GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qarabağ üçün mərhələli həll planı – nəbz yoxlanışı, yoxsa...

Qarabağ üçün mərhələli həll planı – nəbz yoxlanışı, yoxsa...

Tarix: 23-04-2020, 14:48 Bölmə :Siyasət Baxış: 348
Qarabağ üçün mərhələli həll planı – nəbz yoxlanışı, yoxsa...


“BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri hərbi əməliyyatların qızğın vaxtlarında qəbul olunub və bu qətnamələrdə hərbi əməliyyatların tam dayandırılması və nizamlanmaya keçid əksini tapıb. Bəli, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq olunub”.

Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə gün öncə, Qarabağ probleminin məqbul həll variantlarından danışarkən dediyi bu sözlər, ardınca konfliktin mərhələli şəkildə nizamlanmasının zəruriliyi haqda sözləri Azərbaycanda və ələlxüsus işğalçı Ermənistanda müzakirə predmetinə çevrilib.

Rusiya baş diplomatı həmçinin demişdi: “Bu sənədlərdə münaqişənin mərhələli şəkildə həlli əksini tapıb. Birinci mərhələyə daha aktual problemlərin - Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılması daxildir”.

Deyirlər, ən yaxşı təzə - elə unudulmuş köhnədir. Hər necə olmasa, Dağlıq Qarabağ ixtilafı üçün ən məqbul, real həll modelinin məhz mərhələli həll olduğu indi yəqin ki, daha aydın dərk edilir. Azərbaycan da illərdir bunu deyir.

Hərçənd politoloq Fərhad Mehdiyev Lavrovun açıqlamasında Azərbaycan üçün təhlükəli ola biləcək məqamı istisna eləmir. Onun fikrincə, Lavrovun həmin açıqlaması həm də Rusiya prezidenti Vladimir Putinin az öncə SSRİ-nin bərpası mümkünlüyü barədə sözləri kontekstində şərh olunmaldır.

“Bunu Putinin “SSRİ bərpa olunmalıdır” bəyanatı ilə izah edərdim. Onlar çox yaxşı başa düşürlər ki, Azərbaycanı bu formata qaytarmaq üçün Dağlıq Qarabağı qaytarmaq lazımdır. Dağlıq Qarabağ olmasın, ən azı ətraf rayonlar qaytarılmalıdır. Onsuz da Ermənistan müstəqilliyə sahib deyil, Rusiya qərar versə ki, ətraf rayonlar Azərbaycana geri qaytarılmalıdır, o zaman Azərbaycanın Moskvanın rəhbərlik etdiyi ittifaqa geri dönməsi üçün hansı reaksiyanı verəcəyinə baxacaqlar. Lavrovun bu sözləri də Azərbaycanın nəbzini yoxlamaq üçün dilə gətirdiyini düşünürəm. Əgər Azərbaycan buna müsbət reaksiya versə, ətraf rayonların qaytarılması prosesini başlada bilərlər. Amma bu, indi mənə tələ kimi görünür” (Teleqraf.com).

Təbii ki, Lavrovun son açıqlamasına Rusiya tərəfdən ilk növbədə şimal qonşumuzun maraqları kontekstində şərh verilir və belə təəssürat yaratmağa çalışılır ki, Moskva həqiqətən də Qarabağ konfliktinin ədalətli həllində maraqlıdır və bu yöndə səmimi şəkildə səylər göstərir.

“Rusiya tərəfi nə qədər “Lavrov planı”nın olmasını təkzib etməyə cəhd etsə də, onu məhz pandemiya dövründə aktivləşdirmək qərarı verib”. Bunu rusiyalı erməniyönlü analitik Stanislav Tarasov deyib.

“Moskva İrəvanla olduğu kimi, Bakı ilə də məsləhətləşmələr aparıb. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans keçirməsi təsadüfi deyil. Böyük ehtimalla bu, müzakirə edilməli olan bir sıra vəziyyətlərlə bağlıdır. Məncə, Azərbaycan və Ermənistanın razılaşa biləcəyi mərhələ başlayır”, - deyə o qeyd edib.

Ermənistan XİN başçısı:"Azərbaycan XİN rəhbəri ilə tezliklə görüş ...

Ancaq hətta belədirsə, rəsmi İrəvanın, özəlliklə xarici işlər naziri Zoqrab Mnatsakanyanın Rusiya XİN başçısının bəyanatına, faktiki, sülh danışıqlarının üstündən xətt çəkən isterik reaksiyası tam əks qənaət yaradır. Rusiyanın satelliti olan Ermənistanın XİN rəhbərinin Moskvanın BMT qətnamələrinin əks olunduğu Qarabağ təşəbbüsünə qarşı bunca açıq şəkildə çıxmağa cürət eləməsi düşündürməyə bilməz və yalnızca, daxili auditoriyaya yönəlik ritorikaya oxşamır.

Hərgah, Lavrovun fikirləri erməni cəmiyyətini də yetırincə silkələyib. Görünür, ən əvvəl o səbəbə ki, Rusiya baş diplomatı BMT-nin Qarabağa dair qətnamələrində əksini tapan Azərbaycanın ərazi bütövlüyü prinsipini dilə gətirib. Məlumdur ki, indiyədək İrəvan da, Moskva da bu qətnamələri yada salmaqdan daima yayınmağa və onları unutdurmağa çalışıb.

Ancaq həmin sənədlərin məhz indi - Nikol Paşinyan dönənində diqqət mərkəzinə gəlməsi, özü də işğalçı Ermənistanın 1 nömrəli müttəfiqi və havadarı Rusiyanın erməni əslli baş diplomatı tərəfindən diqqət mərkəzinə gətirilməsi düşmən ölkənin ictimai-siyasi elitasında məyusluq qarışıq, əsl çaşqınlıq yaradıb. Eyni zamanda, Paşinyan hökumətinə inamsızlığı artırıb. Baş nazirin iki il ərzində Moskva ilə uğurlu əməkdaşlıq qura bilməməsi yenidən tənqid hədəfi edilib.

“İndiki erməni hakimiyyəti Qarabağ problemindən nə qədər uzaq dursa, o qədər yaxşıdır. Bu vəzifə bir qrup ideoloq olmayan və qeyri-millətçi bir zehniyyətə sahib insanlara, Ter-Petrosyanın baxışlarına inananlara həvalə edilməlidir”.

Bu sözləri erməni politoloq Ayk Martirosyan deyib (Axar.az). O, Rusiyanın Minsk Qrupunun aktiv həmsədrlərindən biri olduğunu xatırladaraq bildirib: “Aydındır ki, bütün erməni hökumətləri özlərini vassal kimi apardılar və Ermənistanı “böyük qardaş”dan ömürlük asılı vəziyyətə saldılar. Bu da Ermənistana olan marağı və Rusiyanın nəzərində onun dəyərini azaltdı. Bütün bunlar Azərbaycana üstünlük qazandırdı, çünki o, Rusiya ilə dost, amma qarşılıqlı hörmətə malik münasibətlər qurdu”.

Martirosyanın sözlərinə görə, indi Rusiya Serj Sərkisyanın dövründən daha çox Ermənistanın ləyaqətsiz davranışı ilə qarşılaşır: “Buna görə də Rusiya Ermənistanın maraqlarını nəzərə almadan məntiqi olaraq Azərbaycana üstünlük verməlidir. İrəvan Qarabağın üzərində tam nəzarət əldə etmək üçün oraya daha çox ordu yerləşdirir. Bu, ərazilərin onun təsiri altından çıxmasına və Moskvanın qucağına atılmasına gətirib çıxaracaq. Yeri gəlmişkən, bu istiqamətdə işlər aparılır”.

Erməni politoloq həmçinin indiki hakimiyyətin də əvvəlkilər kimi eyni dırmıxın üzərinə basdığını düşünür: “Xüsusilə əgər Sərkisyan rejimi açıq satqınlıq xətti aparırdısa, hələlik indiki hakimiyyət açıq xəyanətə getmir, amma onların da seçdiyi xətt zərərli, xaotik, məntiqsiz və çox təhlükəlidir. Bu formatda inkişaf yoxdur, ola bilməz. Bu məsələdə ən böyük səhv bütün cəbhə xəttinin saxlanılması və Qarabağ rejimini danışıqlar stoluna gətirmək cəhdidir. Məhz bunun sayəsində Azərbaycan tərəfi Ermənistan üçün uğurlu diplomatik tələ yaradır”.

“Sülh və ya kommunikasiyaların açılması qarşılığında ərazi formulu qəbuledilməzdir”.

Bunu isə Dağlıq Qarabağdakı oyuncaq rejimin “təhlükəsizlik şurası”nın keçmiş “rəhbəri” Vitali Balasanyan Lavrovun “Qarabağla bağlı danışıqlarda mərhələli həll variantı müzakirə olunur” açıqlamasını şərh edərkən deyib.

“Qarabağ ətrafında bizim təhlükəsizlik zonalarımız və ya rayonlarımız yoxdur. Bizim ticarət üçün ərazilərimiz yoxdur”, – deyə o bildirib.

Balasanyan mərhələli həll variantına razılıq verən şəxslərin kapitulyasiyaya doğru getdiyini və bununla onların bu planı təşviq edən Levon Ter-Petrosyanın 1998-ci ildəki taleyini yaşayacağını söyləyib.

Ancaq məsələ də ondadır ki, erməni xalqı üçün Dağlıq Qarabağla bağlı ən uğurlu, ən praqmatik həll modelini vaxtilə (1998) məhz ölkənin 1-ci prezidenti Levon Ter-Petrosyan irəli sürmüşdü. Üstündən keçən 22 illik zaman kəsiyi onun nə qədər haqlı olduğunu sübut elədi. İlk növbədə də “qələbə” eyforiyasından çıxa bilməyən erməni cəmiyyətinə, lap elə Balasanyan kimi radikal-avantüristlərə.

Xatırladaq ki, Ter-Tetosyanın təklif elədiyi həll planı da mərhələli idi. Birinci mərhələdə “Laçın dəhlizi” saxlanmaqla Dağlıq Qarabağ ətrafında bütün rayonlar azad edilir, kommunikasiyalar, sərhədlər açılır, iki ölkə arasında gediş-gəliş bərpa olunur, qarşılıqlı etimad mühiti yaradılır, Dağlıq Qarabağın yekun statusu isə ikinci və sonuncu mərhələyə saxlanılırdı.

O vaxt Ermənistanın sabiq prezidenti artıq məşhur olan belə bir ifadə də işlətmişdi: “İndi bizə təklif olunanı götürməsək, gələcəkdə yalvaracağıq, çünki Azərbaycan güclənəcək”.

Lakin erməni xalqına “təklif olunanı götürməyə” imkan verilmədi. Ter-Petosyan “Qarabağ klanı” tərəfindən və Rusiyanın “dobrosu” ilə hakimiyyətdən devrildi.

İndi yenə şans yaranıb. Bu dəfə mərhələli həll variantını Moskvanın özü təklif edir. Görəsən səmimidrmi?..

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb.//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrəvan özünü diplomatik tələyə saldı

    İrəvan özünü diplomatik tələyə saldı ...

    22-04-2020, 22:32

  • 
  • Putin: "Dağlıq Qarabağ problemini siyasi yolla həll etmək lazımdır”

    Putin: "Dağlıq Qarabağ problemini siyasi ...

    13-08-2013, 21:34

  • 
  • Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yaydı

    Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ...

    13-11-2019, 13:55

  • 
  • Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin həlli yolunu müzakirə etdik” - AÇIQLAMA

    Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin ...

    4-09-2013, 12:42

  • 
  • "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır"

    "Dağlıq Qarabağ münaqişəsinin həlli ...

    15-11-2017, 15:16


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu