabağdakı “seçki” şoularına və tənzimləmə prosesinə yanaşması isə dəyişməyib.

“Bu, heç bir hüquqi qüvvəsi olmayan qondarma seçkidir. Bunu beynəlxalq ictimaiyyət də rədd edir və bu dəfə birmənalı etdi. Orda hər hansı oyuncaq və qanunsuz “prezident”in olması danışıqlara heç bir əngəl deyil, ola da bilməz. Həmsədrlərin bəyanatında açıq şəkildə bu barədə yazılıb”.

XİN mətbuat xidmətinin rəhbəri səlahiyyətlərini icra etmək üçün ...

Bu fikirləri Musavat.com-un suallarına cavab olaraq Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirdi. Ermənistan hakimiyyətinin konstruktiv danışıqlardan daim müxtəlif bəhanələrlə imtina etməsinə gəldikdə, XİN təmsilçisi qeyd etdi ki, rəsmi İrəvanın nəyisə rədd etməsi deyil, beynəlxalq hüququn və beynəlxalq ictimaiyyətin neyi tələb etməsi daha vacibdir.

“Nə qədər ki, danışıqlar üçün imkan var bundan istifadə edəcəyik. Hər bir halda Azərbaycan öz torpaqlarını mümkün bütün vasitələrlə geri qaytarmaq haqqını özündə saxlayır” - L.Abdullayeva bildirdi.

Belə bir durumda Azərbaycan ordusu öz qüdrətini artırmaqdadır. Azərbaycan Ordusunun PUA heyətləri təlim-məşq uçuşları keçirir. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər. PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb.//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağdakı “seçki” günü müharibə başlaya bilər

    Qarabağdakı “seçki” günü müharibə başlaya bilər ...

    3-07-2017, 11:32

  • 
  • Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı

    Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, ...

    13-12-2018, 11:30

  • 
  • Serj Sərkisyanın növbəti həyasızlığı: işğalçı prezident Vardenis-Ağdərə yolunun açılışına qatıldı

    Serj Sərkisyanın növbəti həyasızlığı: işğalçı ...

    2-09-2017, 12:57

  • 
  • XİN: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda keçiriləcək qondarma "seçkiləri" tanımır və tanımayacaq

    XİN: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda ...

    6-09-2019, 15:25

  • 
  • Qarabağdakı işğalçı ordunun yeni komandanı o oldu - KAREN ABRAMYAN

    Qarabağdakı işğalçı ordunun yeni komandanı o oldu ...

    14-12-2018, 14:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu