GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvan özünü diplomatik tələyə saldı

İrəvan özünü diplomatik tələyə saldı

Tarix: 22-04-2020, 22:32 Bölmə :Siyasət Baxış: 429
İrəvan özünü diplomatik tələyə saldı


Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi açıqlama rəsmi Yerevanın aqressiv cavabı ilə qarşılandı.

Sergey Lavrov danışıqlar masasındakı mövcud sənədlərin münaqişənin mərhələli həll varinatını ehtiva etdiyini söyləmişdi.

“Bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur”.

Rusiyalı diplomat Madrid prinsiplərinin, Kzan danışıqlarının və 2019-cu ilin aprelində Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin üçtərəfli razılaşmalarının məhz mərhələli həll varinatı üzərində aparıldığını açıqladı.

Rusiya XİN şefinin aşıqlamasından bir neçə saat keçmiş Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Lavrova operativ və aqressiv cavab verdi.

Mnatsakanyanın rəsmi Yerevanın maksimalist mövqeyini əks etdirən açıqlamasında Lavrovun dedikləri tamamilə təkzib olunur.

Erməni nazir “Qarabağ əhalisinin təhlükəsizliyi prioritet yanaşmamızdır. Lavrovun açıqlamasında göstərilən rayonlar təhlükəsizlik zonasınıdır və müdafiə xəttini təşkil edir. Heç kəs Qarabağ əhalisinin təhlükəsizliyini nəzərə almadan birtərəfli güzəştlərə gedilə biləcəyini güman etməsin. Sülh tənzimlənməsi qarşılıqlı güzəştlər əsasında mümkündür. Ermənistan heç vaxt birtərəfli güzəştlərə getməyəcək. Qarabağ xalqı olmadan heç bir qərar qəbul edilə bilməz. Lavrov öz, mən də öz mövqeyimi açıqladım” - deyə, bildirdi.

Göründüyü kimi, münaqişənin mərhələli deyil, paket həll varinatına üstünlük verən rəsmi Yerevan Rusiyanın və onun simasında ATƏT-in Minsk Qrupunun da mövqeyinə qarşı çıxır. Digər tərəfdən, münaqişənin həlli ilə bağlı biri-birini strateji müttəfiq adlandrıan Moskva və Yerevanın fərqli yanaşmaları onlar arasındakı ziddiyyətlərdən xəbər verir.

Eyni zamanda Ermənistan diplomatiyası bu mövqe ilə göstərdi ki, onların maraqlarına cüzi toxunsa, Rusiyadan üz döndərməyə hazırdılar. Lavrovun və Mnatsakanyanın açıqlamaları həm də Nikol Paşinyan hakimiyyətinin Moskva ilə sıx münasibətlər qura bilməməsinin, diplomatik fiaskosunun göstəricisidir.

Bu kontekstdə Sergey Lavrovun ötən gün Qorbaçov fondunda dəyirmi masada Yerevanla müttəfiqlik münasibətlərinə toxunduğu daha bir məqam maraqlıdır.

“Müttəfiqlik bütün sahələrdə özünü göstərməlidir. Rusuya tərəfi ümid edir ki, ortaq müəssisələrimizin, o cümlədən, “Cənubi Qafqaz dəmir yolları”şirkəti ətrafında məhkəmə işləri “kənarda müttəfiqliyə zidd şeylər gətirmək” kimi cəhdlər olmadan yoluna qoyulacaq. Mən açıq danışıram, çünki bəzi Rusiya şirkətləri ağır vəziyyətə düşüblər. Ümdi edirəm ki, qarşılıqlı razılaşma əldə edə biləcəyik”- deyə Lavrov əslində münasibətlərdəki etimadsızlığı biruzə verib.

Nikol Paşinyan hakimiyyətinin Qarabağ danışıqları ilə bağlı 2018-ci ildən verdiyi bəyanatlar da Lavrovun açıqlaması ilə yerlə yeksan oldu. Belə ki, istər baş nazir Nikol Paşinyan, istərsə də XİN rəhbəri Zoqrab Mnatsakanyan bundan öncə Qarabağ danışıqlarında konkret sənədin olmadığını və prosesin ilkin mərhələdə olduğunu söyləyirdi.

Amma istər rəsmi Bakı, istərsə ATƏT-in Minsk Qrupu danışıqlarda yenilənmiş Madrid prinsipləri əsasında ortaq sənədin olduğunu gizlətmirdi.

Rusiya XİN rəhbəri Sergey Lavrov isə 2019-cu ilin aprelindən tərəflərin, 3 nazirin mərhələli həll planını əsas götürən ortaq sənəd üzərində işlənildiyini açıqladı.

Səslənən bəyanatlar ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycanın ədalətli mövqeyi ilə nəhayət ki, az da olsa üst-üstə düşür.

Bu isə avtomatik olaraq ölkəmizin mövqeyinin istər Moskva, istərsə də ATƏT-in Minsk Qrupunun digər üzvləri ilə uzlaşdığını və Yerevanın təklikdə qaldığını göstərir.

Mnatsakanyan Sergey Lavrovun açıqlamasını təkzib etməklə, nəinki danışıqlar prsoesinə zərbə vurur, həmçinin, vasitəçi ölkələrin səylərini sıfıra endirir, həm də daxili auditoriyasını aldatmış olur. Belə ki, son 2 ildə münaqişədə konkret sənədin müzakirə edilmədiyin vurğulayaraq Nikol Paşinyan hökuməti Ermənistan cəmiyyətini yanlış məlumatlandırıb.

Bura Qarabağ separatçılarının üçüncü tərəf kimi danışıqlara cəlb etmək kimi uğursuz cəhdi də daxil etsək, rəsmi Yerevanın danışıqlar prosesini pozmağa çalışan, qeyri-konstruktiv tərəf olduğunu görərik. Zoqrab Mnatsakanyanın açıqlamaları isə bu qeyri-konstuktiv yanaşmanı həm Moskvaya, həm Vaşinqtona, həm Parisə və ən əsası münaqişədən yorulmuş Ermənistan cəmiyyətinə də nümayiş etdirdi.

Bütün bunlar həm də onu deməyə əsas verir ki, bu gündən sonra nəhayət ki, həm Rusiya, həm ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, bütövlükdə isə beynəlxalq dünya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baş verəcək istənilən hərbi, siyasi və diplomatik gərginliyin məsuliyyətinə görə rəsmi Yerevanın, Nikol Paşinyan hökumətinin yaxasından yapışacaq.

Ermənistan bunun əksini gözləyirsə, ya Paşinyan rejimi konstruktiv mövqe nümayiş etdirib Azərbaycan torpaqlarını azad etməli, ya da öz parlamentində deputatların yeni qətliamına razılıq verməlidir.//modern.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dağlıq Qarabağ problemi tezliklə həll edilməyəcək — Lavrovdan AÇIQLAMA

    Dağlıq Qarabağ problemi tezliklə həll edilməyəcək ...

    21-11-2017, 12:47

  • 
  • Lavrov: "Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə..."

    Lavrov: "Rusiya bundan sonra da Dağlıq ...

    11-11-2019, 15:31

  • 
  • Lavrovla Kerri görüşür - Mövzu: Dağlıq Qarabağ

    Lavrovla Kerri görüşür - Mövzu: Dağlıq Qarabağ ...

    15-07-2016, 13:30

  • 
  • Sergey Lavrov: "Rusiya Dağlıq Qarabağ məsələsində razılaşmaya nail olunması üçün əlindən gələni edəcək"

    Sergey Lavrov: "Rusiya Dağlıq Qarabağ ...

    14-12-2018, 13:56

  • 
  • Sergey Lavrov Azərbaycana gəlir

    Sergey Lavrov Azərbaycana gəlir ...

    29-11-2019, 10:45


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu