GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Məmmədyarov həkimdir ki, Mnatsakanyanla koronavirusu müzakirə edir?”

“Məmmədyarov həkimdir ki, Mnatsakanyanla koronavirusu müzakirə edir?”

Tarix: 23-04-2020, 21:35 Bölmə :Siyasət Baxış: 416
“Məmmədyarov həkimdir ki, Mnatsakanyanla koronavirusu müzakirə edir?”


Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Qorçakov Fondunun təşkil etdiyi “dəyirmi masa”da deyib ki, artıq danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini nəzərdə tutan bir sənəd mövcuddur.

O xatırladıb ki, “Madrid prinsipləri”, “Kazan prinsipləri” adlanan 2010-2011-ci illərdə Rusiya tərəfindən hazırlanan sənədlər, eləcə də həmsədrlərin iştirakı ilə keçirilən və hazırda fəal müzakirə olunan, Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinin keçən ilin aprelində Moskvada elan olunan layihələri var.

“Bu sənədlər mərhələli yanaşma əsasında həll mərhələsinə doğru irəliləməyi, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra ərazilərin azad edilməsini və nəqliyyat, iqtisadi və digər kommunikasiyaları blokadan azad etməyi nəzərdə tutur. Buna görə əminəm ki, bu sənədləri imzalamaq qərarına gəldiyimiz zaman bu, BMT Təhlükəsizlik Şurasının müharibəyə son qoymağı və razılığa gəlməyi tələb edən qətnamələrinin icrasında ən vacib addım olacaq. Hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq əldə etdiyimiz razılaşma budur”, - deyə Lavrov bildirib.

Bu çıxışdan dərhal sonra erməni ictimaiyyəti, jurnalistlər, politoloqlar Ermənistan Xarici İşlər Nazirliyinə qarşı ittihamlar səsləndirdilər ki, “bu, Ermənistanın xarici siyasətinin tam uğursuzluğunun göstəricisidir”. Nəticədə Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan tələskənliklə “Bu, Lavrovun səhvdir” açıqlamasını verməli oldu.

“Rusiyalı həmkarım Sergey Lavrovun açıqlamasında çoxsaylı sənədlərə istinadlar var. Bu da son iki ildə müzakirə olunan bir sənəd haqqında idi. Bənzər yanaşma və təkliflər 2014 və 2016-cı illərdə də olub və onlar erməni tərəfi üçün qəbuledilməz idi”, - deyə Mnatsakanyan bildirdi.

"Qafqazinfo" xəbər verir ki, baş verənləri AYNA-ya şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikrincə, əslində, Rusiya Xarici İşlər nazirinin sözügedən açıqlaması yeni bir şey deyil: “25 ildir danışıqlar prosesinin parametrləri dəyişməyib. Lavrovun bu məsələni yenidən qaldırmasına səbəb nə oldu? Qlobal pandemiya nəticəsində Rusiyaya ağır zərbə vuran iqtisadi böhran başladı və biz beynəlxalq münasibətlərdə də bu böhranı görürük. Bununla da fövqəldövlətlərin regional məsələlərə diqqəti xeyli zəifləyib. Mövcud vəziyyət həm erməniləri, həm də Rusiyadakı ermənipərəst dairələri çox narahat etdi və buna görə də bir növ fəaliyyət göstərdiklərini təqlid etmək məcburiyyətində qaldılar. Bütün bunlar tamaşa, imitasiya, Rusiya Xarici İşlər Nazirliyinin vəziyyəti nəzarətdə saxladığını və Moskvanın beynəlxalq aləmdə fəal oyunçu olaraq qaldığını göstərmək cəhdləridir”.

Sabiq nazirin sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi, bəlkə də Qərblə Rusiyanın mövqelərinin bir çox cəhətdən üst-üstə düşdüyü yeganə mövzudur: “Dünyadakı mövcud vəziyyət və müxtəlif dairələrin buna reaksiyası Ermənistan ilə Azərbaycanın münaqişənin həlli üçün tək qaldıqlarını göstərir. Əvvəllər bütün bunlar Rusiya tərəfindən idarə olunurdu, amma Moskvanın Yerevana dəstəyi sual altındadır. Lavrovun sözügedən bəyanatı da Ermənistan və Rusiyanın münaqişənin həlli ilə bağlı mövqelərinin adekvat olmadığını göstərir”.

Zülfüqarov hesab edir ki, Rusiya Xarici İşlər naziri Ermənistan tərəfinin qəbul etmədiyi, 25 il əvvəlki açıqlamaları təkrarlayırsa, belə şəraitdə Rusiya silah almaq üçün Ermənistana kredit verməkdən imtina etməlidir: "Ancaq dünyadakı yeni vəziyyət bizə deyir ki, bundan sonra Rusiya bu kreditləri sadəcə Ermənistana verməyəcək və ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul da olmayacaq. Yalnız etnik bir erməni olan nazir Lavrov bu istiqamətdə bir növ fəaliyyətini təqlid edə bilər”.

Bəs, niyə Azərbaycanın mövcud vəziyyətdən yararlanmaması və Qarabağ məsələsində daha sərt siyasət yürütməməsinə gəldikə, Zülfüqarov belə cavab verib: “Bu sual nazir Elmar Məmmədyarova ünvanlanmalıdır. Məmmədyarov ilə Mnatsakanyan arasındakı görüşdən sonra məlum olduğu kimi, bu gün tərəflər yalnız koronavirusu müzakirə edirlər. Düşmən ölkələrin Xarici İşlər nazirləri arasında koronavirus mövzusunun müzakirəsi necə başa düşülməlidir? Məgər, onlar həkimlər və ya virusoloqlardır?”

“İllərdir, fəaliyyət göstərən bu absurd tamaşa bu günlərdə pik nöqtəsinə çatdı. Digər tərəfdən, baş tutan görüş uzun müddət ərzində aparılan taktikaların artıq işləmədiyini sübut etdi. Bu şəraitdə Məmmədyarov azərbaycanlıların xarici ölkələrdən qayıtması məsələsini həll etməlidir. Bu, koronavirusu düşmənlə müzakirə etməkdən daha yaxşıdır. Hətta xalq da buna reaksiya vermək istəmir. Bu, sadəcə cəfəngiyatdır”, - keçmiş nazir vurğulayıb.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lavrov: "Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə..."

    Lavrov: "Rusiya bundan sonra da Dağlıq ...

    11-11-2019, 15:31

  • 
  • İrəvan özünü diplomatik tələyə saldı

    İrəvan özünü diplomatik tələyə saldı ...

    22-04-2020, 22:32

  • 
  • Bu gün Rusiyada Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar aparılacaq

    Bu gün Rusiyada Dağlıq Qarabağ münaqişəsi üzrə ...

    28-04-2017, 10:27

  • 
  • Məmmədyarovla Lavrov koronavirusu və Qarabağı müzakirə etdilər

    Məmmədyarovla Lavrov koronavirusu və Qarabağı ...

    13-04-2020, 19:20

  • 
  • Mariya Zaxarova: "Sergey Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"

    Mariya Zaxarova: "Sergey Lavrov Bakıda ...

    13-12-2018, 15:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu