GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rusiya bir az da “qaza” basdı - Paşinyan Kremli bezdirib

Rusiya bir az da “qaza” basdı - Paşinyan Kremli bezdirib

Tarix: 1-07-2020, 12:01 Bölmə :Siyasət Baxış: 467
Rusiya bir az da “qaza” basdı - Paşinyan Kremli bezdirib


Ermənistana satılan “mavi yanacaq” yenə bahalaşdırılır; “məxməri” baş nazirin son addımı Moskvanın səbir kasası üçün axırıncı damcı ola bilər; erməni ekspert: “Paşinyan Kremlə qarşı kobud səhvə yol verdi...”

Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin “ulduzlarının” heç vaxt barışmayacağı artıq dəqiqdir. Doğrudur, bu ayın əvvəlində Putin Paşinyana telefon açaraq, onunla ilk baxışda səmimi söhbət eləmişdi. Səbəb də guya Paşinyan və ailəsinin koronavirusa yoluxması barədə erməni baş nazirin özünün yaydığı məlumat idi. Kreml rəhbəri ona cansağlığı arzulamış və tezliklə sağalaraq, Moskvadakı 24 iyun hərbi paradına qatılacağına ümid ifadə eləmişdi.

Üstündən cəmi bir neçə gün keçmiş N.Paşinyanın müəmmalı şəkildə, ildırım sürəti ilə, COVİD-19-a xas olmayan tərzdə sağalması və Moskvaya gedəcəyi haqda erməni KİV-ləri xəbər verdi. Lakin son anda Paşinyan nədənsə Moskvaya getməkdən imtina elədi. Putinə göndərdiyi rəsmi üzrxahlıq məktubunda o, imtinasını Ermənistanda koronavirusun yaratdığı ağır situasiya ilə əlaqələndirirdi.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də Moskva paradına qatılmamış, bu barədə öncədən telefon söhbəti zamanı rusiyalı həmkarına səmimi şəkildə söyləmişdi. Ancaq Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın vassalı və bölgədəki forpostu deyil, müstəqil siyasət aparan, iqtisadi cəhətcə sərbəst şəkildə ayaqda duran və tarazlı, müstəqil siyasət həyata keçirən dövlətdir. Azərbaycan Ermənistan kimi KTMT (“Rus NATO-su”) və Avrasiya İqtisadi Birliyinin də üzvü deyil, yəni Rusiyanın əsas söz sahibi olduğu iqtisadi və hərbi bloklarda təmsil olunmayıb. Bu üzdən Paşinyanın paradda olması qaçılmaz görünürdü.

*****

Maraqlıdır ki, məhz Paşinyanın imtinasından az sonra məlum olub ki, iyulun 19-dan etibarən Ermənistana satılan Rusiya qazının qiyməti bir az da qaldırılacaq. Düzdür, artım 4-5 həndəvərində olacaq. Ancaq bunun özü də az şey demir. Çünki hamıya aydındır ki, “mavi yanacaq” Rusiyanın əlində Ermənistana, öncəliklə də “qərbçi” Nikol Paşinyan hökumətinə qarşı iqtisadi rıçaqdan qat-qat çox, siyasi təzyiq vasitəsidir.

Paşinyan isə lap yaxınlaradək ölkədə pandemiyanın yaratdığı fəlakətli iqtisadi durumu əsas götürərək, Moskvanı israrla qazın qiymətində endirimə razı salmağa çalışırdı. Bu da nəticə, daha doğrusu, Nikol Vovayeviçin personasına münasibət: qiymət nəinki endirilmədi, əksinə, daha da qaldırılacaq.

Artıq şübhə qalmır ki, Rusiya pandemiyaya baxmayaraq, Ermənistanda Paşinyan hökumətinin daxili dayaqlarını laxlatmaqda maraqlıdır. Bundan ötrü ölkədə iqtisadi durumun daha da pisləşməsi, zəruri ərzaq məhsullarının bir az da bahalaşması, bütövlükdə erməni əhalinin yaşamının ağırlaşması və bahalaşması təbii ki, Moskvaya tam əl verir. Bu fonda düşmən ölkədə öz hakimiyyətini möhkəmlətməyə çalışan Paşinyana qarşı Rusiyaya bağlı siyasi qüvvələrin birləşərək hərəkətlənməsi, İrəvandakı Rusiya səfirliyində müxalifət təmsilçiləri, hətta daşnaklarla intensivləşən təmaslar diqqət çəkməyə bilməz.

Bunu da əminliklə qeyd eləmək olar ki, Moskva səbirlə Paşinyanın Ermənistandakı reytinqinin kritik minimuma enməsini və ona qarşı kütləvi etirazların başlamasını gözləyir. Nədən ki, Rusiya isteblişmentində Paşinyanın hələ ki erməni əhalisinin mühüm bir kəsiminin dəstəyinə malik olduğunun fərqindədirlər...

*****

Bir sıra erməni təhlilçiləri də Ermənistanda proseslərin hansı səmtdə inkişaf edəcəyini artıq indidən və kifayət qədər dəqiq görməyə başlayıblar. Onların qənaətincə, “inqilabçı” baş nazir tezliklə öz kələyinin qurbanına çevriləcək. Xüsusən də onun Rusiyaya qarşı “ikili oyun” aparması prosesi sürətləndirəcək.

“Nikol Paşinyanın hərəkətləri dövlət başçısının statusu və vəzifələrinə adekvat deyil. Mən bütövlükdə onun daxili siyasətini nəzərdə tuturam”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin politologiya departamentinin dosenti Gevorg Mirzəyan “Vestnik Kavkaza” portalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan hələ də müxalifətin deyil, dövlətin başında durduğunu anlaya bilməyib: “Nikol Vovayeviç hələ də başa düşməyib ki, o, dövlət başçısı qismində əhalini konsolidasiya etməlidir, nəinki bölməlidir, dövlət qurumlarının açıq de-montajı ilə isə ümumiyyətlə, məşğul olmamalıdır”.

Qeyd edək ki, Mirzəyan az öncə özünün Facebook səhifəsində belə bir status paylaşmışdı: “Nikol Paşinyan son çevrilişdən sonra Ermənistanın başına gələn və baş nazir postunda öz dağıdıcı müxalifətçi funksiyasını davam etdirən, erməni siyasi sistemini və İrəvanın ən vacib müttəfiqi ilə münasibətləri korlayan xırda, qisasçı və qəddar bir adamdır”.

“İrəvanın ən vacib müttəfiqi” deyərkən o, sübhisiz ki, işğalçı Ermənistanın əsas iqtisadi və siyasi varlıq qarantı olan Rusiyanı nəzərdə tutur. Bu xüsusda o, Paşinyanın faşizm üzərində qələbənin 75-ci il dönümü ilə bağlı iyunun 24-də Moskvada keçirilmiş hərbi parada qatılmaması sonuncunun Kremlə münasibətdə növbəti kobud səhvi kimi qiymətləndirib.

“Ermənistan Avrasiya İqtisadi İttifaqının və KTMT-nin yeganə ölkəsi idi ki, paradda nəinki dövlət başçısı səviyyəsində, heç ikinci şəxs qismində də təmsil olunmamışdı, halbuki, məsələn, hansısa səbəbdən Paşinyan öz getmək istəməmişdisə, onu Ermənistan prezidenti Armen Sərkisyan əvəzləyə bilərdi. Fikrimcə, bu səhv Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi və Rusiya rəhbərliyinin Paşinyana və onun siyasətinə münasibətdə səbir kasası üçün sonuncu damla ola bilər”.

Erməni əsilli rusiyalı politoloq rəsmi Moskvanın işğalçı ölkə daxilində gedən siyasi proseslərə münasibəti ilə bağlı danışarkən isə bildirib ki, Rusiya hələlik bu proseslərdə aktiv rol almamağa çalışır.

“Ermənistanda hakimiyyət uğrunda çox ciddi və heç də konstruktiv axarda olmayan mübarizə gedir. Lakin Rusiya buna müdaxilə etmir. Paşinyan isə Qələbə paradına qatılmamaqdan əlavə hələ ki Rusiyaya qarşı kəskin gedişlər etmir. Bu da başa düşüləndir: Ermənistan əvvəlki kimi Rusiyanın güclü asılılığındadır. Digər tərəfdən, Rusiya anlayır ki, birincisi, Nikol Paşinyanın ona necə münasibət bəsləməsindən asılı olmayaraq, erməni əhalisinin əksəriyyəti tərəfindən seçilib və erməni vətəndaşlarının iradəsinə hörmət edir; ikincisi, nə qədər ki, əhali onu dəstəkləyir, Paşinyana qarşı hərəkətlər məntiqsiz olardı. Ən yaxşısı, Ermənistan vətəndaşlarının baş nazirə daha sərt, daha ayıq münasibətini gözləməkdir. Bu isə artıq tədricən baş verməkdədir”, - deyə o əlavə edib.

Beləcə, Ermənistanda növbəti dəfə Rusiya amilinin də iştirakçı olduğu yeni siyasi qovğanın baş verəcəyi günün uzaqda olmadığı qənaəti hasil olur... //musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Paşinyana nə dedi... -Kremlin məlumatı (YENİLƏNİB)

    Putin Paşinyana nə dedi... -Kremlin məlumatı ...

    1-04-2019, 18:35

  • 
  • Putin Paşinyanı Rusiyaya çağırdı - Moskvadan TƏLƏB

    Putin Paşinyanı Rusiyaya çağırdı - Moskvadan TƏLƏB ...

    18-07-2018, 16:56

  • 
  • Putin telefonda Paşinyana nə deyib? - ERMƏNİ TƏRƏFİ DETALLARI AÇIQLADI

    Putin telefonda Paşinyana nə deyib? - ERMƏNİ ...

    3-12-2018, 10:50

  • 
  • Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış etdi

    Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış ...

    14-05-2018, 11:17

  • 
  • Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın “ulduzları” barışdı?

    Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın ...

    3-06-2020, 11:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (521)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu