Operativ Qərargaha bir dəfə Milli Məclisdə şifahi sorğu ilə, ardınca da yazılı sorğu ilə Naxçıvana təyyarə reyslərinin açılması ilə bağlı rəsmi müraciət etmişəm.
Bu gün də yeni müraciəti imzalayıb göndərdim. Vəziyyət dözülməzdir, istirahət üçün getmək istəyənlər lütfən gözləsinlər, orada və burada üç aydır qalmağa məhkum olmuş insanlara, xəstələrə, uşaqlara öncüllük tanımaqla sərnişinləri dərhal daşınmalıdır. Təbii ki, karantin qaydalarının tələbləri gözlənməklə. Düşünürəm ki, həm Naxçıvanda, həm də burada xüsusi dövlət işçi qrup yaradılmalı, həmin qrup yaxın 10 günə bu gediş-gəliş məsələlərini, hər iki tərəfdən ardıcıllıqla gedəcək adamların siyahısını tərtib etməlidir. Bu insanların hava limanına çatdırılması üçün xüsusi nəqliyyat vasitələri ayrılmalıdır. Bilet almağa imkanı olmayan insanlara bileti dövlət təmin etməlidir. Çünki çoxusunun cibində pulu qalmayıb.
Karantin müddətini keçmələri üçün də xüsusi yer ayrılmalıdır. Hər dəfə oradakı, buradakı çıxılmaz, imkansız vəziyyətdə qalan naxçıvanlılarla danışanda təsəlli üçün söz də tapa bilmirəm. Çoxusu dərdini zəng vurub mənə söyləyir, haqlıdırlar, ancaq mənim AZAL-a təsir göstərmək səlahiyyətim yox. Bunu ancaq operativ qərargah edə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?