Qərb gələn ilki seçkilərlə əlaqədar geniş müzakirələrə start verir
gundemxeber.az Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri Qərbin siyasi dairələrinin ciddi maraq dairəsindədir. Etibarlı mənbədən verilən məlumata görə, bu yaxınlarda Müsavat başqanı İsa Qəmbərin Almaniya və Brüsselə dəvət edilməsi, Bakıda AXCP sədri Əli Kərimlinin iştirakı ilə digər müzakirələrin davam etdirilməsi bunun əyani sübutudur. Lakin Qərb seçkilərlə bağlı daha bir maraqlı addım atmaq qərarına gəlib. Redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, gələn ilin əvvəlində qonşu Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycan müxalifətinin aparıcı partiyalarının rəhbərləri ilə qapalı görüş nəzərdə tutulub. Mənbənin bildirdiyinə görə, belə bir zərurət Bakıda keçirilən son görüşdən sonra meydana çıxıb. Görüşün əsasən gələn il keçiriləcək seçkilərlə bağlı olacağı gözlənilir. Amma dəqiq detalların nələrdən ibarət olacağı barədə heç bir bilgi verilmir. Məlumatda o da qeyd olunur ki, Tiflisdə keçiriləcək görüşə Müsavat başqanı İsa Qəmbər, ACP lideri Rəsul Quliyev, AXCP sədri Əli Kərimli dəvət olunublar. Əli Kərimlinin xarici pasportla bağlı problemləri olduğundan partiya sədrini AXCP rəhbərliyində təmsil olunan şəxslərdən birinin təmsil edəcəyi gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?